Bakıda hava 32°
USD 1.7007 AZN
EUR 2.0421 AZN
10:48Iceberg Salam xoş gördük hər kəsi ) 09:06Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37696

Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

Mövzu  illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Nədənsə indi yazmaq zərurəti yarandı. Bəlkə də bu, mövzunun yazılma vaxtının özüm üçün də yetişmiş olmasından irəli gəlir. 

Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da rast gəldim. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "doğrudanmı mən beləyəm? beləyəmsə niyə beləyəm?!" - Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallar yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. 

İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.

Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

"Ölümə yaxın təcrübəni" 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşamışdım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 

Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanılmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala!" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə yenilənərək həkk olunur.

ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. 

Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. 

ÖYT-nin öyrənilməsi tarixi

Artıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə Amerika psixoloqu və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb,  parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.
Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

ÖYT anında keçirilən klassik hisslər: 

1. Xoşagəlməz səs (uğultu);

2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;

3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;

4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;

5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;

6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;

7. Fiziki bədənini kənardan müşahidə etmək;

8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;

9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;

10. Fiziki bədənə döndükdə soyuqluq hissi.

Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. 

ÖYT-nin tibbi açıqlaması

"O dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.

Uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina dəstəkləyir.

Əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır.

ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklər

Yadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?


1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.

2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən çox rastlanılar dəyişiklik).

3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 

4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.

5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 

6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.

7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 

8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. 

Fərdi inkişafın sürətli yolu - Ölümə yaxın təcrübə

İddia:

Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər.  

Qeyd:

Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir.

"O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) 

"Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)

"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd  (s.a.v.)

Səslərin sayı: 8
27
6468
Digər yazılar
Şərhlər
Offline
Ceylan Mumoğlu
°elif •.°,
Təşəkkür edirəm. laughing
16 yanvar 2017 17:19
Offline
°elif •.°
Ceylan Xanım devamlı olsun
23 iyul 2016 21:52
Offline
Ceylan Mumoğlu
Sərt_Əsinti,
Yadıma gəlir, mən məqaləni hazırlayanda tez-tez sual verirdin. Xoşuna gəldiyini anlamışdım elə. laughing
4 noyabr 2014 00:36
Offline
Agat_Kris
zarafat bir yana menim bashima bele bir hadise gelmeyib.Maraqla oxudum.Cox saq olun,Ceylan xanim.Sayenizde OYT-nin ne olduqunu oyrendim.

Hec mənim də başıma bel bir şey gəlməyib :) amma sağolsun Ceylan xanım bu OYT haqqında geniş məlumat əldə etdik onun sayəsində. Mən hətta bu xəbəri yenidən oxudum çünki çox xoşuma gəlir.
4 noyabr 2014 00:30
imza: Pozitiv olun!
Offline
♥♥S.Nur♥♥
Sherhleri oxuduqca gorurem ki,deyesen hami o biri dunyanin kandarina gedib gelib. biggrin zarafat bir yana menim bashima bele bir hadise gelmeyib.Maraqla oxudum.Cox saq olun,Ceylan xanim.Sayenizde OYT-nin ne olduqunu oyrendim.
4 sentyabr 2014 18:40
Offline
قلب
Xoş gəlmisiz.Şərhlərinizi yenidən görmək xoşdur.

Sagol Ellada, xosh gunune gelek canim
3 sentyabr 2014 00:27
imza: فراق
Offline
Nurana Omarova
Cox maraqli mellumatdi...sozun duzu wokdayam,men hec vaxt yuxu gormurem e...cox maraqlidi mene...yazdiklariniz... give_ros yes
3 sentyabr 2014 00:06
Offline
Turkane Selim
Maraqli melumat idi.Insani daha derinden dusundurmeye vadar edir,birde heyatin dadini anlayir insan.Tesekkurler give_ros
2 sentyabr 2014 23:26
Offline
Ellada Babayeva
قلب  Ro-Xe-Sa قلب,
Xoş gəlmisiz.Şərhlərinizi yenidən görmək xoşdur. request
2 sentyabr 2014 22:39
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
قلب
Xoş gəlmisən, nə vaxt gəldin sən, xəbərim yoxdu))

