əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
- And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
- And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
- And olsun (haqla batili) ayıranlara;
- And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
- (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
- Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
- Ulduzlar sönəcəyi;
- Göy yarılacağı;
- Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
- Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
- (Belə soruşulacaqdır:) (Bunlara) hansı günə qədər möhlət verilmişdir?
- (Həmin suala cavab olaraq deyiləcəkdir: ) (Haqla batili) ayırd ediləcəyi günə qədər!
- Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
- Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
- Biz günahkarlarla belə rəftar edirik.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
- Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
- Müəyyən bir vaxta qədər.
- Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər Biz yeri məskən etmədikmi
- Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
- Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
- O gün vay halına (bu nemətləri) yalan sayanların!
- (O gün kafirlərə belə deyiləcəkdir: ) Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
- Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!
- O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
- O (hər biri) bir saray boyda qığılcımlar saçar.
- O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
- Onlara üzr istəməyə izin də verilməz.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
- (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
- İstədikləri meyvə içində olacaqlar!
- (Onlara belə deyiləcəkdir: ) (Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Onlara: Namaz qılın! deyildiyi zaman namaz qılmazlar!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
XƏBƏR LENTİ
Adrina və Metin evlənirlər-FOTO
Ölən canını qurtardı, vay mirası bölənlərin halına...
Günün qoroskopu: sonuc pis olmayacaq
Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” - VİDEO
Abituriyentlərin nəzərinə!
Damla şokoladlı şirniyyat (foto resept)
"Yeşilçam"ın məşhur aktyoru öldü
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakıda mənzillər kəskin ucuzlaşacaq?
Təhsil naziri onlara yüksək VƏZİFƏ VERDİ
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
YouTube televiziyanı məhv edəcək?
Kolonya alarkən ehtiyatlı olun!
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Günün qoroskopu: qüvvənizi nəyə sərf edirsiniz?
400 il işləyəcək batareya yaradıldı
Ronaldo Evlənir!-FOTO
Burada dovşanlar insan kimi yaşayır
KÖRPƏNİZ DİŞ ÇIXARIR?
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
Mayın 17-də QASIRДћA OLACAQ
Mobil telefonun zərəri
Qurtuluş günü ilə əlaqədar milli parklarda "AÇIQ QAPI" günüdür
Prezident: "Mənim stilistim yoxdur"
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
Moskva 6 nəfəri qətlə yetirən rus əsgərini Ermənistana verdi
"Sehirli annem"in uşaqları illər sönra BİRLİKDƏ-FOTO
Jefri həm dostunun, həm də dostunun ərinin böyrəyini daşıyır-VİDEO/FOTO
Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI
İlker Kaleli və Biran Damlanın sevgisi
Kartof Frii (foto resept)
Özcan Dənizin keçmiş arvadı hamilədir? - FOTO
Hər 3 adamdan 1-i kökdür
Demet Akalın Murat və Aslının ayrılığından danışdı
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Kremli kürəciklər (foto resept)
Ağıllı fincan hazırlanır
Üçbucağın süqutu
Bir vaxtlar saçı tökülən qız
Arıqlayaraq hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Prezident xanımı ilə parkın açılışında - FOTO
Folqada çəki balığı (foto resept)
Şakira karantindən sonra ilk dəfə-FOTO
İdmançıdan 8 sadə məsləhət: səhəriniz gözəl olsun!
Stiven Siqal Bakıya gəlir
Yeni saç modelləri (şəkilli izah)
Azərbaycana yay gəlir
Koronavirusla bağlı son STATİSTİKA
Sevimli küçük
- ŞƏRHLƏR