Bakıda hava +6°
USD 1.7475 AZN
EUR 1.8505 AZN

Səhv qidalanma tətilinizi zəhər edə bilər

Səhv qidalanma tətilinizi zəhər edə bilər

Açıq bufetlərdəki yeməklərə diqqət edin.

Tətil yerlərindəki bufet həm çox sağlam, həm də çox təhlükəlidir. Sağlamlıq ölçüsünə baxacaq olsaq, hər cür qidanı tapmaq mümkündür. Ancaq tərəvəz-meyvə, ətlərin, plov-makaronlar, süd və qatıq məhsullarının necə hazırlandığı və təqdim edildiyinə diqqət etmək lazımdır. Bu yeməklərin bişirmə üsullarına diqqət edilməli və uyğun olanları seçilməlidir. Qızartma, qovurma kimi çox yağlı və xəmirli yeməklərdən mümkün olduğunca uzaq dayanılmalıdır. Xüsusilə mayonez ilə souslanaraq hazırlanan yeməklər və məzə növləri qəbul edilməməlidir. Daha çox qızartma, qaynatma, qazanda bişirmək kimi üsullarla hazırlanan yeməklər ön planda olmalıdır. Təzə salatlar da mütləq qəbul edilməlidir. Normalda yeyilən ölçülərdən artıq qida qəbul edilməməlidir. Çox qida istehlakı xüsusilə yüksək təzyiq, şəkər kimi xəstəlikləri yarada bilər.

Stəkanda satılan souslu qarğıdalılardan uzaq durun.

Açıq bufet xaricində çöldə satılan yeməkləri istehlak edərkən də çox diqqətli olunmalıdır. Üzəri açıq olan, ambalajsız, havayla uzun müddət təmas edən qidalar mikrob yuvasına dönə bilər. Bundan əlavə üzərində son istifadə tarixinə, paketində deşik və ya cırığın olub-olmadığına da diqqət etmək lazımdır. Yay vaxtı küçədə satılan qaynadılmış qarğıdalılar üçün də eyni şey keçərlidir. Əgər qarğıdalının olduğu qazandakı su bulanıq və rəngində də tündlük vardırsa, alınmamalıdır. Xüsusilə stəkanda satılan souslu qarğıdalılardan uzaq dayanılmalıdır.

Otel yeməkləri gündəlik və təzə olmalıdır.

Gedilən otellərdə qidaların təmizliyinə də diqqət yetirilməlidir. İsti havalarda yemək hazırlanarkən gigiyena qaydaları tətbiq olunmazsa, zəhərlənmələr yaşana bilər. Hazırlanan menyuların gündəlik və təzə olduğundan əmin olunmalıdır. Yeməklər çox yağlıdırsa, yeməyin suyu istehlak edilməməlidir. Həzmi asanlaşdırmaq üçün qab birdən çox yeməklə doldurmamalı, yeməklər yeyildikcə yeniləri alınmalıdır. Axşam yeməkləri çox gec saatlara buraxılmamalıdır. Mümkündürsə yatmazdan 4 saat əvvəl yemək yeyin.

Səhv qidalanma tətilinizi zəhər edə bilər

Yemək vaxtınızı əsla keçirməyin.

Bəslənmə zamanı yemək vaxtları əsla gecikdirilməməlidir. 3 ana paya əsla laqeydlik etməyin. İstər tətildə, istərsə də evdə günə mütləq səhər yeməyi ilə başlanmalıdır. Naharda istehlak qidalarının da zülal baxımından zəngin pendir, yumurta və tam taxıllı çörəklərdən hazırlanması lazımdır. Səhər yeməyini isə mümkün olduğu qədər erkən saatlarda yeyin.

Həzmi daha asan olan tərəvəz yeməkləri, salatlar, zeytn yağlı qidalar günorta istisində bəslənmək üçün yaxşı seçimdir. Ət yeməklərindən ibarət menyular isə axşam saatlarında istehlak edilməlidir. Ancaq yeyərkən də həddində yeyilməlidir. Ət istehlakı 150 qramı keçməyəcək şəkildə nizamlanmalıdır. Ətin yanında az ölçülərdə plov ya da makaron, bol salat, ayran və ya qatıq istehlak edilə bilər.

Ara paylar də ən az ana paylar qədər əhəmiyyətlidir. Ara paylar üçün ən yaxşı alternativ meyvədir. Xüsusilə bol su ehtiva edən qarpız, qovun kimi meyvələr seçilməlidir. Diqqət edilmədən ara paylarda istehlak edilən dondurma, tortlar kökəlməyə səbəb ola bilər. Bu yeməklər yerinə təzə meyvələrlə hazırlanan meyvəli bir qatıq alternativ ola bilər. Hətta alma, armud kimi meyvələrin üzərinə darçın səpilərək də fərqli bir variant yaradıla bilər. Darçın qan şəkərinin balansına kömək edərək bədəndəki şirin ehtiyacını azaldır. 

Səhv qidalanma hipertoniya və şəkər xəstəliyinə yol açar.

Tətildə səhv bəslənmə nəticəsində bəzi xəstəliklər də yaşana bilər. Xüsusilə hipertoniya və şəkər xəstəliyi mövzusunda diqqətli olmaq lazımdır. Səhv qidalanmağın üzərinə isti hava ünsürünü də gəlsək, bu narahatlıqlara tutulma riski arta bilər. Bundan əlavə qidalanmada pozöunluq zamanı mədə xəstəlikləri və həzm sistemində çətinlik də yaşana bilər. Bəzən səyahətlər zamanı qəbzlik, köp kimi narahatlıqlar da yaşana bilər. Ən yaxşı yol isə bol su istehlakı və gündə 2 fincan yaşıl çay içməkdir.  

