Bakıda hava 13°
USD AZN
EUR AZN

Zəlzələ və vulkanlar

Zəlzələ və vulkanlar

Zəlzələlər

Tektonik proseslərin təsirindən Yer səthinin ani anda titrəməsi zəlzələ adlanır. Zəlzələləri seysmologiya elmi öyrənir. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq (Rixter sistemi) şkala ilə qiymətləndirilir. 
1-4 bal-zəif və mülayim; Dağıntı və təlafat olmur.
5-7 bal-güclü; Binalarda çatlar yaranır, köhnə və qəza vəziyyətində olan binalar qismən dağılır, bəzi insanlar zədələnir.
8-10 bal-dağıdıcı; Binalar qismən və ya tamamilə dağılır, kommunikasiya xətləri və yollar zədələnir, böyük insan tələfatı olur. 
11-12 bal-fəlakətli; Bütün tikintilər tamamilə dağılır. Yerin relyefi böyük dəyişikliyə məruz qalır, kütləvi insan tələfatı olur.
Zəlzələlərin gücü və yeri seysmoqraf cihazı ilə müəyyən olunur. Yerin daxilində zəlzələ baş verən yer zəlzələ ocağı və ya hiposentr (10-700 km dərinlikdə), hiposentrin Yer səthində olan proyeksiyası zəlzələ mərkəzi və ya episentr adlanır. Ən güclü təkanlar və dağıntılar episentrdə olur. Seysmoloji stansiyalarda seysmik xəritələr tərtib olunur. Eyni gücə malik təkanların olduğu məntəqələri birləşdirən xətlər izoseystlər adlanır. Geosinklinal qurşaqlar fəal seysmik zonalar hesab olunur. Əsas seysmik qurşaqlar Sakit okeanın Avrasiya və Amerika sahilləri və Alp-Himalay qurşağıdır. 

Zəlzələ və vulkanlar

Vulkanlar, isti bulaqlar və qeyzerlər

Üst mantiyada olan ərimiş maddələrin (maqmanın) yer səthinə çıxması prosesi maqmatizm, əmələ gələn kəsik konus formasında olan dağlara isə vulkan deyilir. Maqmanın Yer səthinə çıxdığı kanal vulkan boğazı, püskürmə  zamanı yaranan çökəklik krater, diametrləri 1,5-2 km-dən çox olan kraterlər kaldera, ətrafa yayılan odlu maye isə lava adlanır. Eroziya və denudasiya prosesləri vulkanik dağı aşındırır, lakin vulkan boğazında qalıb soyuyaraq bərkimiş lava nekk adlanan qayalı relyef əmələ gətirir. 

Vulkanlar sönmüş və fəaliyyətdə olan (püskürmə tarixi mənbələrdə və insanların hafizəsində qalan) növlərə bölünür. Fəaliyyətdə olan vulkanların sayına görə İndoneziya dünyada birinci yeri tutur.

Ən məşhur vulkanlar: Etna, Vezuvi, Hekla (Avropa), Klyuçi Sopkası, Fudziyama, Krakatau (Asiya), Klimancaro, Kamerun (Afrika), Orisabo, Taxumulko, Reynir, Ruis, San-Pedro, Kotopaxi (Amerika), Mauna-Loa, Mauna-Kea (Okeaniya), Erebus (Antarktida).
Qafqaz dağlarındakı Elbrus və Kazbek, Qarabağ vulkanik yaylasındakl Qızıl boğaz və Böyük İşıqlı sönmüş vulkanlardır.
Vulkanlar litosfer tavalarının sərhədlərində (Sakit okean "odlu qövsü", Alp-Himalay orogen qurşağının qərbi, Orta okean silsilələri) geniş yayılıb. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması yaranır (Havay tipli vulkanlar). Lava qatı olduqda əsl konus yaranır (stratovulkan). 
Maqmatizm prosesi ilə bağlı olmayan palçıq püskürmələri palçıq vulkanları (psevdovulkan) adlanır. Onlara neftli-qazlı ərazilərdə rast gəlinir (Qobustan-Abşeron, Xəzərin şelfi, Cənub-Şərqu Şirvan, Saxalin, Yeni Zelandiya və s.). Palçıq vulkanlarının yaranma dərinliyi 4-6 km-dir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq brekçiya (salza) adlanır. Dünyada olan 
palçıq vulkanlarının yarısı (250-dən artıq) Azərbaycanda yerləşir. Onlardan ən hündürü Torağaydır (400 m).

Vulkan və zəlzələlərin çox olduğu yerlərdə isti bulaqlar və qeyzerlər fəaliyyət göstərir. Təzyiqlə yer səthinə fəvvarə vuran isti bulaqlar qeyzer adlanır. Qeyzerlərin səthdə əmələ gətirdiyi çökəkliyə qrifon, onun ətrafında toplanan süxurlara isə qeyzerit deyilir. Qeyzerlər İslandiya, İtaliya, Kamçatka, Yeni Zelandiya, ABŞ və s.-də geniş yayılıb.

Azərbaycanın termal sularından ən məşhuru Kəlbəcər rayonu ərazisində yerləşən İstisudur.
Tərkibində müxtəlif duzlar və qazlar olan sular isə mineral sular adlanır.

