Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olduğu nəzərə alındıqda bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?
Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.
Fitoplanktonlar bitki əsaslı planktonlardır və əsasən dəniz axınları ilə hərəkət edən tək hüceyrəli mikroskopik orqanizmlərdən ibarətdir. Fitoplanktonlar dənizlərdəki qidalanma zəncirinin ilk halqasını təşkil edirlər. Bundan başqa quruda bitən bitkilərdə olduğu kimi birbaşa günəş enerjisi vasitəsilə fotosintez prosesini həyata keçirir və öz qidalarını hazırlayırlar. Ona görə də okeanların əsas üzvi maddə mənbəyi olan bitki əsaslı planktonlar eyni zamanda oksigen dövranında da tarazlayıcı rol oynayırlar.
Fitoplanktonların həyata keçirdiyi fotosintez prosesi əsnasında havadakı karbondioksid udulur və böyük miqdarda oksigen əmələ gəlir, yerdə bitkilərin hər il atmosferə xaric etdiyi 110 milyard tonluq oksigenin 70%-i bu yolla təmin edilir.
Fitoplanktonu əmələ gətirən tək hüceyrəli su yosunlarına çox sayda misal göstərmək olar. Səthi geometrik formalarla bəzənmiş, silisium oksidindən ibarət kapsulları sayəsində asanlıqla tanınan diatomlar və iki qamçısının köməyilə yerlərini dəyişdirmə xüsusiyyətinə malik olan dinoflagellatlar fitoplanktonlara misal göstərilə bilər.
Heyvan əsaslı planktonlar da əsasən tək hüceyrəli canlılardan ibarət olur, amma bu qrupda çox hüceyrəli heyvanlar da olur. Demək olar ki, məlum olan bütün dəniz canlıları qruplarının plankton formaları var. Məsələn, onurğasız heyvanlar sürfə halında ikən balıqlar da inkişaf mərhələlərinin başlanğıcında dənizlərdəki müvəqqəti planktonları əmələ gətirir.
Plantktonların həm çox müxtəlif növləri, həm də hər növün özünə xas xüsusiyyətləri var. Burada izah edilən çox az nümunələrdən də göründüyü kimi bu mikroskopik canlılarda həm görünüş, həm də ümumi quruluş cəhətdən qüsursuzluq müşahidə edilir. Bu canlılar üstün yaradılış nümunəsi olaraq yerdəki bir çox tarazlığın təmin edilməsinə kömək edirlər.
Kazımov İzhar
XƏBƏR LENTİ
Şokoladlı tort (foto resept)
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Apple yenə suçlanır
Ancelina Colinin boşanmadan sonra ilk sessiyası - FOTO
İnanılmaz olsa da, realdır
HAVA necə olacaq?-25 Sentyabr
Saç tipinə görə daraq seçimi
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Roma Papası: "İnsanların dini inanclarını təhqir etmək yolverilməzdir"
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır
Ailə ixtilafları - III hissə
Günün qoroskopu - 25.11.2013
2014-cü ilin dəbli gəlinlikləri
Zövqlü üzük modelləri
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
iMessage 20 dəfə populyarlaşdı
"Bizim Tarla" - Dondurulmuş meyvə
Modern qonaq otağı modelləri
Hər kəs bu VİDEOdan danışır
AFFA klubları cərimələdi
Gənclərin yeni dəbi budur?
Beren Saat yenə xəsəxanaya aparıldı-SƏBƏB
Tiflis Ermənistanı mühasirəyə salır
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
HAVA necə olacaq?
Ukraynada aksiyaçılar gələcəklərini Avropa ilə görürlər
Prezenteizmin axırı yaxşı qurtarmır...
Outlook yeniləndi
Ayaqlara zərər verən yaz ayaqqabıları
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
"Ləziz" tort (foto resept)
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
Dişlərimizi təmiz saxlayaq
Azərbaycana güclü qar yağıb
Fahriye Evcen oğlunu təbrik etdi: “Qütb ulduzum...” - FOTO
İş axtaranların nəzərinə!
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Yeni il qabağı avtomobillərə qadağa
Ardaya daha bir şok
Bu gün uşaq Türkiyə prezidenti olacaq
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Uşaqda skoliozun əlamətləri
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Azərbaycanda uşaqlarla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ
- ŞƏRHLƏR