O azərbaycanın kino və teatr sahəsində, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi, tamaşıcıların yaddaşında silinməz iz qoymuş bir aktyor idi. Onun oynadığı rollara dəfələrlə baxsaq da yorulmaq bilmir, əksinə həzz alırıq. Yaşar Nuri 1951-ci il sentyabır ayının 3-də Bakıda, aktyor ailəsində dünyaya göz açıb. Onun atası Məmmədsadıq Nuriyev da komik səhnələrin mahir ustası idi. Yaşar Nuri, gözəgörünən fitri istedada malik idi. Oynadığı rollarda cəldliyə, çevikliyə üstünlük verər, səhnədə olarkən sıxılmaz, çətin vəziyyətlərdən çıxaraq improvizələr edərdi. “Çox təəsüüf ki, aramızdan tez getdi. Çünki xalqın ən sevimli sənətkarı idi. Niyə görə. Bu adam kinodan danışırıqsa və yaxud teatır səhnəsindən danışırıqsa, o rolu əzbərləyib çıxmırdı. O rolu oyrənirdi, qalan şeylər ancaq özündən gəlirdi. İmprovizə deyilən bir şey var bunu hər aktyor edə bilmir. Amma Yaşarda bu alınırdı” – deyə Kinoşünas Aydın Kazımzadə bildirir. Yeniyetmə yaşlarından televiziyada uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor, 1968-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra, elə institutun tədris teatrında aktyor işləməyə başlayır .1974 -cü ildə Yaşar Nuri Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunur. Fəaliyyətə başladığı ilk illərdən aktyora bir qayda olaraq xarakterik rollar tapşırılsa da o bu rolların öhdəsindən də məharətlə gələrək ətrafdakıları heyrətləndirir, düşündürür, həm də güldürürdü. Yaşar Nurinin böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilən, yüzən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edən aktyor, daim pərəstişkarlarını heyrətləndirə bilirdi.Aktyorun kino fəaliyyətinə nəzər saldıqda, oynadığı bir çox rollarda şərt çərçivələrini pozmaq meyli aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor, tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın edərək, tamaşaya daha da bəzək və kolorit gətirir.Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş obrazıdır. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. 1988-ci ildən başlayaraq kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar, ayrı-ayrılıqda dünya kinosunun ən dəyərli nümunələrindən sayıla bilər.Azərbaycanın xalq artisti Yaşar Nuri 2012-ci ildə noyabır ayının 22-də uzun sürən xəstlikdən sonra vəfat etdi. Amma onun kino və tamaşalarda sevə-sevə yartdığı obrazlar hələ uzun müddət yaddaşlarımızda əbədi olaraq qalacaq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Acundan Şeymaya daha bir TƏLƏB
Artıq maskalar rəsmlərdə
İş adamlarının həbsinə başlanıldı
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Britni Spirs sənətdən gedir
Beyonse 3500 dollara köynək aldı - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Kainat gözəlinə vasitəçilik təklif olundu
Bakıda ildə 78 gün hava yağıntılı olur
Dərimiz niyə quruyur?
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Hamiləlik və təyyarə ilə uzaq səfər
Makedoniya prezidenti gəlir
İnternetdə ən çox axtarılan söz açıqlandı
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Ən faydalı göyərti seçildi
Bakı metrosunda sıxlıq yarandı
Sevinc və güc hərəkətdədir
Fendən istifadə edərkən yol verilən səhvlər
Saç düzümləri
Bazarlar yoxlanılacaq
Emin Sabitoğlunun ad günüdür
Dünyanın ən varlı adamı məlum oldu
Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Məşhur aktrisa tənqid hədəfi oldu-SƏBƏB/FOTO
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Balıq bazarında - QİYMƏTLƏR
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli
Qara məkanın qara bəxti: indi nə olacaq?
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Müəllimlərin maaşı 20% artırıldı
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Məşhur futbolçu COVID-19-a yoluxdu
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Günün ulduz falı
Bu il əhya gecələri nə vaxta düşür?
Boşanmaya aparan kiçik problemlər
Sirli xəstəlik: kənd ayıla bilmir
Günün ulduz falı
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
- ŞƏRHLƏR