Budur, mənə də iltifat göstərdilər. Büroya gəlmək üçün dəvətnamə göndərdilər və mən də getdim. Büroda hamı mənlə mehriban davranırdı. Çinovnik kartotekadan kartoçkamı çıxardı və "Hm" dedi. Mən də "Hm" dedim.
- Hansı ayağınızdır? - çinovnik soruşdu.
- Sağ.
- Başdan-ayağa?
- Başdan-ayağa.
- Hm, - yenə uzatdı və müxtəlif kağızlara göz gəzdirdi. İcazə verdilər ki, oturum.
Nəhayət, çinovnik ən münasib saydığı kağızda dayandı.
- Məncə, - o dedi, - bu elə sizin üçündür. Əla şeydir. Oturaq işdir. Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən. Necədir?
- Çəkmə təmizləyə bilmirəm. Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə cəncələ düşmüşəm.
- Öyrənmək olar, - çinovnik dedi. - Hər şeyi öyrənmək olar. Alman hər şey edə bilər. İstəsəniz, ödənişsiz təlim kursu keçə bilərsiniz.
- Hm, - dedim.
- Nə deyirsiniz, yarayar?
- Yox, - dedim. - İstəmirəm. Belə gəlir məni qane etmir.
- Siz dəli olmusunuz, - mülayim şəkildə və mərhəmətlə dedi.
- Dəli olmamışam, heç kim mənə kəsilmiş ayağımı qaytara bilməz. Hətta siqaret satmağa da icazə vermirlər. İndidən imkan vermirlər.
Çinovnik stula yaslandı və sinəsini hava ilə doldurdu.
- Əziz dost, - başladı, - sizin ayağınız dəhşət bahalı ayaqdır. Kartoçkada göstərilib ki, iyirmi doqquz yaşınız və sağlam ürəyiniz var, ümumiyyətlə, amputasiya edilmiş ayağınızı nəzərə almasaq, daş kimi oğlansınız. Siz yetmiş il yaşaya bilərsiniz. Zəhmət olmasa, hesablayın görün bu nə qədər edir: hər ay yetmiş marka, on iki dəfə və bunları yaşayacağınız qırx bir ilə vurun; deməli, yetmişi on ikiyə, sonra qırx birə. Bunları hesablayın və üzərinə faizi də əlavə edin və nəzərə də alın ki, təkcə sizin ayağınız belə deyil və ehtimal var ki, uzun ömür sürəcək tək insan da siz deyilsiniz. Siz isə çox gəlir əldə etmək istəyirsiniz! Bağışlayın məni, ancaq siz havalanmısınız.
- Cənab, - deyərək mən də stula yaslandım və sinəmi hava ilə doldurdum, - görünür ki, siz mənim ayağımı layiqincə qiymətləndirmirsiniz. O, çox bahadır, dəhşət baha. İş burasındadır ki, təkcə ürəyim sağlam deyil, başım da işləyir. Diqqətlə qulaq asın.
- Vaxtım çox azdır.
- Qulaq asın! - dedim. - İş burasındadır ki, ayağım indi elə də pis təqaüd almayan çoxlu insan həyatı xilas edib.
Bu belə olmuşdu: tək-təhna ön tərəfdə uzanıb düşməni gözdən qoymamalıydım ki, bizimkilər vaxtında aradan çıxa bilsinlər. Arxa cəbhədəki ştablar tez-tələsik yığışdılar, ancaq nə lap tez, nə də lap gec əkilmək istəyirdilər. Vaxtında olsun istəyirdilər. Əvvəl iki nəfər idik, ancaq ikincini çox tez öldürdülər. Ona daha xərciniz çıxmayacaq. Düzü evli idi, amma arvadı sağlam idi və işləyə bilər. Ona görə narahat olmağınıza dəyməz. O, büdcəyə ucuz başa gəldi. Cəmi bir ay xidmət etmişdi və bütün xərcləri bir poçt kartı ilə əsgər suxarı payokunda cəmləşdi. Namuslu əsgər idi, ən azından özünü qaydaya uyğun öldürməyə icazə verdi. Belə, tək qaldım, qorxuya qatlaşdım, sümüyümə kimi dondum və artıq yorulmuşdum, qərarə gəldim...
