Ədat sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir.
Məgər bunu sizə deməmişdik? cümləsində məgər ədatı bütövlükdə cismlərin təsir gücünü artırır. Sən ki belə deyildin.-cümləsində ki ədatı sən sözünün təsir gücünü artırır.
Ədatlar söz və ya cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxartsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər zəifləyə bilər: Ən gözəl qız gəlsin.-Gözəl qız gəlsin.
Ədatların qrammatik mənası söz və cümlələrin təsir gücünü artırmağa xidmət etməsidir.
Ədatların mənaca növləri
Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, hətta, artıq, -ca (-cə), da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, hələ. Məsələn: Lap başımı itirmişəm. Artıq mən onunla razı deyiləm. Düz yanında dayandı.
Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Məsələn: Elə mən də bunu istəyirdim. Mənə məhz sən lazımsan.
Məhdudlaşdırıcı ədatlar: ancaq, tək, təkcə, bircə, yalnız, bir. Məsələn: Məsələdən yalnız mən xəbərdaram. Ancaq sən ona kömək edə bilərsən.
Sual ədatları: bəs, məgər, bəyəm, yəni, -mı (-mi, -mu, -mü), ki. Məsələn: Yəni sən heç onu düşünmürsən? Məgər belə də iş olar?
Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə, -sanız, -səniz. Məsələn: Almayın ha! Bax, gözləsin ha. Gəl belə edək. və s.
Arzu ədatları: kaş, gərək, kaş ki, təki, barı, bircə, bir. Məsələn: Kaş ki səni görəydim. Bircə yaz tez gəlsəydi.
Təsdiq və inkar ədatları: hə, yox, bəli, xeyr, heç, əsla. Məsələn: Hə, mən razıyam. Heç elə şey yoxdur. və s.
Qeyd: Ha ədatı felin əmr şəklinə aid sözlərdən sonra işlənərsə, əmr, qalan vəziyyətlərdə qüvvətləndirici ədat kimi çıxış edir. Məs: Getsin ha-əmr ədatı. Müəllimdir ha. Oxumalısan ha-qüvvətləndirici ədat.
- Ki ədatı cümlənin ortasında gəldikdə qüvvətləndirici: Sən ki belə deyildin; sual cümlələrində sonda gəldikdə sual ədatı olur: Bir yerə getməyəcəksən ki?
- Ki o zaman bağlayıcı olur ki, mürəkkəb cümlənin tərkib hissələri arasında işlənsin.
- Bəs sözü kifayət mənasında işləndikdə ədat olmur; məsələn: Bəs (kifayət) eləyincə oynadılar. Oxumağınız daha bəsdir (kifayətdir).
Ədatların digər nitq hissələrindən fərqləndirilməsi
Ədatların bəziləri başqa nitq hissələri ilə omonim və ya ortaq ola bilir. Belə hallarda bu və ya digər sözün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək üçün onun cümlədəki roluna, məna və vəzifələrinə fikir vermək lazımdır.
- Nə, ki, da, də, ancaq, hətta, yəni sözləri həm bağlayıcı, həm də ədat kimi işlənir. Məs: Həsən də gəlmişdi. Bəziləri, yəni məsələni bilməyənlər susurdular-bağlayıcı. Ağacları sula da. Yəni sən bunu bilmirsən?-ədat.
- -ca, tək sözləri qoşma və ədat kimi çıxış edir. Məs: Dəryaca ağlın olsa... Quştək uçurdu-qoşma. Bircə manat pulumuz vardı. Tək sən mənə kömək edə bilərsən.-ədat.
- Düz, əsl, tək, artıq sözləri sifət və ədat kimi işlənir. Məs: Düz yanımda dayandı. Əsl mən deyəndi. Artıq bu məsələ bizi çox narahat etmişdir.-ədat. Düz sözə nə deyə bilərik. Əsl müəllim vətənpərvər olmalıdır. Artıq kitabları aparın.-sifət
- Bir, çox sözləri say və ədat olur. Məs: Bir (say) uşaq anası. Bir (ədat) bu işə baxsaydı. Çox (say) insan bunu bilmir. Çox (ədat) da ki istəyir, götür apar.
