Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, məlum olduğu kimi, Kaliforniyadakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdi ki, Kaliforniya Senatının gündəliyində idi.Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilmiş, onlarla çoxsaylı görüşlər keçirilmiş, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb:"Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə, 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniya Qanunverici Orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina ediblər".Bəyanatda qeyd olunur ki, eyni zamanda, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər: "Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993, 1997 və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilmişdir. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnlız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil".
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçiriləcək
Ofisdə ayaq vannası? - Yox-yox...
Forel balıqlı salat-kokteyl (foto resept)
Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ
Azərbaycandan çox sərt etiraz
Toydan əvvəl 500 minlik yaxtada parti etdi-FOTO
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Xalq artistinin 75 illik yubileyi qeyd olundu
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yadplanetlilərlə bağlı təhlükə sürətlə artır - Gizli məqamlar
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Günün qoroskopu:Aktiv olun!
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir
Rami Malekdən FOTOsessiya
Ingilis dili-XIX Dərs
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Bakıda yürüş keçirilib
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi
Həyəcan siqnalı verən bitkilər
Toyuq ətli salat (foto resept)
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Günün ulduz falı - 17.09.2013
Tom Kruz əvvəllər kraliça II Elizabetə məxsus olan binanı icarəyə götürüb
Dünyada bankomat fırıldaqçılığı artıb
Sahib olduğumuz 6 fövqəltəbii istedad
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
32 rayonda analoq TV yayımı dayandırılır
İran ABŞ-a birbaşa aviareysin açılması imkanını öyrənir
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam oldu!
Sergey Markov: “Erməni qoşunları artıq döyüşə bilmədilər”
"Facebook" və "Instagram"da problem yarandı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Tarixdən...(2)
Xoşbəxtlik hissi yaradan qidalar
Ailənin tək uşağı necə böyüdülməlidir?
Alişan eyni anda bir neçə maşın aldı
Arzular gerçəkləşir
Məntiqi rəngləmələr - 1
Kitabların düzaynı
Gün ərzində 20 dəqiqə
Saxta brendlər - Azərbaycanlı alıcı necə aldadılır?
Günəş ləkələrindən xilas olmağın yolu
Düşmənin zərbə PUA-sı ələ keçirilib
- ŞƏRHLƏR