Avropa universitetində vəzifə daşıyan üçüncü qadın olan Sofiya Kovalevskayanın riyaziyyat və riyazi fizikaya bu gün öz adı ilə anılan əhəmiyyətli töhfələri olub.
Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi.
Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı.
Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi. Buna görə də Sofiya Qərbi Avropaya getmək üçün bir plan hazırladı. Ailə qurmamış gənc qızlara atalarının icazəsi olmadan səyahət icazəsi verilmədiyi üçün Sofiya gənc bir paleontologiya tələbəsi Vladimir Kovalevski ilə ailəsinin etirazlarına baxmayaraq bir rəsmi nigah qurdu.
(Eyni ildə məşhur rus yazıçısı Dostoyevski də Sofiyanın özündən böyük bacısı Annaya evlənmə təklifi etmişdi, ancaq ailəsi bu nigaha razılıq verməmişdi.)
Sofiya və Vladimir 1869-cu ildə Rusiyanı tərk edərək Almaniyaya Heydelberqə getdilər. Sofiya orada riyaziyyat və təbiət elmləri təhsili almağına ümid edirdi. Lakin orada qadınların dərslərdə iştirakına icazə verilməməsi ilə qarşılaşdı. Sofiya universitet səlahiyyətliləri ilə danışaraq riyaziyyat və fizika dərslərinə və seminarlarına (Lulia Lermontova ilə birlikdə) qatılmaq izni ala bildi.
1871-ci ildə Sofiya Berlinə getdi və orada diferensial və inteqral hesab mövzusunda böyük mütəxəssis olan Karl Viestrass ilə xüsusi olaraq işlədi. 1874-cü ilin baharında 3 məqalə yayınladı. Eyni ildə Viestrassın cəhdi ilə Göttingen Universiteti onu törəməli diferensial tənliklərlə bağlı çalışmalarındakı uğurlarına görə riyaziyyat doktoru elmi dərəcəsi ilə mükafatlandırdı.
Sofya elmi vəzifədə çalışmaq üçün iş axtarmağa başladı. Lakin o dövr üçün tapa biləcəyi ən yaxşı işin qız liseylərində hesab dərsləri müəllimliyi olduğunu anladı. Altı il müddətində riyaziyyat çalışmalarından uzaq qaldı. Bu müddət ərzində Sofiya ilə Vladimirin rəsmi kağız üzərindəki nigahı artıq bir eşq nigahına çevrilmişdi. Onların öz aralarında Fufa (Sofiya) adı verdikləri bir qızları da olmuşdu. Vladimir pul qazana bilmək üçün çox riskli sayılan işlərə cəhd göstərmişdi. Bu cəhdləri boşa çıxınca ümidsizliyə qapılmış və 1883-cü ildə intihar etmişdi.
Vladimirin ölümündən əvvəl Sofiya riyaziyyat çalışmalarına xüsusi bir çərçivədə yenidən başlamışdı. Abel inteqralları üzərinə 1880-ci ildə elmi konfransda çox yaxşı qarşılanan bir məlumat təqdim etmişdi. 1882-ci ildə işığın sınması ilə bağlı çalışmalara başladı və bu mövzu ilə əlaqəli üç məqalə yayınladı. Növbəti il çox istədiyi elmi dünyaya daxil olmaqla bağlı bir fürsət əldə etdi. 1880-ci ildə iştirak etdiyi konfransda tanış olduğu bir riyaziyyatçı Gösta Mittaq-Leffler onu müvəqqəti də olsa, Stokholm universitetində dərs verməyə dəvət etmişdi. İsveçdə olduğu dövrdə Sofya analizin ən yeni mövzuları ilə bağlı dərslər verdi və həmin mövzularda əhəmiyyətli araşdırmalar apardı.
Beş il sonra professorluq vəzifəsi aldı. Beləliklə, Sofiya bir Avropa universitetində 18-ci yüzillikdə vəzifə daşıyan Laura Bassi və Mariya Qaetana Aqnesidən sonra 19-cu yüzillikdə elmi dərəcə almış ilk qadın oldu. Stokholm universitetində olarkən Sofiya yeni bir jurnal "Acta Mathematica"-nın redaktoru vəzifəsinə də təyin edilmişdi. Eyni zamanda ölkələrarası konfransların təşkil olunmasında da rol almışdı. Ən böyük elmi uğuru 1888-ci ildə "sərt bir cismin sabit bir nöqtə ətrafında dönməsi ilə bağlı" başlıqlı məqaləsini nəşr etdirdiyində gəldi və bu məqaləsi Fransa Elmlər Akademiyası tərəfindən verilən Bordin mükafatı ilə mükafatlandırıldı. Hətta Akademiya Sofiyanın bu çalışmasından o dərəcədə təsirlənmişdi ki, mükafat məbləğini 3 min frankdan 5 min franka qaldırmışdı.