- Necə, nə, elə, belə sözləri əvəzlik və ədat olur. Məs: Sən ona necə (əvəzlik) dedin? Necə (ədat) də gözəl oxuyur.
- Təkcə, yalnız, tək, artıq sözləri zərf və ədat kimi işlənir. Məs: Kəndə yalnız (zərf) gəlib. Qız tək (zərf) yaşayırdı. Yalnız (ədat) o bilir. Tək (ədat) sənə inanıram.
- Bax, gəl, gör, qoy, gəlsənə və s. sözlər fel və ədat olur. Məs: Qoy (ədat) sözünü desin. Gəl (ədat) birlikdə baxaq. Çantanı yerə qoy (fel). Evə tez gəl (fel).
- Bircə bütövlükdə məhdudlaşdırıcı ədatdırsa, onu təkcə sözü ilə əvəzləmək mümkün olur. Məs: Bircə (təkcə) sən mənə kömək edə bilərsən.
Bəzən bir sayına qüvvətləndirici -cə ədatı qoşulduqda onu iki sözü ilə əvəz etmək lazım gəlir, əgər bu mümkündürsə, o zaman bir say, -cə isə ədatdır. Bircə (ədat-təkcə) səni arzulayırdım. Bircə (say-ikicə) kitab aldım.
Bircə ədatı arzu ədatı kimi də işlənə bilər. Məs: Bircə o tez gəlsəydi.
Ədatların orfoqrafiyası
Sual bildirən -mı4, əmr bildirən -sana2, qüvvətləndirmə bildirən -ca ədatları şəkilçi formasına düşdüyü üçün sözlərə bitişik yazılır. Məs: Bunu dedinmi? Oxusana. Bircə sən çatışmırdın.
-mı4 sual ədatı -da, -də bağlayıcısından (və ya ədatından) sonra ayrı yazılır. Sən də mi bunu belə anlayırsan?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Reyhanlı ayran (foto-resept)
Qarağat kokteyli (foto resept)
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Avropanı fəth edən Balakən sakini rayonu ayağa qaldırdı
Tarkandan qızına milyonluq hədiyyə
O Ceki Çanın filminə çəkildiyi üçün işdən qovuldu
Qış mövsümündə saça qulluq
Gülben Ergen 1 aya 5 kq arıqladı-FOTO
Maqnitli manikür
Bakıda ildə 78 gün hava yağıntılı olur
Ən böyük şəbəkə Çində olacaq
Bonibonlu bisküvit (foto resept)
Region televiziyalarında "Bizim Yeni il"
Seren Serengil yenidən ərə gedir
Tuba 38 yaşını belə qeyd etdi
Bakıda çörək daşınmasında qadağa olacaq?
Zlatan İbrahimoviç Bakıya gəlir
"Arıqlamaq üçün eşq acısı çəkin"
Cərrahların pasiyentlərin qarnında unutduqları
Elektron siqaretlərdə virus tapıldı
Buz qayalarına belə dırmandılar
"Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır"
Qərb ölkələrini bürüyən qəribə yeni ənənə
Desert üçün salat (foto resept)
Marsda həyat olduğu üzə çıxdı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Yasin Quliyev ödənişsiz təhsil alacaq
Qarında qopan vəlvələ
Aktrisa ailə qurdu: "Vallah, ərə getdim" - FOTO
1 sözdən ibarət kitab
Çimərliklərin hansı halda açılacağı bilindi
Valideynlər övladlarına şəxsi nümunədirlər
Makaronun növləri və hazırlanması
Hipertoniya (təzyiq xəstəliyi)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Müəllimlərin maaşından xəbər var!
Çağla Şikel məhkəməlik oldu_SƏBƏB
Qeyri-adi milyonçular
20 yaşlı tələbə deputat seçildi
Metropolitenin yeni rəisi kimdir?
Sahil daşlarından hazırlanmış əl işi
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Pul elə yerdən çıxdı ki...
Dünyanın ən böyük pomidoru
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Bir-birindən gözəl tortlar
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
- ŞƏRHLƏR