Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.
Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.
“Biomimikri” kitabının müəllifi Cenin M. Benyus təbiətdəki mükəmməl sistemlərin, modellərin təqlid edilməsinin vacibliyini nümunələrlə belə izah edir.
- Arı quşları 10 qramdan daha az “yanacaq” sərf edərək Meksika Körfəzini keçə bilirlər.
- İynəcələr ən mükəmməl vertolyotlardan belə daha yaxşı manevr edirlər.
- Yarasanın geniş-tezlikli ötürücüsü insanların hazırladığı radarlardan daha məhsuldar və həssas işləyir.
- Qütb balıqları və qurbağalar donduqdan sonra yenidən həyata qayıdır və orqanları buz səbəbiylə zədələnmir.
- Buqələmun və digər bəzi canlılar olduqları mühitə uyğun şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirə bilirlər.
- Arılar, çanaqlı bağalar və quşlar xəritələri olmadan uzaq məsafəyə səfərlər edə bilirlər.
- Balinalar və pinqvinlər oksigen balonu istifadə etmədən suya baş vura bilirlər.
- Yarpaqlar fotosintez əməliyyatı nəticəsində ildə 300 milyard ton şəkər istehsal edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırır.
Yuxarıda yalnız bir neçə nümunəsinə diqqət çəkdiyimiz təbiətdəki heyranedici mexanizm və dizaynlar texnologiyanın bir çox sahəsini zənginləşdirmə potensialına malikdir. Məlumat bazasının artması və texnoloji imkanların inkişafı bu potensialı daha da artırır.
Kazımov İzhar
XƏBƏR LENTİ
Azərbaycanda qar yağacaq
ABŞ-dan İlham Əliyevə növbəti təbrik
Bürclərə görə 2019-cu ilin ən şanslı cütlükləri
Avtomatik yanacaqdoldurma məntəqələri yaradılır
Sürücüsüz avtobuslar sınaqdan keçirildi
Mikayıl Cabbarov: "Korrupsiyaya şərait yaradan..."
İsrail yenidən aviazərbələrə başladı
Havada, suda və quruda çəkilən klip
Eviniz və torpağınız sənədlidirmi?
Makiyaj etmədən də gözəl görünə bilərsiniz
Avropada koronavirusdan ilk ölüm qeydə alındı
Azərbaycan nefti yenə ucuzlaşdı
Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı
Dahi bəstəkarlarımız - I hissə
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Hind filmlərinin ulduzu əslində...
Bulvarda yeniliklər
Cəbhədə ağır döyüşlər gedir?
Facebook-un azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...”
TƏBİB-dən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
60 saniyədə Madrid turu
"28 May" metrostansiyasının yenidən qurulması başa çatır
Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Valideyn olduqdan əvvəl və sonra
Azərbaycanda maqnit qasırğası gözlənilir
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Azərbaycanda 5 gün iş olmayacaq
Günün ulduz falı
Kremli ad günü tortu(foto resept)
Holland pendirli salat (foto resept)
Üzdəki məsamələri sıxlaşdıran sabunlar
Gözəlliyin 10 sirri
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
Fahriye Evcen baldızını izləmədən sildi
Uşaq bağçaları optimallaşdırılacaq
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”
Bu günün hava proqnozu
WhatsApp-a girişə qadağa qoyuldu
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Ziyafət geyimləri
Pendirli toyuq (foto resept)
Məndə səhv ola bilməz!
Soyuq havalar üçün manikür modelləri
Şakiradan gözlənilməz addım
2018-ci ilədək elektrik enerjisi və qaz tariflərinin dəyişəcəyi gözlənilirmi?
- ŞƏRHLƏR