Xosh gunune gelim Ceylan xanim, ele bu gun gelmisem canim,gelen kimi sizin xeberinize serh yazdimki geldiyimi bilesiz smile
2 sentyabr 2014 21:31
imza: فراق
Offline
Ceylan Mumoğlu
قلب  Ro-Xe-Sa قلب,
Xoş gəlmisən, nə vaxt gəldin sən, xəbərim yoxdu))
2 sentyabr 2014 18:34
Offline
قلب
Ceylan xanım maraqla oxudum, ALLAH sizi qorusun, mehribanciliginiz, dusunce terziniz basqa olmasi, dunyaya basqa terefden baxmagi bacardiginiz sizde hiss olunurdu yazdiginiz yazilarinizdan. Bilmirem bu 9 yasinda kecirdiyiniz ÖYT ile baglidirmi bilmirem duzu. Belkede eledir. Menim fikrimce insan ilbeil oxudugu kitablardan , yasadigi hadiselerden, kecdiyi tecrubelerden ders alir, formalasir. Bu yazdiqlarinizdan bir iki hali mende bas verib . Birinci defe 7 ci sinifde oxuyanda medsestra mene iyne vuranda ozumden getmisem 2 saatdan sonra ayilmisam, o zaman bunlar bas verib, indiye kimi yadimdadir( 1. Xoşagəlməz səs (uğultu); 3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə; 6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş; 10. Fiziki bədənə döndükdə soyuqluq hissi. ) . Amma hamilelikde demek olarki her gun ya gun asiri urekgetme olurdu mende 4-5 ayina kimi, bu halimdada bunlar bas veriridi tekrar-tekrar ( 1. Xoşagəlməz səs (uğultu), 6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş; ). Bu hallarin hec biri xosa gelen olmayib menim ucun. Cox stressler kecirirdim,her gun yenede o hallari kecireceyem deye qorxurdum. Maraqli xeber ucun tesekkur, bu xeberden sonra ozumde daxili kesfiyata baslayacam :)
2 sentyabr 2014 18:14
imza: فراق
Offline
Qəribə
Çox maaraqlı ve dusundurucu bir xəbər hazırlamısınız, tesekkur edirem. give_ros
2 sentyabr 2014 17:07
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Səhifədə gedən müzakirə və burdakı şərhlərə görə çoxlarınız bu halı yaşmısınız.
2 sentyabr 2014 15:53
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Dar uzun və ya işıqlı tunelə doğru uçuş;
Yazınızı oxudum bir neçə il baş vermiş hadisə yadıma düşdü.Yadıma gəlir dərin bir tunelə gedirdim sonra birdən geri qayıtdım, ayıldım gördüm həkim mənə iynə vurur.Dəhşət idi o anı birdə yaşamaq istəməzdim. no
2 sentyabr 2014 15:10
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
Qulaqlarda uğultu hamıda olur məncə birinci uğultu sonra göz qaralır.Amma sonrası elədə yadımda deyil.Sadəcə ayılanda adam uşüyür.Və həyacanlı qorxu hissi yaşayır.Onda fikir verməmişəm belə hallara.. scratch_

Agat_♥,
Ona görə dedim ilk burda yazım..Bəylər çox danışır onları bura gətirin. smile
2 sentyabr 2014 14:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Agat_Kris
Ceylan Mumoğlu,
Demə-demə, 140-a yaxın rəy yazıldı səhifədə, saytımız yatır nədir, bilmirəm. Yəqin axşam gəlirlər artıq xanımlarımız

Ordakıları bura gətirmək lazımdır)))
2 sentyabr 2014 14:35
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Ellada Babayeva,
Bəlkə uğultu məndə də olub,gərək yenidən bu haqda xatırlayım. Bəlkə də başlanğıc elə uğultu ilə olur?

Agat_♥,
SƏhifənizdə bu məqalə barədə artıq geniş müzakirə gedir.

Demə-demə, 140-a yaxın rəy yazıldı səhifədə, saytımız yatır nədir, bilmirəm. Yəqin axşam gəlirlər artıq xanımlarımız laughing
Ceylan xanım yenə də ilkə imza atdı bu məqaləsində :) ÖYT terminini bizim dildə ilədən ilk insan oldu

Dəyərləndirmən üçün təşəkkür edirəm kiss
2 sentyabr 2014 14:31
Offline
Ellada Babayeva
1. Xoşagəlməz səs (uğultu);

3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;
10. Fiziki bədənə döndükdə soyuqluq hissi.

Bunların 3-çü məndə olub.
Tunel anamda bacılarımda olub.Bu artıq ölümə yaxınlaşmaq deməkdir.Həkim bir az gec gəlsəydi onları itirəcəkdim.Yazınızı oxuyanda o günləri xatırladım.Amma ən güclüsünü koma halına düşənlər hiss edir.Xoş hal deyil.
2 sentyabr 2014 14:26
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
Zehra.,
ESNA,
Təşəkkürlər, xanımlar

Dəniz84,
həkimlər hətta dünyasını dəyişdiyini deyirdiləər

Allah qorusun.
Deyirəm axı sizdə bu hər kəsə yardım etmə hissi, əsasən də qadınların psixoloji problemləri ilə dərindən maraqlanma marağı hardandır

Hə, bunu elə özüm də öyrənmiş oldum.
2 sentyabr 2014 14:13
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır