Qafqazinfo" məlumat verir ki, yeni tədris ilinin başlamsına iki həftə qalır. Yay tətilinin qurtarması valideynlər üçün yeni qayğıların başlancığıdır. Nəzərə alaq ki, bu gün məktəblini təhsil dalınca yollamaq da hünər istəyir. Çünki təkcə bir uşağı məktəbə yola salmaq üçün valideyn əməli-başlı pul xərcləməlidir. Başlayaq, məktəbli geyimindən. Bir neçə ildir, ölkə məktəblisi üçün vahid forma təklif olunur. Açığı bəzi şəhər məktəblərində bu vahid formanın geyinilməsinə ciddi nəzarət var. Bu səbəbdən valideynlər məktəbli formasını almağa məcburdular.
Bir məktəblinin geyimi üçün valideyn orta hesabla bu qədər pul xərcləməlidir:
Ayaqqabı 10 -35 manat arasında
Corab, alt geyimi üçün təx. 4-8 manat
Vahid məktəbli forması ölçüyə görə 40-52 manat
Vahid məktəbli formasının qiyməti Bakı Tikiş Evinin standart qiymətləridir. Bazar, yarmarkalarda saxta məktəb formaları da var. Onların qiyməti göstərilən məbləğdən bir qədər ucuzdur. Bu məktəb formaları Çindən gətirilən xammal hesabına tikilir. Qeyd edim ki, Bakı Tikiş Evinin ölkə üzrə 20-dən çox satış mağazası var. Vahid formanın birbaşa mağazadan alınması məqsədəuyğundur.
Məktəblinin dərs ləvazimatlarının qiyməti isə orta hesabla belə dəyişir:
Çanta: 10-35 manat
Karandaş: 1-5 manat
Qələm: 20 qəpik- 1 manat
Xətkeş: 50 qəpik-2 manat
Oyun xəmiri (plastilin): 1, 50 qəp- 4 manat
Flamaster: 1-6 manat
Rəsm albomu: 50 qəpik - 3 manat
Qələm qabı: 2-5 manat
Rəngli kağız: 80 qəpik - 3 man
Qovluq: 3- 5 manat
Dəftər (vərəq sayına görə): 20 qəpik - 1 manat
Su qabı: 3 - 12 manat
Qidalanma cantası: 4-7 manat
Pozan: 20 qəpik - 1manat
Korreksiya karandaşı (ağardan, pozan qələm): 1-3 manat
Yapışqan: 50qəpik - 2 manat
Pərgar: 80 qəpik-5 manat
Məktəblinin dərs kitablarının bir qismini təhsil aldığı məktəb verir, bir qismini isə valideyn özü almalı olur. Misal üçün, aşağı sinif şagirdləri “Rus dili” dərsliyini (5 manat), eləcə də “Sinifdənxaric oxu” dərsliyini (5 manat) pulla alırlar. Hələ valideynin bununla işi də bitmir. Belə ki, iş dəftərlərin ləğv olunması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələ ki, konkret söz deyilməyib. Ona görə də, valideynin məktəb xərclərinə bunu da əlavə etsək, böyük məbləğ ortaya çıxır. İş dəftərlərinin qiyməti 3-5 manat arasında dəyişir. Misal üçün, 1 məktəbli üçün 5 fənndən alınan iş dəftərləri üçün təxminən 20-25 manat tələb olunur.
Yuxarıda qeyd olunanlar valideynin bir uşaq üçün xərcləcəyi pul vəsaitidir. Bir uşağın məktəbə yola salınması valideynə orta hesabla 150 manata başa gəlir. Nəzərə alaq ki, bu vəsait alınan məhsulun keyfiyyət göstəricisini həll etmir.
Bu minvalla, iki-üç övladını yola salan valideynlər neyləsin? Allah işinizi avand eləsin!
XƏBƏR LENTİ
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Azərbaycanda Konstitusiya Günüdür!
Məşhur aktrisa Can Yamanı yalançı adlandırdı-SƏBƏB
Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Quru dərilər üçün effektli maskalar
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Gözəl ziyafət geyimləri
Təbabətdə inqilab kimi yenilik
30 yaşdan sonra hamiləlik
Məşhur aktrisanın sərt sözlərinə CAVAB gecikmədi
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Azərbaycanda bir layk və şərhə görə boşananlar var
Seçkilərdə iştirak edən Sezen Aksudan qəribə AÇIQLAMA
Kirayə yolu ilə mənzilləri necə əldə etmək olar? - Ekspert BÜTÜN DETALLARI AÇDI (VİDEO)
Saç tökülməsinin qarşısını alan maska
Pislik hissi
YARPAQ DOLMASI (foto resept)
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Gülben Ergendən AÇIQLAMA
İnfarktın səbəbləri
Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq
Bakıda 1 tonluq bayram xonçası - FOTO
Dərman xərcləri artır
Günün ulduz falı
Qadın xəstəliklərinə türkəçarə
Onurğaya zərər verən vərdişlər
Füsunkar Göygöl
Prezidentə məktublar: "Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur"
Mehmet Ali Ərbilin adı şirə verildi - Foto
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
İdman ayaqqabıları
Hansısan?
Bakı Zooparkı fəaliyyətini dayandırır
Göz iltihabı
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Dəbli qısaboğaz çəkmələr
Azərbaycanda pullu yollar pul gətirəcək?
Manat yenə ucuzlaşacaq?
Bu gecə bankomatların 60%-i işləməyəcək
Ermənistan silkələndi
Güləş üzrə reytinq siyahısı açıqlandı
Tarixdə İlk Dəfə görüntüləndi-FOTO
Ən yaşlı kişi uzunömürlülüyünün sirri ilə bölüşdü
Kremli çörək
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Lazımsız dostla münasibətləri kəsməyin yolları
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA
İnsan səadətini harada axtarmalıdır?
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
- ŞƏRHLƏR