Səhv qidalanma tətilinizi zəhər edə bilər

Su yeməkdən daha əhəmiyyətlidir.

Çox isti havalarda hər zaman həzmi asan qidalar seçilməlidir. Bədənimizdən tər vasitəsilə maye itirilir. Bunun isə əvəzində bol miqdarda maye qəbul etmək lazımdır. Maye ehtiyacı isə mümkün olduğu qədər su ilə qarşılanmalıdır. Sudan əlavə istəyə görə çay, ayram, bir az şəkərli limonad da seçim edilə bilər. Ancaq hazır meyvə suları, buzlu çay və turşulu içkilərin tərkibində şəkər və qatqı maddələri çoxdur. Buna görə də bu tip içkilərdən bacardıqca uzaq durmaq lazımdır. Evdə hazırlanan az şəkərli bir limonad yaxşı bir içki alternatividir. 

İstilik artdıqca virus, bakteriya və göbələklər çoxalar.

Yay aylarında gigiyena qaydalarının əhəmiyyəti bir qat daha artar. İstilik artdıqca virus, bakteriya və göbələklərin çoxalması sürətlənər. Buna görə yaz aylarında və tətillərdə gigiyena olduqca əhəmiyyətlidir. Yeməyə oturmazdan əvvəl əllər yaxşıca yuyulmalıdır. Yeməklərin istidə uzun müddət saxladılmamasına diqqət edilməlidir. Zəhərlənmə riski olan birdən çox qida növünü bir yerdə yemək uyğun deyil. İçilən suların təmizliyinə diqqət edilməli, əmin olunan bir markanın suyu seçilməlidir. Əgər təmizləyici istifadə edilirsə, filtirlərin təmizliyindən əmin olunmalıdır.

Səslərin sayı: 6
21
2188
Şərhlər
Offline
Ellada Babayeva
İstilik artdıqca virus, bakteriya və göbələklər çoxalar.

Tək istilikdə deyil soyuqdada bakteriya olur. Evi hər səhər havalandırmaq lazımdır. Elə insan var evin havasını qışda dəyişmir ki, soyuqdu. Təmizlik olan yerdə xəstəlikdə az olar.
28 aprel 2016 19:43
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Bu virus var ha nəinki yayda hətta qışdada olur
28 aprel 2016 19:40
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Iceberg,
Men tetile cixanda ora bura o qeder gezib firlaniram hec yemek yadima duwmur

Dənizdən çıxırıq ki, yemək də yeyək? biggrin
28 aprel 2016 17:59
Offline
Iceberg
Men tetile cixanda ora bura o qeder gezib firlaniram hec yemek yadima duwmur
28 aprel 2016 12:13
imza: Günahı keç,savabı keç,Keçdin, bir yer görəcəksən,Səninlə orda görüşək...
C. Rumi
Offline
Nermin_Guler
Çox gözəl məlumatladır. Kaşki bütün bunlara əməl edə bilsək((
28 aprel 2016 11:16
Offline
Xəyalə Murad
İstilik artdıqca virus, bakteriya və göbələklər çoxalar.
Bunu qış fəslində havalandırılmayan evə də aid etmək olar.
28 aprel 2016 09:51
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Mələksima
Yazıq mədəmiz nə gəldi atırıq ora zibil yeşiyi kimi. biggrin
21 iyun 2015 01:37
Offline
Pərvanə
Meslehetlere gore sagolun
9 iyun 2015 08:03
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
gunay
Tewekkurler faydali xeber ucun...
13 aprel 2015 15:27
Offline
Narin...
Deyerli meslehetlerdir. Ehtiyaci olanlar ucun.
18 fevral 2015 00:26
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Qizil Gul
ღМоя большой любовьღ(Nişanlı) ,
Aida M-ova,
Fatma xanım,
.....,
give_ros give_ros give_ros give_ros
1 fevral 2015 15:16
Offline
.....
Men diqqet ederemmm tewekkur edirem Qizilgul xanim
9 yanvar 2015 09:39
Offline
Fatma xanım
Tətil olanda nə olar insan öz qarnını da düşnməlidi də yoxsa nə gəldi yeyim ki istirahətdəyəm
12 oktyabr 2014 13:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aida M-ova
Yazıq canımız tətil görürük dash
12 oktyabr 2014 13:25
Offline
ღМоя большой любовьღ(Ailəli)
Menim düz 3defe zəhərlənmədən başım çəkib(((ALLAH heç kəsə göstərməsin AMİN
9 sentyabr 2014 21:12
Offline
Qizil Gul
Lamiye Esedova,
Pervane-Haqverdili,
Aytac,
Dəniz84,
Q,
Hər kəsə təşəkkür edirəm serhləriniz üçün give_ros
9 sentyabr 2014 18:53
Offline
Qəribə
Dəniz84
Əlbəttə qidalanmamızdan bütün həyatımız asılıdr. Sağlam qidalanma sağlam həyat deməkdir. Təəssüf olsun ki. bu dövrdə bu qeyri mümkündür.
Xebere gore tesekkurler Qizil gul.
9 sentyabr 2014 18:39
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Dəniz84
Əlbəttə qidalanmamızdan bütün həyatımız asılıdr. Sağlam qidalanma sağlam həyat deməkdir. Təəssüf olsun ki. bu dövrdə bu qeyri mümkündür.
9 sentyabr 2014 18:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
♥Mira♥
Xebere gore tesekkurler Qizilgul
9 sentyabr 2014 16:37
Offline
Pervane-Haqverdili
Men diqqet ederemmm tewekkur edirem Qizilgul xanim
9 sentyabr 2014 16:24
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!