Azərbaycanda ən isti yay bu ilə təsadüf edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu il avqust ayında bəzi bölgələrdə rekord temperatur qeydə alınıb.
“Azərbaycanda, o cümlədən Bakı-Abşeron yardamasında cənub-şərq küləyinin əsməsilə əlaqədar havanın temperturu yüksəlib. Avqust ayının 19-da Gədəbəydə 37 dərəcə, Gəncədə 42 dərəcə, Zaqatalada 41 dərəcə, Balakəndə 42 dərəcə, Şəkidə isə 40 dərəcə anomal istilər qeydə alınıb. Gədəbəy dağlıq ərazi olmasına baxmayaraq, burada 37 dərəcə isti qeydə alınıb. Dağlıq ərazilərdə bu çox yeksək temperatur sayılır”, - deyə Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, belə hava şəraiti avqust ayının 29-na qədər davam edəcək. Bakı və Abşeron yarmadasında 34-38 dərəcə, yarımadanın bəzi yerlərində temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir.
Asif Verdiyev onu da əlavə edib ki, bu ildən başqa, Bakı və Abşeron yarmadasında ən isti temperatur 2011-ci ildə, 40 dərəcə qeydə alınıb. 2010-cu ildə isə uzun müddətli istilər olub.
“Azərbaycanda ən isti gün 2000-ci ildə avqust ayının 1 və 2-də qeydə alınıb. Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə isti müşahidə olunub. Bakı və Abşeron yarmadasında 39-42 dərəcə istilik müşahidə olunub. Aran rayonlarında 40-43 dərəcə qeydə alınıb”, - deyə Asif Verdiyi bildirib.
Asif Verdiyevin sözlərinə görə, bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Aran rayonlarında havanın tempraturu 35-40 dərəcə, dağlıq ərazilərdə 26-31 dərəcə isti gözlənilir.
İlkin proqnozlara əsasən avqust ayının 30-dan başlayaraq Bakı və Abşeron yarmadasında cənub-şərq küləyinin şimal-qərb küləyilə əvəz olunması gözlənilir. Ayın 30-da gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin yarmadanın bəzi yerlərində daha da güclənəcəyi gözlənilir. Avqustun son iki günü Bakı və Abşeron yarımadasında sərin hava müşahidə olunacaq. Havanın tempraturu avqustun 31-də havalar sərinləşəcək.
Asif Verdiyevin sözlərinə görə, bu il Azərbaycanda yağıntılar normadan az olub. Yay dövründə yağıntıların az olması ilə əlaqədar bu il çaylarda sululuq normadan aşağı olub. Bəzi rayonlarda qurarlıq hökm sürür.
“Bu ilk hadisə deyil ki, ölkəmizdə qurarlıq olur. 2000-ci ildə də Azərbaycnada qurarlıq ili olub. 2006-cı ildə avqust ayında yağıntı qeydə alınmamışdı. 2010-cu ildə Bakı-Abşeron yarmadasında, eyni zamanda, bəzi rayonlarda çirkli hava kimi qeydə alınıb. 2010-cu ilin iyul ayının 24-dən başlayaraq, avqust ayının 20-nə kimi quraqlı keçib”, - deyə Asif Verdiyev vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, quraqlıq ili hələ bir müddət davam edəcək. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək.
“İki ildir ki, ölkədə quraqlı hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın”, - deyə Telman Zeynalov vurğulayıb.
Ekspertin fikrincə problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: “Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik”.
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!
- ŞƏRHLƏR