Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.Bu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksonun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Təqdbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.
CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir. Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Unutqanlığın qarşısını alan məşqlər
5 manata satılan yaşıl yumurta -FOTO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Naringili dondurma (foto resept)
Kök şorbası
Vegeterianlıq nədir?
Qarın bölgəsindəki yağları əridən detoks
Aslı Enver idmana başladı-FOTO
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
Ən gülməli manekenlər
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Ağciyərindən mismar çıxdı-FOTO
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Gözəl saçlar
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Ağır idmanın zərəri
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Beren Saat sevərlərə bəd xəbər (FOTO)
Övladımla necə dost ola bilərəm?
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
WhatsApp-da daha bir yenilik
Qaymaqlı qurabiyə (foto resept)
Yazıqlar məkanı: irəliyə doğru, geriyə...
Nişan üzükləri
"Qarabağ bir neçə günə geri alınacaq"
Dimedrol reseptlə satılmalıdırmı?
Xərçəngin yarandığını göstərən əsas əlamətlər açıqlandı
Günün qoroskopu: Mübahisə etməyin!
Çimərlik çantaları
Hava haqqında - 12.08.2013
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
5 əsas fitness hərəkətinin doğru və səhvləri
“Facebook”da sistem dəyişir
Günün ulduz falı - 11.03.2014
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Neymarın cəzası məlum oldu
Ərtoğrol Cavid (vaxtdan uca)
Bu günün hava proqnozu
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Disney gözəllərinin oxşarları
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər
- ŞƏRHLƏR