Səslərin sayı: 7
18
12957
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Agatcım, belə bir məlumat oxumuşam ki, ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi olan HAARP fəlaiyyəti zamanı dünyanın müxtəlif yerlərində test üçün qəsdən zəlzələlər törədilir. Hətta bunu hesablayıb ayın tarixlərinə görə ölkələrə görə yazılar da yazılıb
Mən də eşitmişəm.Ümumiyyətlə təbii fəlakət kimi bildiyimiz çox hadisələr əslində insan ağlının, daha doğrusu ağılsızlığının nəticəsidir
7 dekabr 2014 08:38
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
R.G.
Maraqli xeberdi coz sagolun
4 dekabr 2014 14:07
Offline
Rüzgar
Bu xəbər üçün də təşəkkürlər
31 oktyabr 2014 19:32
Offline
°ღ Zayka •.°ღ
Her ikisinden Allah qorusun,her ikisindende qorxuram esasda zelzeleden ani bir vaxda olan isdi
29 oktyabr 2014 18:43
Offline
Agat_Kris
Dəniz84,
AYSUN MEMMEDOVA,
Pembe Defter,
Niko,
Fatma xanım,
Asi,
Qəribə,
Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm.
29 oktyabr 2014 18:22
imza: Pozitiv olun!
Offline
Aysel İ.
Vulkanlar sönmüş və fəaliyyətdə olan (püskürmə tarixi mənbələrdə və insanların hafizəsində qalan) növlərə bölünür. Fəaliyyətdə olan vulkanların sayına görə İndoneziya dünyada birinci yeri tutur. give_ros
29 oktyabr 2014 16:08
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Maraqli xeberdi can cox saqol/Vulkndan qorxmuram nedeni gormediyim seyden esla qorxmaram.Amma zelzeden qorxuram esasda bakidaki guclu zelzeleden sonra.
14 sentyabr 2014 17:07
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xalidə Həsənzadə
Yazan elleriniz var olsun melumata gore cox sagolun minnetdaram....... air_kiss
14 sentyabr 2014 11:21
Offline
Niko
Var ol agat :))
13 sentyabr 2014 01:19
Offline
Fatma xanım
Vulkanı görməmişəm deyə qorxmuram amma zəlzələdən çox qorxuram
13 sentyabr 2014 00:31
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Asi
Ən məşhur vulkanlar: Etna, Vezuvi, Hekla (Avropa), Klyuçi Sopkası, Fudziyama, Krakatau (Asiya), Klimancaro, Kamerun (Afrika), Orisabo, Taxumulko, Reynir, Ruis, San-Pedro, Kotopaxi (Amerika), Mauna-Loa, Mauna-Kea (Okeaniya), Erebus (Antarktida).
Qafqaz dağlarındakı Elbrus və Kazbek, Qarabağ vulkanik yaylasındakl Qızıl boğaz və Böyük İşıqlı sönmüş vulkanlardır.

Bir az qeribe seslensede usaqlqdan beri vulkani yaxindan gormek istemisem smile
xebere gore cox sagol canm give_ros
13 sentyabr 2014 00:26
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Qəribə
Dəniz84
1-ci şəkildəki görüntüyə adamın tükləri biz-biz olur. Zəlzələ və vulkanlar haqda çox gözəl yazmısan Agat. maraqlı xəbər üçün təşəkkür.
12 sentyabr 2014 23:13
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
 ♥♥S.N.♥♥,
Şəri Babayeva,
Dəniz84,
Ellada Babayeva,
Xanımlar, hər birinizə təşəkkür edirəm.

Ceylan Mumoğlu,
Bu barədə üşitmişdim amma inanmırdım. Dəhşətdie adi bir testə görə belə təhlükələrə qol atmaq nəyə lazımdır ki belay
12 sentyabr 2014 22:50
imza: Pozitiv olun!
Offline
♥♥S.Nur♥♥
Cox saq olun,Aqat.Maraqla oxudum.
Ceylan Mumoğlu
Agatcım, belə bir məlumat oxumuşam ki, ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi olan HAARP fəlaiyyəti zamanı dünyanın müxtəlif yerlərində test üçün qəsdən zəlzələlər törədilir. Hətta bunu hesablayıb ayın tarixlərinə görə ölkələrə görə yazılar da yazılıb. http://az.wikipedia.org/wiki/HAARP


Diqqetimi cekdi,Ceylan xanim,izleyecem.Paylashdiqiniz ucun her ikinize teshekkur edirem.
12 sentyabr 2014 18:44
Offline
Şəri Babayeva
Vulkan və zəlzələlərin çox olduğu yerlərdə isti bulaqlar və qeyzerlər fəaliyyət göstərir. Təzyiqlə yer səthinə fəvvarə vuran isti bulaqlar qeyzer adlanır. Qeyzerlərin səthdə əmələ gətirdiyi çökəkliyə qrifon, onun ətrafında toplanan süxurlara isə qeyzerit deyilir. Qeyzerlər İslandiya, İtaliya, Kamçatka, Yeni Zelandiya, ABŞ və s.-də geniş yayılıb. no
Maraqla oxudum çox sağ ol Agat give_ros
12 sentyabr 2014 17:34
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
1-ci şəkildəki görüntüyə adamın tükləri biz-biz olur. Zəlzələ və vulkanlar haqda çox gözəl yazmısan Agat. maraqlı xəbər üçün təşəkkür.
12 sentyabr 2014 17:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Agatcım, belə bir məlumat oxumuşam ki, ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi olan HAARP fəlaiyyəti zamanı dünyanın müxtəlif yerlərində test üçün qəsdən zəlzələlər törədilir. Hətta bunu hesablayıb ayın tarixlərinə görə ölkələrə görə yazılar da yazılıb.
http://az.wikipedia.org/wiki/HAARP
12 sentyabr 2014 16:57
Offline
Ellada Babayeva
Azərbaycanın termal sularından ən məşhuru Kəlbəcər rayonu ərazisində yerləşən İstisudur.
Tərkibində müxtəlif duzlar və qazlar olan sular isə mineral sular adlanır.

Çox sağ ol xəbərə görə. İstisu həmdə müalicəvidir. yes
12 sentyabr 2014 15:52
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!