Dəniz suyunun duzluluğu necə meydana gəlmişdir? Dəniz suyunun duzluluq faizi nə üçün dəyişmir? Okeanlarda yaşayan planktonlar dünyanın temperaturuna necə təsir edir?
Dəniz suyunun duzlu olduğu hamıya məlumdur. Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir. Aparılan tədqiqatlarla dəniz suyunun orta duzluluq dərəcəsinin 3.5% olduğu və bu faizin sabit qaldığı müəyyən edilmişdir. Bu, 1 mil (1.6 km) suda təqribən 186 milyon ton duz olması deməkdir. Məsələn, okeanlardakı bu qədər duz ilə qitələri 152300 metr qalınlığında duz təbəqəsi ilə tamamilə örtmək mümkündür.
Bəs bu duzluluq necə meydana gəlmişdir?
Elm adamları dəniz suyunun duzluluğunun necə əmələ gəldiyinə dair bir çox fikir irəli sürmüşlər. Bu fərziyyələrdən birinə əsasən, qurudakı elementlər aşınma nəticəsində dənizlərə daşınmış, ona görə, qurudakı elementlərin hamısı dəniz suyunda da var. Məsələn, isti dəniz suyunun 85%-dən çoxu natrium xloriddən, yəni xörək duzundan ibarətdir. Çayların gətirdiyi natrium kimi minerallar torpaq və qayaların aşınması nəticəsində üzə çıxır. Lakin dəniz suyundakı bor və xlor kimi digər elementləri çaylar gətirmədiyinə görə, bu prosesdə başqa amillərin da rol oynadığı düşünülür.
Başqa fərziyyəyə görə, dəniz suyunun duzluluğu yer qabığının təbəqələri arasındakı qazlardan qaynaqlanır. Müxtəlif dövrlərdə yer qabığı ilə yerin mərkəzi arasında qalan təbəqənin zəhərli qazlardan təmizlənməsi prosesində digər maddələrlə birlikdə su və xlor da yer qabığının altındakı ərimiş vulkanik qayaların arasından çıxır. Bu fərziyyəyə görə, dövrümüzdə müxtəlif aşındırma amilləri (külək, çaylar, yağış suları və s.) nəticəsində atmosferə yayılan bu elementlər dənizlərə yağıntı şəklində düşür.
Mineralların dəniz suyuna qarışmasının digər yolu isə ölən dəniz heyvanları vasitəsilə olur. Dəniz heyvanları öldükdə torpağa qarışıb yenidən dənizə qayıdırlar.
Dəniz suyunun duzluluğu nə üçün getdikcə artmır?
Dəniz suyundakı duzun miqdarında yüz milyon illərdən bəri mühüm dəyişiklik olmayıb. Həll olmuş maddələrin miqdarının zamana və yerə görə dəyişməsi ilə yanaşı, müəyyən elementlərin okeanlarda hər dövrdə eyni faizdə olduğu qəbul edilir. Bu cəhətdən okeanı, lazımi ölçünü sabit saxlamaqla, elementlərin bir tərəfdən suya əlavə edilib digər tərəfdən müntəzəm boşaldıldığı böyük çənə bənzətmək olar. Məsələn, elementlərdən bəziləri qayalarla birləşir, beləliklə, torpaq tərəfindən sorulur və bu proses nəticəsində çöküntüyə çevrilir. Dənizdə yaşayan bitkilər və heyvanlar da bu elementlərdən faydalanırlar. Bu yolla dəniz suyundakı mineralların miqdarı daima sabit qalır. Beləliklə, yer üzündə həyatı davam etdirən qüsursuz müvazinət qorunur.
Göründüyü kimi, hər yerdə hakim olan qüsursuz ölçü dəniz suyundakı duz və başqa elementlərə də aiddir. Unutmaq olmaz ki, bütün bunları müəyyən edən, hər şeyi bir ölçü ilə, müəyyən nizamla yaradan Allah’dır.
Planktonların dünyanın temperaturuna təsiri
Yer üzündə həssas müvazinətlə qurulmuş, ahəngdar sistem var. Yeri həyat üçün əlverişli edən bu sistemdə yaşayan varlıqlar, eyni zamanda, sistemə də fayda verirlər. Hikmətli yaradılışı göstərən bu nizamda bəzi canlıların daha vacib funksiyaları var. Okeanlarda yaşayan və balinaların qidalandığı planktonlar da bunlardan biridir.
Planktonların çoxu dimetil-sulfid adlı kimyəvi maddə hasil edirlər. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə, yağışa səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu, “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləcə, buludlar günəş şüalarını əks etdirir, bununla əlaqədar olaraq, torpağa düşən günəş şüaları da azalır. Ona görə, bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas ekoloji sistemində mühüm yer tuturlar. Rəbbimizin ilhamı ilə hərəkət edən bu mikroskopik canlıların vəsiləsi ilə günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə qalxmır.
R. Əkbərov
XƏBƏR LENTİ
Uşaq ensiklopediyası - 9
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma
Müğənni tək makiyajına 20 min verdi
Azərbaycanda bir qar yağdı, tut ucundan çıx göyə...
Gözəl bilərzik modelləri
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
İşgəncəyə məruz qalmış it
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşların fərdi kartı olacaq
Azərbaycanda qızıl hasilatı kəskin artıb
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Məşhur aktrisada beyin xərçəngi aşkarlandı-FOTO
Ev şəraitində maska hazırlığı
Sənin "Selfie"n varmı? - Varsa, demək..
Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır
Qadın qısqanclığı
Pulunu ala bilməyən usta tikdiyi evi dağıtdı-FOTO
Ankara qan içində
Ermənistan üçün dərs olan aprel döyüşləri və ya geriyə yolu olmayan məğlubiyyət
Pensiyaçıların NƏZƏRİNƏ!
Köhnə əşyaları həyata necə qaytaraq?
Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Lavaşdan ətli piroq (foto-resept)
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma
Ramil ermənilərə od qoyub
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Azərbaycanda müəllimlər imtahan olunacaq
Məşhurların doğulduğu evlər (foto)
Kağızdan fil düzəldən - FOTO
Yunuslara qarşı ittiham irəli sürüldü
Qadınlar üçün çantalar
Turizm və növləri
Röya pərəstişkarlarını BELƏ SEVİNDİRDİ - FOTO
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
ADOBE PHOTOSHOP - DƏRS 2
Müsəlman qadın Almaniyada XİN məruzəçisi oldu
Məşhurlar əvvəl və sonra
Vintaj geyim üslubu
Hədiyyə qablarından özünə don tikdi
Ukraynanın köməyinə çatdılar
Azərbaycanda sürüşmə sahələri aktivləşdi
Ərdoğan Ankaradakı terrordan danışdı
2017-nin yaz trendi ayaqqabıları
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Mahsun xanımı və qızı ilə - FOTO
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (3-cü hissə)
Pendirli yarım ay (foto resept)
Günün ulduz falı
Milli Qəhrəman haqqında film çəkilir
Disleksiya
- ŞƏRHLƏR