Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. Trend-in məlumatına görə, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.
Füzuli rayonu 1988-ci ildən başlayaraq mütamədi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.
Ərazisi 1050 kv.km olan Cəbraylın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri
ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000
hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
XƏBƏR LENTİ
Yay donları
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
65 milyon il əvvəl
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Limonla nəfəs alaq
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Yemək seçən uşağınızı yola gətirin
Ölkələrə görə insanlar
Rənglərin həyatımızda rolu
HAVA necə olacaq?-16 yanvar
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Pislik hissi
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Qozlu əncir mürəbbəsi (foto-resept)
Uşağınız torpaq yeyirsə diqqət!
Xaricdə oxuyan tələbələrə şad xəbər
Əncirli keks (foto-resept)
Cem Yılmazdan romantik FOTO
Qış aylarının ən gözəl ətirləri
Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Avropa Azərbaycanın ayağına düşdü
XİN-dən xaricdəki nümayəndələrimizə qarşı hücumlarla bağlı paylaşım
Ucuz qurbanlıq ətlər satılacaq
Batareya çirkab suları ilə işləyəcək
Meqan Markl işçilərini azad edib-SƏBƏB
İlin ən yaxşı fotoları
İşsizlərə şad XƏBƏR
Evdə pizza (foto resept)
Qan donduran xəbər - 1700 cəsəd...
Doğuşdan sonra depressiya ilə necə mübarizə aparmalı?
İran təyyarəsində UNO həyəcanı
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Bayquş kimə ağlayır?
2018-ci ildə boşanan məşhurlar - FOTO
Meray Keri yeni ili belə qeyd etdi-FOTO
İllər sonra eyni seriala çəkildilər
Bakı küçələrini klassik avtomobillər bəzəyəcək
Fitnes təlimçisindən arıqlamağın ən asan yolu
Qida məhsulları ilə bağlı daha bir neçə standart tətbiq ediləcək
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Ermənilər mövqelərimizi atəşə tutublar
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Məşhur aktrisa tənqid olundu-SƏBƏB/FOTO
Hamiləlikdə baş verən dəyişikliklər
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı