Feuerbach haqqında tezislər Karl Marksın 1845-ci ildə yazdığı on bir qısa fəlsəfi qeyddir. Bu qeydlər Marksın sonralar edəcəyi idealizm tənqidinin ilkin layihəsi kimi də qəbul oluna bilər.
Marks sağlığında tezisləri nəşr etdirməmiş, ölümündən sonra Engels tərəfindən tərtib edilərək 1888-ci ildə nəşr olunur. Original mətn isə 1924-cü ildə tapılır. O əsəri sizə təqdim edirəm.
1. Feuerbachınkı da daxil olmaq üzrə indiyə qədər mövcud olan materializmin başlıca nöqsanı predmetin [Gegenstand], gerçəkliyin, hissiyatın hissi insan fəaliyyəti, praktikası olaraq deyil, subyektiv olaraq deyil, yalnız obyekt [Objekt] ya da seyr [Anschauung] olaraq qavranmasıdır. Beləliklə də, əsas istiqamət materializm əleyhinə, idealizm tərəfindən inkişaf etdirilmişdir–ancaq sadəcə mücərrəd olaraq, çünki idealizm bu formadakı gerçək, hissi hərəkəti qavraya bilmir. Feuerbach düşüncə obyektlərindən, doğurdan da, fərqlənən hissi obyektlər istəyir, amma o, insan fəaliyyətinin özünü obyektiv [gegenständliche] fəaliyyət olaraq görə bilmir. Beləcə, xristianlığın əsasındakı nəzəri faəliyyəti həqiqi, gerçək insan fəaliyyəti olaraq görür, praktika isə ancaq iyrənc, yəhudisayağı təzahür formasında qavranılır və qeyd edilir. Beləliklə, “inqilabiı” fəaliyyətin və “praktik-tənqidi” fəaliyyətin əhəmiyyətini anlamır.
2. Obyektiv [gegenständliche] həqiqətin insan düşüncəsinə aid olunub, olunmaması problemi–nəzəriyyə problemi deyil, praktik problemdir. İnsan həqiqəti, yəni düşüncəsinin həqiqətini və gücünü, bu dünyaya aidliyini [Disseitigkeit] praktikada sübut etməlidir. Praktikadan qoparılmış düşüncənin doğruluğu ya da yanlışlığı barədə mübahisə tamamilə sxolastik problemdir.
3. İnsanların dəyişən şərtlərin və tərbiyənin məhsulu olmasını iddia edən materialist təlim şərtlərin məhz insanlar tərəfindən dəyişdirildiyini və təlimçinin özünün də təlimləndirilməsinin vacib olduğu unudulur. Buna görə də cəmiyyəti biri digərindən üstün olan qismə ayırmaq məcburiyyətində qalınır. (Məsələn Robert Owendə)
Mühitin dəyişdirilməsi ilə insan fəaliyyətinin ya da öz-özünü dəyişdirmənin üst-üstə düşməsi ancaq inqilabi praktika olaraq qavrana bilər və rasional şəkildə aydın ola bilər.
4. Feuerbach dini özgələşmə baxımından, dünyanın dini və dünyəvi olaraq ikiləşməsi baxımından yola çıxır. Onun gördüyü iş dini dünyanı dünyəvilik təməlinə müncər etməkdən ibarətdir. Halbuki, bu dünyəvi təməlin öz-özündən qopması və özünü müstəqil, buludlar arasında bir aləm olaraq anlaşılmasıdır, ancaq bu dünyəviliyin öz-özünü bölməsi və öz-özüylə ziddiyyət təşkil etməsi ilə dünyəvi təməlin hüdudlarında açıqlana bilər. Bu səbəbdən bu problemin mahiyyəti öz daxili ziddiyəti içində başa düşülməli və sonra da bu ziddiyyətin aradan qaldırılmasıyla praktika daxilində inqilabiləşdirilməlidir. Bu halda, məsələn, müqəddəs ailənin sirrinin dünyəvi ailə olduğu anlaşıldıqdan sonra dünyəvi ailənin özü də nəzəri və praktik olaraq yox edilməlidir.