- Vaxtım çox azdır, - çinovnik təkrar edib karandaşını axtarmağa başladı.
- Yox, siz qulaq asacaqsınız, -dedim. - Ən maraqlısı indi başlayır. Belə, elə ki, özümü buraxdım, birdən ayağımla bağlı bu hadisə baş verdi. Ayağa qalxa bilmədiyimdən fikirləşdim: onlara siqnal edərəm; siqnal etdim və bizimkilər əkildilər, növbə ilə, səliqə ilə, əvvəlcə diviziya, sonra polk, sonra batalyon və s., necə lazımdır o ardıcıllıqla. Məni isə axmaq bir vəziyyət alındı - məni götürmək yadlarından çıxdı, başa düşürsünüz? Çox tələsirdilər. Doğrudan axmaq vəziyyət alındı: ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər: generalı, polkovniki, mayoru, necə lazımdır o ardıcıllıqla və onlara təqaüd verməli olmayacaqdınız. İndi ayağımın dəyərini özünüz
hesablayın. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısı bir nəfər kimi özləri sağlam, ürəkləri sağlam, ağılları başlarında. Əsgəri həyat tərzi ilə isə Hindenburq kimi ən az səksən yaşa kimi yaşaya bilərlər. Hesablayın, zəhmət olmasa, yüz altmışı iyirmiyə vurun, sonra otuza, orta hesabla otuz il götürmək olar da, düzdür? Ayağım dəhşət bahalı ayaqdır, bu dünyada ən bahalı ayaqlardan biridir, düzdür?
- Həqiqətən də havalanmısınız, - çinovnik dedi.
- Yox, - cavab verdim, - dəli-zad olmamışam. Təəssüf ki, başım da ürəyim kimi möhkəmdir və çox təəssüf ki, ayağım belə olmamışdan iki dəqiqə qabaq vurub məni öldürmədilər. Gör nə qədər pul qənaət etmiş olardınız.
- İndi deyin görək bu işə razısınızmı? - çinovnik soruşdu.
- Yox, - dedim və oranı tərk elədim.
XƏBƏR LENTİ
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
Şərq ulduz falı
"Qızıl top"un sahibi bəlli oldu
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
Pensiya yaşı 65-ə çatdırılacaq
Otellərdə rastlaşacağınız qəribə hallar
Alimlər cizgi filmini DNT-yə yazdılar
Toyuqlu talaş börəyi (foto resept)
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Bu uşağın ən yaxın dostu pitondur
Süd məhsullarının 3 əsas faktı
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Yaraşıqlı çantalar
"Sevən ürəklər" peçenyesi (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Bədəni yoran vərdişlər
Səudiyyə Ərəbistanının kralı vəfat edib
Çiyələklə dişlərinizi ağardın!
Məşhur aktrisa yeni obrazda-FOTO
Qutu rəf modelləri
Makiyajsız gözəl görünmə sirləri
Bu gün "Eurovision"ın finalıdır
Bakı metrosunda gediş pulsuz olacaq
Demetlə Can Yamanı evdən çıxarırlar-SƏBƏB
“Azərsu”dan smart-kart açıqlaması
İnsanlar darıxanda
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Birlik istəyirəm
Nə üçün gözəllikləri görə bilmirik?
O, evdar qadındır
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Saç düzümləri
Məşhur model öldü-SƏBƏB
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Saç ustalarının xəyal dünyası
30 min dollarlıq toy təxirə salınarsa...
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Çilçıraqlar
Bu il balıq məhsulları boldur
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
Yaş həddi artırıldı - 68
- ŞƏRHLƏR