Bu gün qardaş Türkiyənin milli bayramlarından biri, 30 avqust- Zəfər Bayramı qeyd olunur.Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlyıb.Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.Onu da qeyd edək ki, qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.Hər il olduğu kimi, bu il də qardaş ölkənin Bakıdakı səfirliyində Zəfər bayramı təntənəli şəkildə qeyd olunacaq.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mikrodalğalı sobada keks (foto resept)
İşdə nə edərlər?
Dəhşətli statistika: bu il yol qəzalarında 56 uşaq öldü
Daimi nikahla müvəqqəti nikahın fərqləri nədir?
Psixoloji testlər
Cəbhə xəttindəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Sabahdan Novruz tətili başlayır
Səyahət - Yunanıstan
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Maska rejiminə yaradıcı yanaşma - VİDEO
Qoxusundan şəfa tapacağınız bitkilər
"Barsa"nın futbolçusu "Napoli"yə keçir
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
Çobanyastığı çayının faydaları
Bu mövzular haqqında düşünməlisiniz
150 min quş məhv edilir
Meyvələrdən üç meyvə var...
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Gəncədə ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
"Qara siyahıya" düşən xamalar-SİYAHI
Qarın düzləşdirən idman hərəkətləri
Mağazadan alınan məhsulların qablaşdırmalarını sabunla yuyun
ASAN-dan yeni xəbər
İmtahan apreldə olacaq
İman edən alimlər-4
8 minə yaxın şəxsin pensiyası artırılıb
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Gözaltı qaralmalarına qarşı ən sadə çarə
Körpəmlə ilk və son görüşüm
Xarab lampaları necə istifadə etməli?
Maykl Cekson dirildi – VİDEO\FOTO
"Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb"
Kobenin xanımı faciədən sonra ilk dəfə yazdı-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
Siçan balasını ilanın ağzından xilas etdi-FOTO
Gələn həftə neçə gün evdə qalacağıq? - CAVAB
Ramazanda necə qidalanmaq lazımdır?
ÜST rəsmisindən ölkələrə CİDDİ XƏBƏRDARLIQ
Adrianadan Metin Haraya daha bir zərbə
Bankdan borc götürməzdən əvvəl mütləq bunu oxuyun
Bakıda banklar boşaldılır
Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO
Quru saçları nəmləndirən maska
Eyfel iştirakçı komandaların rənginə boyanacaq
Hersoqinya Keyt gələcək ginekoloqlarla görüşdü - FOTO
Azərbaycanın bir rayonu bu gün qazsız qalacaq
- ŞƏRHLƏR