5. Mücərrəd düşünmə ilə kifayətlənə bilməyən Feuerbach hissi seyrə müraciət edir, amma hissiyatı praktik-hissi insani fəaliyyət olaraq qavramır.
6. Feuerbach dini əsası insani əsasa müncər edir. Amma insani əsas tək-tək hər fərdin mahiyyətinə xas mücərrədlik deyil. İnsan ictimai münasibətlərin məcmusudur. Feuerbach bu gerçək mahiyyətin tənqidini etmir buna görə də: 1-tarixin inkişafını nəzərə almır, dini hissi [Gemüt] ayrılıqda götürərək tədqiq edir və insanı mücərrəd–təcrid olunmuş bir fərd olaraq qavrayır, 2-bu səbəbdən insanın mahiyyəti, onda ancaq bir “cins” (genus) olaraq bir çox fərdləri, sırf təbii olaraq birləşdirən daxili, dilsiz bir ümumilik olaraq görünür.
7. Bunun nəticəsi olaraq Feuerbach “dini duyğu”-nun mahiyyətinin ictimai münasibətlərin məcmusu olduğunu və təhlil etdiyi mücərrəd fərdin də əslində müəyyən bir ictimai formaya aid olduğunu görə bilmir.
8. Bütün ictimai həyat mahiyyət olaraq praktikdir. Nəzəriyyəni mistisizmə aparan bütün sirlər həllini insani praktikada və bu praktikanın başa düşülməsində tapır.
9. Seyirçi materializmin, yəni hissiyyatı praktik fəaliyyət olaraq anlamayan materializmin çatdığı ən yüksək nöqtə ayrı-ayrı təcrid olunmuş fərdlərin və vətəndaş cəmiyyətinin seyridir.
10. Köhnə materializmin baxış bucağı vətəndaş cəmiyyətdir, yeni materializmin baxış bucağı isə insan cəmiyyəti ya da ictimailəşmiş insandır.
11. Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər, halbuki, məsələ onu dəyişdirməkdir.
Almanca əsli (“Die Philosophen haben die Welt nur verschieden interpretiert; es kömmt drauf an, sie zu verändern.)
Saleh Mehdizadə
XƏBƏR LENTİ
Günün ulduz falı - 17.08.2013
Bir oğlanın sevdiyini necə bilmək olar?
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Hamiləlik dövründə faydalı olan qidalar
Milli Qəhrəman orden aldı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Buse Varolun geyimi tənqid olundu-FOTO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Məşhur model göz qabaşdırdı-FOTO
Payız və qış gəlinləri üçün saç modelləri
Bakı küləyi yük maşınını aşırdı
Sevgililər günü üçün hədiyyələr
Cəbhə xəttində erməni təxribatı davam edir
Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
Yeni il dekorasiyası
Qadın.Net xanımlarının "Sevgi hekayəsi"
"Xanım kaprizi" tortu (foto resept)
Prezidentdən vacib sərəncam
Viktor Hüqonun yeni əsəri tapıldı
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Fotoşopsuz sənət
Bu kəşf insanı uzun ömürlü edəcək
Azərbaycanda doğum səviyyəsi artıb
Tanınmış obrazlar fərqli qələmdən
Oxatan bürcünün 8 xarakterik xüsusiyyəti
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Bu qiymətə ayaqqabı olar?
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
Türkiyədə zəlzələ olub
Bakıda mənzil bahalaşıb
Kökəlməyin sirləri
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
HAVA necə olacaq? 21 Mart
Bergüzar bacısına qadağa qoydu
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Əhalinin sayı açıqlandı
Krab salatı (foto-resept)
Dünyada aclıq başlayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB
Viza rüsumu ləğv olunur
Bədən və beyin arasındakı əlaqəyə söykənən 5 üsul
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz
Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı
- ŞƏRHLƏR