Sofiya 1888-ci ildə bir qrip infeksiyası keçirdi və bu naxoşluğu daha sonra sətəlcəmə çevrildi. Sətəlcəmdən qurtula bilməyən Sofiya 10 fevral 1891-ci ildə Parisdə öldü.
Qısa həyatı olsa da, Sofiya Kovalevskayanın karyerası əhəmiyyətli idi. Riyaziyyat və riyazi fizika ilə bağlı sadəcə 10 məqalə yayınlamış olmasına baxmayaraq, bu məqalələrin çoxusu yeni nəzəriyyələrə təməl yaradacaq və kəşflər üçün sürət qazandıracaq xüsusiyyətdə idi. Diferensial törəmələr nəzəriyyəsi ilə bağlı olan erkən dövr çalışmaları riyaziyyata əhəmiyyətli bir töhfə idi və bu çalışmalar sonralar Koşi-Kovalevski (Auqusto Koşi və Sofiya Kovalevskaya) teoremi olaraq bilinən kəşfə götürmüşdü. Sofiyanın növbəti böyük uğuru bu gün öz adı ilə xatırlanmaqda olan simmetrik olmayan sərt bir cismin bir nöqtə ətrafında dönməsi haqqında tezi idi. Onun həmin mövzularla bağlı çalışmaları 1889-cu ildə İsveç Elmlər Akademiyası tərəfindən də mükafatlandırıldı.
Sofiya nəinki qabiliyyətləri və zəkası ilə eyni zamanda qadınların önündə olan əngəlləri də aşmağı bacara bilmişdi. Bu uğurunun əvəzi olaraq universitetdə professorluq və jurnal redaktorluğu vəzifəsi almışdır. Onun nümunə kimi göstəriləcək digər vacib xüsusiyyəti də başqa qadınların elmi dünyaya girişində dəstək olması idi.
XƏBƏR LENTİ
Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun qüvvəyə mindi
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Manatın məzənnəsinin zəifləməsi pensiya sisteminə təsir edəcəkmi?
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Qara Qarayev: "Musiqimizin tarixi yüz illərlə yox, illərlə ölçülür"
Avropa brendləri
Bu günün hava proqnozu
Doğru geyim alın
"Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla deyil, müasir dünyanın tələb etdiyi intellektlə çıxır
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Beren Saatın bayram paylaşımı Qalmaqal oldu - FOTO
Bu robot 19 dildə danışır
Üzərlik antidepresant təsir göstərir
İlin ən uzun iş həftəsinə hazırsınız?
Çilidə sabiq prezident kürsüsünə qayıtdı
Brabus-dan kabriolet Mercedes
Tort üçün şprisin hazırlanması
Düşünün və tapın
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Yaz-yay geyim nümunələri
Azərbaycanda "donuz qripi" ilə bağlı rəsmi açıqlama
Günün qoroskopu: hüquqlarınızı qorumağa çalışın
Bacı-qardaş olan Hollivud ulduzları
HTC Desire 626 satışa çıxarıldı
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
İŞİD-in azad etdiklərindən şok etiraflar
Ovma Piroq
İri ticarət mərkəzlərinin açılmamasının səbəbi bilindi
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Virtual, yoxsa real həyatdakı sevgi? - Bakıda SORДћU
200 gözü olan yeganə canlı-FOTO
Məşhur tərzi: İrina Shayk
"Baku World Challenge" avtorallisinin final mərhələsi başlandı
Sabahdan yeni kanal yayıma başlayır
Zəncəfilli detoks
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Gizli yolla telefon danışıqları dinlənilən prezidentlərin siyahısı açıqlandı
Karrinin xeyri və zərəri
"Misket" və "Üzüm poğaça" (foto resept)
Məşhur milyarderin qızı məhkəməni qazandı
Avro dəyərdən düşür
Qozlu keks (foto resept)
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Məşhur futbolçular qadın olsaydılar, belə görünərdilər - FOTO
Rusiya peyvəndinin əks-təsirləri məlum oldu
MDB dövlətləri Azərbaycandan seçki ilə bağlı nəyi öyrənəcəklər?
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qarın yağlarını əridən idman hərəkətləri
"Hercai"də gözlənilməz AYRILIQ
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
- ŞƏRHLƏR