Ana olacaqdım... Hər gün özümü daha dəyərli, daha müqəddəs, daha sevimli hiss edirdim. Amma çox çətin dövr keçirirdim. Hər gün ağrılar, sancılar içində qıvranırdım. Halım tez-tez pisləşirdi. Elə bil ürəyimə dammışdı onu itirəcəyim, çox qorxurdum... Heç istəmirdim məndən getməsini, dua edirdim ki, canım balam məni tərk etməsin. Hamı da mənə deyirdi ki, Niyə narahatsan ki? Hələ cavansan, buna bir şey olsa da daha sonra yenisi olar. Doğrudur, hələ bir neçə ay idi ki, toyumuz olmuşdu. Çox yeni ola bilərdi, amma ondan ola bilməzdi ki... Anlamırdım ondan bir cansız kimi danışmaqlarına. O cansız deyildi axı... Canımda olan can necə bir heç ola bilərdi ki? Sevdiyimlə ikimizin bir bütün olması idi o... Doğulmağına bir neçə ay qalmış itirdim onu. Canım çox yandı, amma məni ən çox yandıran da bəzilərinin sanki bir qrip keçirmiş kimi “keçmiş olsun” demələri idi. Mən balamı yaxşı qoruya bilmədim deyə bu qədər vicdan əzabı çəkərkən öz düşüncə seçimlərinə görə bir neçə ay gözlədikdən sonra övladlarını qəsdən yox edən anaların və ya bunu etməyə məcbur edən ataların necə yaşadığını düşündükcə dəhşətlənirəm...
Hamı qəzetlərdə, jurnallarda, efirdə, internetdə axtardığı nələrinsə işarələrini söyləyir, görən, eşidən, bilən olandan xəbər gözləyir, bəlkə kimsə onu sevindirər deyə..
Mən görə bilmədiyim balamı Axtarıram. Bəlkə yuxuma gələr deyə dualar edirəm... Tanrının məsləhəti ilə məndən alınana üsyan etmirəm, cənnətdə mənə bir qapı açdı balam deyə təsəlli edirəm özüm-özümü. Amma “Görən olsa mənə desin” deyə bilmirəm...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şaxta baba və Qar qız qadağan olunub.
Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
Stil ikonu olmaq üçün 7 qayda
"Barsa" qışda kimi transfer edəcək?
161 nəfər meningit oldu
Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək
Alma içlikli bulkalar (foto resept)
Əsl fədakarlıq bax, budur...
Yataq dəstləri modelləri
Hadisənin yeni döymələri diqqət çəkdi-FOTO
UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
1912-ci ildə dünya gözəli seçilən azərbaycanlı qadın
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Hava haqqında
Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır!
Burak saçlarını uzatdı-FOTO
Bakıda köhnə mənzillər ucuzlaşıb
Uşaq ölümünü uşağa necə izah etməli?
Saçları gücləndirən və qoruyan maska
Konfutsidən ibrətamiz nəsihətlər
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Çin xarici brendlərdən imtina edir
Duzlu saç maskaları
Şahzadə Uiliyamın ledi Dianaya SON SÖZLƏRİ
Hamiləlik zamanı bel ağrıları
Bəşəriyyətin ən zəngin adamı
Spenserin düşüncələri
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Bu maşın 14 milyon dollara satıldı
500 qram doğulan körpə böyüdü - FOTO
İstanbulda yenə Ebola həyəcanı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Sabah 43 yaşlı abituriyent imtahan verəcək
Gülnar Salmanova vəfat etdi
Küləklə bağlı RƏSMİ xəbərdarlıq
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Təəccübləndirən məlumatlar
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Sen Qallen rahibinin əsərindən 2-ci hissə
- ŞƏRHLƏR