Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz 09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39981

Məktəblilər üçün düzgün qida menyusu

Müasir məktəblilər üçün zəngin tərkibli qida rasionunu necə tərtib etmək lazımdır?
Tezliklə yeni tədris ili başanacaq. Hər birimiz üçün övladımızın təhsili ilə yanaşı qidalanması da əsasdır. Qida elə seçilməlidir ki, həm iştahaçıcı, həm doyumlu, həm də faydalı olsun!
8-10 yaşlı uşağın qidası onun inkişafına birbaşa təsir göstərir. Valideynlər ilk olaraq yaxşı məktəb, əlavə hazırlıq kursları, rəsm, xarici dil kursları və ya idman zalları axtarışında olur, amma xarakterin formalaşmasındakı qida faktorunu yaddan çıxarırılar. Axı sirr deyil ki, qida vərdişləri uşaq vaxtlarından formalaşır!
İnsanın hərtərəfli və aktiv inkişafı üçün keyfiyyətli təhsil və düzgün tərbiyə ilə yanaşı fiziki inkişaf da gərəklidir. Biz böyüklər estetik tərbiyə ilə yanaşı uşaqlara düzgün qidalanmağı sevməyi də öyrətməliyik. Bu barədəki bir neçə məsləhətimizi sizinlə bölüşmək istərdik!
Məktəblilər üçün düzgün qida menyusu

Səhər yeməyi
Qədimdən məlumdur ki, ən yaxşı səhər yeməyi taxıl bitkilərindən hazırlanmış sıyıqlardır. Belə qidalar kalsium, sink və digər vitaminlərlə zəngin olsa da, hər uşaq onu xoşlamır. Sıyıqları uşaqların sevimli maffinləri, oladi və digər qidalarla birlikdə təqdim etmək olar. Ayda bir dəfə isə klassik formada təqdim etmək olar-təsadüf görüşlər həmişə xoş olur. Yulaf sıyığı müxtəli meyvələr,bal,ev mürəbbələri və siroplaral çox gözəl uyğunlaşır. Bu ərzaqlarla sıyığı öz fantaziyanıza uyğun müxtəli şəkillərlə bəzəyə bilərsiz.
Səhər yeməyi üçün ikinci növ qida yumurtadır. Hər bir uşaq onun müxtəlif hazırlanma qaydasını sevir. Marketlərdən selikon ulduz, maşın, gül, ürək formalar alın və omleti bu formanın içində bişirin. Tərəvəz və göyərtilərlə onu fantaziyanıza uyğun bəzəyin. Uşaqda yeməyə olan marağı özünüz görəcəksiniz. 
Meyvələri də unutmaq olmaz. Banan və ya çiyələk əzməsini süd, qatıq və ya dondurma ilə qarışdırıb uşağa təqdim edə bilərsiz.
Məktəblilər üçün düzgün qida menyusu

Atışdırmalıqlar
Atışdırmalar dietoloq və pediatrların sevimli qidası olmasa da, məktəbli üçün vacibdir. Peraşki və hotdoqlar məktəbli üçün çox, təəsüüf ki, uyğun olmayan qidalardalardandır, ponçik və pizzalardan, ümumiyyətlə, uzaq durmaq lazımdır. Belə qidaları həftə sonu piknikdə istifadə edin. Atışdırmaların ən ideal variantı meyvə və tərəvəzlərdir.
Çox uşaq nə meyvəni, nə də tərəvəzisevmir, amma əsas təqdim etmədir. Məsələn, almanı ortadan bölüb çəyirdəyini təmizləyə və ya püresini hazırlaya bilərsiniz. Maraqlı birləşmələr edin, müxtəlif dadları bir araya gətirin. Kərəviz və kök, alma və armud ilə yerfıstığı yağı kompleksi orqanizm üçün əla uyğunlaşmadır.
Məktəblilər üçün düzgün qida menyusu

Nahar
Yaşlıların dediyi kimi, uşaqlar üçün ən əsas fərqlilikdir. Evdə belə bir variantdan istifadə edə bilərsiniz: qarabaşaq, düyü, makaron, kartof, bulqur və buğda bişmiş tərəvəzlər. Həftəlik 7 növ qarnirinizi müəyyən edin. Bütün bu təqdim olunanlar tərəvəz salatları ilə də gözəl uyğunlaşır. Zülal kimi ev kotleti, küftə, hindi və ya toyuq filesi uşağınızı lazım olan enerji ilə təmin edəcək. Unutmayın ki, hər şey yeməyin təqdim olunma qaydasından asılıdır. Fantaziyanızı işə salın və nə bişirməyinizdən aslı olmayaraq onun estetik görünüşünə önəm verin!
Səslərin sayı: 5
12
4127
loading...
Şərhlər
Offline
......
Mende mektebliyem,mekdebe gedende seher yemeyinde bir dene cay icirem.Faydali xebere gore tewekkur edirem give_ros
26 fevral 2016 14:56
Offline
HUSNA
Maraqlidi,secilmis etdim
4 dekabr 2014 17:38
Offline
Ayka Eliyeva
Maraqli melumat ucun tewekkurler..
22 sentyabr 2014 01:47
Offline
Xalidə Həsənzadə
Məndə məktəbliyəm təşəkkür xəbər üçün
21 sentyabr 2014 19:23
Offline
leyla, askerova
Tesekkurler! !!! give_ros
8 sentyabr 2014 12:00
Offline
zara
Tesekkurler maraaqli xeber ucun
6 sentyabr 2014 12:44
Offline
Ulker.Agamali
Ellada Babayeva,
Deyeriniz ucun tesekkur edirem give_ros
Aytac,
Cox sag ol ezizim give_ros
Zehra.,
give_ros
♥Aynişka Gülüm♥,
BU en problemli meseledir,usagi nisbeten yuxudun tez durguzmaga ceht edin ve duran kimi de sufre arxasinda oturtmayin! Mekteb vaxti bu bir qeder cetin olsa da ceht etmek olar! wink

Q,
Cox sag ol baciska!give_ros air_kiss
3 sentyabr 2014 18:15
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Qəribə
Aytac
Maraqli xebere gore tesekkurler Ulker baci.
2 sentyabr 2014 14:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥Aynişka Gülüm♥
Usaqlar bizim istediyimizi yeseler ne var ki!Seherler de heeec istahlari olmur!
2 sentyabr 2014 14:31
Offline
Zehra.
Çox sağolun,xəbər üçün.
2 sentyabr 2014 11:58
Offline
♥Mira♥
Maraqli xebere gore tesekkurler Ulker baci give_ros
2 sentyabr 2014 11:07
Offline
Ellada Babayeva
Uşaqları yemək yeməyə həvəsləndirmək çətinləşib..Maraqlı, xeyirli xəbər hazırlamısız.Analara kömək olacaq.
2 sentyabr 2014 01:44
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış