Modal sözlər
Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca növləri aşağıdakılardır:
Təsdiq (yəqinlik) bildirənlər: əlbəttə, şəksiz, şübhəsiz (ki), doğrusu, doğrudur, doğrudan da, həqiqətən, düzü, sözsüz, və s. Məs: Əlbəttə ki, göz ürəyin aynasıdır. Doğrudan da, insan nə xoşbəxtdir. Şübhəsiz, əmək insan xarakterini müəyyən edə bilər.
Güman və şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), yəqin (ki), deyəsən, görünür, olsun ki, olmaya və s. Məs: Olmaya, sən bizsiz getmək fikrindəsən? Güman ki, məsələ xeyli uzanacaq. Deyəsən, mən onu inandırdım.
Nəticə (ümumiləşdirmə) bildirənlər: axır ki, deməli, ümumiyyətlə, beləliklə, xülasə, nəhayət, bir sözlə, tutaq ki, demək, yaxşı, müxtəsər və s. Məs: Yaxşı, indi biz hara gedirik? Demək, sən burada idin. Bir sözlə, hər şey həll olundu.
Sıra və ardıcıllıq bildirənlər: əvvəla, birincisi, ikincisi və s. Məs: Birincisi, mən özüm istəmirdim, ikincisi, bunun sənə aidiyyatı yoxdur.
Fikrin mənbəyini bildirənlər: məncə, səncə, fikrimizcə, zənnimcə, mənə görə və s. Məs: Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox maraqlandırmalıdır. Zənnimcə, getmək zamanı gəldi.
Təəssüf bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki və s. Məs: Heyif ki, biz onu vaxtında tanıya bilmədik. Təəssüf ki, sən Şuşanı görməyibsən.
Bənzətmə (və müqayisə) bildirənlər: sanki, elə bil, elə bil ki və s. Məs: Sanki onun üstünə bir qazan isti su tökdülər.
Modal sözlərin quruluşu
Modal sözlər quruluşca sadə və tərkibi olur.
Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s.
Tərkibi (mürəkkəb) modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.
Modal sözlərdə durğu işarəsi
Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur, sonda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs: Tutaq ki, sən kitabı almamısan... Əgər dərviş olmasa idi, şəksiz, Müsyö Jordan Şahbazı aparacaqdı. Elin malına xor baxanlar məğlub olacaqlar, əlbəttə.
Qeyd: Sanki, guya, elə bil modal sözlərində bütün vəziyyətlərdə vergül qoyulmur.
Modal sözlər digər nitq hissələri kimi omonimlik yaradır.
Düzü: Düzü, (modal söz) onu unuda bilmirəm. Düzü (sifət) yalanla qarışdırma.
Yaxşı: Yaxşı, (modal söz) tez gedək. Yaxşı (zərf) danış, qulaq asaq. Yaxşı (sifət) söz üz ağardar.
Demək: Demək, (modal söz) bir az gecikmişəm. Bunu vaxtında demək (fel) lazım idi.
Təəssüf: Təəssüf, (modal söz) işi yekunlaşdıra bilmədik. Təəssüf (isim) ikinci məğlubiyyətdir.
Sözsüz: Sözsüz (sifət) nəğmədir Əli Kərimin şeirləri. Əvvəllər, sözsüz, (modal söz) cavan idim.
Olmaya: Olmaya, (modal söz) sən təzə işə girmisən? Bu işdə Orxanın əli olmaya (fel)?
Nida
Nida danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hisslərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:
Sevinc, heyranlıq bildirənlər: bəh-bəh, of, ura, paho, oxqay, ay can-ay can və s. Məs: Paho! Ay Salam, xoş gördük.
Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay, dad vəs. Məs: Vay-vay, bu nə işdi başıma gəldi? Ah, əfsus, keçdi o gözəl günlər.
Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.
Qəm, kər bildirənlər: of, ah, ox, eh və s. Məs: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.
Nidaların orfoqrafiyası
Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs: Ax, bu uşaqlar necə bədzatdılar! Qorxdum, ay aman, yarıldı bağrım. Gör hava necə təmizdir, bəh, bəh!
Qeyd: Çağırış nidaları olan ay, a, ya tək işlənmir, onlardan sonra xitab gəlir və vergül xitabdan sonra qoyulur. Məs: Ay uşaq, bura gəl. A kişi, bu nə işdi edirsən?
Ey nidası həm xitabla, həm də tək işlənir. Tək işlənəndə ondan sonra vergül qoyulur. Məs: Ey, mənə kömək edin.
Nidaların omonimliyi
Nidalar da bəzən omonimlik (qrammatik) yaradır.
Ah: Ahın (isim) dağlara, bala! Ah, (nida) necə kef çəkməli əyyam idi...
Hey: Dizimdə hey (isim) qalmadı. Hey, (nida) balaca, bura gəl! Hey (zərf) bizə hələrdi.
Ox: Ox (isim) ataq, yarışaq. Ox, (nida) yandı ürəyim!
Vay: Kəndimizə vay (isim) düşdü. Vay, (nida) sən nə dedin ona?!
Ay: Ay (isim) bu günlükdür. Ay ana, (nida) mən səni sevirəm!
Ax: Araz axar (fel) lil ilə. Ax, (nida) bir görəydim o günü.
Uy: Başqalarına uyub (fel) ailənə qarşı çıxma! Uy, (nida) barmağım az qalmışdı qırılsın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Eyfel qülləsi bağlandı-SƏBƏB
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Qırmızı yoncanın faydaları
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Dünyada ən varlı 5 qadın
Stiv Cobsun ölümqabağı məktubu
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Pis yuxu şəxsi həyatı məhv edir
Çörəkli salat (foto resept)
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
HAVA necə olacaq? 15-yanvar
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
WhatsApp-dan daha bir yenilik
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Torpaq uğrunda ölən varsa, Vətəndir!
İş adamlarının həbsinə başlanıldı
Avtobuslarda gediş kartından istifadə uğursuz alınıb?
Təhsil nazirindən təbrik
Dəridəki ləkələri yox edən maska
Qadın qəlbini fəth etməyin 18 yolu
Madonna yeni İMİCDƏ-FOTO
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Asqırmağı yozmaq düzgündürmü?
Əhvalı yüksəldən məşğuliyyət
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Sevgi dediyin təmənnasızlıqdır
Südlü brokoli şorbası
Özcan Dənizdən yeni serial müjdəsi
Muncuqlardan düzəltdiyim əl işlərim
Anomal hava daha bir ölkəni cənginə aldı
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Şahzadə Harri və Meqan Markl toylarının 1 ilini qeyd etdi-FOTO
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Real olmadığına inanmayacaqsınız
Hörüklü saç modelləri
"Ananas" salatı (foto-resept)
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ
“Kurtlar vadisi”nin aktyoru boşanır
Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər
Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Gündəlik saç yığımları
- ŞƏRHLƏR