Bakıda hava 15°
USD AZN
EUR AZN

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-2

Hacət-i Vuslat

"Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?"-sualının cavabı: "Mən arafə nəfsəhu, fəkad arafə Rabbə" yəni, "Kim nəfsini tanıyarsa, o Rəbbini tanıyar".
Bəs o "nəfs"-mizi, bizim olan varlığı nə qədər tanıyırıq?
Harutla Marut adlı iki mələk Allahu Təalaya müraciət edirlər. Deyirlər ki, “Ya Rəbb, Adəm Aleyhissəlamı yaratdın. Bizə səcdə etməyi əmr etdiyinə görə, biz də səcdə etdiyimizə görə, bizdən üstün bir varlıqdır. Niyə bizdən üstündür?”
Allahu Təala buyurur ki, “Ona nəfs verdim. Nəfsini təzkiyə (təmizlədiyi) etdiyi və tasfiyə (tərtəmiz)etdiyi təqdirdə sizdən üstündür. Yoxsa deyil.” Mələklər deyirlər ki, “Onda bizə də nəfs ver. Biz ondan daha üstün olduğumuzu isbat edərik”.
Allahu Təala deyir ki, “Siz nəfslə bacarmazsınız”. İki mələk də deyirlər ki, “Bacararıq”. Allahu Təala da “Enin aşağı” deyir. Aşağıda dünyada isə çoxtan Babil şəhəri qurulmuşdur, minlərlə il keçmişdir. Allahu Təala iki mələyi Babil şəhərinə endirir. İki mələk bir qadına çox pis bir hərəkət edirlər. Qadının əri gəlib, siz mənim arvadıma necə belə edərsiniz, deyə qarşı çıxanda, o qədər hirslənirlər ki, kişini öldürürlər və o an onları yuxarı götürürlər təbii ki. Allahu Təala deyir ki, “Mən sizə bacara bilməzsiniz demədimmi?” İki mələk susur...
Yusif 53-də Allahu Təala buyurur: "Hz.Yusif dedi: Mən öz nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki Rəbbimin rəhm etməsi istisna olmaqla nəfs daim pisliyi əmr edəndir. Həqiqətən, mənim Rəbbim çox bağışlayan və mehribandır".
Bir neçə ayənin işığında söhbəti nəyə gətirdiyim aydın olacaq.
Şəms 9-da Allahu Təala buyurur: "Onu (nəfsini) təzkiyə edən fəlaha ərər (cənnətə girər)" Yaxşı bəs necə? Bəqərə 151: "Sizə içinizdə sizdən bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin və sizi təzkiyə etsin, sizə kitab və hikmət öyrətsin və bilmədiyiniz şeyləri öyrətsin."-ayədən aydın görünür ki, nəfsi təzkiyə etmək üçün daim içimizdə bir elçi vardır.
Şəms 7-də Allahu Təala buyurur: "Nəfsə və onu səvva edənə". - "Səvva etmək" qat-qat yaratmaq deməkdir.
Nəticə: Allahın hər dövrdə bizim üçün göndərdiyi elçini, Rəsulu tapıb, qat-qat yaranmış, pisliyi əmr edən, yəni şeytana uyan nəfsimizi təmizləyərək onu tanımaq ki, Rəbbimizi də tanıyaq.
"Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?"-Bu yazdıqlarıma baxıb belə nəticəyə gəldim ki, Rəbbimi çox az tanıyıram. Amma yenə də Həmd olsun ki, yola addım atmağı nəsib edib, sağ ikən Allaha çatmağı, təslimiyyəti dilədikdən sonra Rəsulun yardımıyla Allah ömür versə, yalnız irəli!

Agat_

Məni Yaradan Allahı nə qədər tanıyıram deyə düşünmək üçün əslində uzun bir zamana ehtiyacımız var ki, Allahı haqqı ilə tərfi edə bilək. Mən Allahı Onun Quran və sünnədə necə təsviri vardırsa, bax eləcə də tanıyıram. Yəni, Allah bizim Onu nə dərəcədə tanımağımıza icazə veribsə elə o dərəcədə də tanıyıram. Buna aid bir neçə nümunələr göstərim. "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq etdikdən sonra ərşə yüksəldi, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!" (əl-Əraf: 54). Bu ayədən göründüyü kimi Allah Yaradandır, Əmr edəndir, təbii ki haqlı olaraq, Özü ərşdədir, Ucadır. Allah gizli və aşkarda olan hər şeyi biləndir, doğmayıb, doğulmayıb, möhtac deyil, mürgü vurmaz, yeməz, içməz, yatmaz. Bundan əlavə hər şey Onun əlindədir, məsələn, "(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali İmran: 26). Əslində bu barədə uzun-uzun danışmaq olar. Amma qısa şəkildə bir neçə cümlə bəs edər məncə. Çünki Allah barədə danışarkən, Onu heç cürə layiqincə təsvir və tərif edə bilmərik. Ən Doğrunu Allah bilir! Allah hər birimizi xeyirlə mükafatlandırsın!

 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-2

 

Yasemen

Əslində çox düşündürücü bir sualdır, həm Allahını tanıyıb sevənlər üçün, həm də Allahın varlığını və qüdrətini inkar edənlər üçün. İnkar edənlər Allahını tanıyır, amma az tanıyır. Onu kimin yaratdığını bilir, sadəcə bunu qəbul etmək istəmir. Dildə də qəbul etməsə, ürəkdə qəbul edir... Bizləri var edən Allah çox mərhəmətli və bağışlayandır. Bu gün Allahı inkar edən tövbə etsə, Allah ona rəhm edib bağışlayar, özünü Allahdan üstün görən inkarçılar bağışlamağı bacararmı, əsla. Allah onu inkar edənə belə ruzi bəxş edir, Allahın qüdrəti buna sübut deyilmi?! Sonsuz mərhəmət və kərəm sahibi olan Allah qarşısında hər birimiz acizik, ona görə də Allahın bizə bəxş etdiyi kədər və sevinc qarşısında şükür etməkdən başqa edəcəyimiz heç nə yoxdur. Allah hər şeyin yaxşısını bilər və bəndəsinə hər şeyin ən gözəlini bəxş edər. Allahın var etdiyini Allahdan çox sevə bilərikmi? Çətin ki!!! 

Bu yazımı oxuyan hər kəsə tək deyəcəyim söz budur ki, Allaha dua etməkdən çəkinməyın, Allaha yalvarış iman, insana yalvarış isə acizlikdir. Qısacası, nəsə istədikdə insandan yox, Allahdan istəmək lazımdır. Asi, bu gözəl mövzuda mənim də yazıma yer verdiyinçün təşəkkürlər. Böyük ehtimalla bu xəbər çıxanda mən saytda olmayacayam, amma bunu bil ki, daim ağlımda və dualarımdasan, mənim gözəl bacım.

seadet

Mənim adım Səadətdir, 15 yaşım var. Bu yaşıma qədər mən Yaradanımı tanımışam, açdığım hər bir sabahda ona şükür edirəm. Çünki O, mənim qəlbimdə təmizlik, mehribanlıq, inam yaradır, məni həmişə pis şeylərdən uzaq tutur. Rəbbimi tanımayan insanları mən də tanımıram. Bəzən harasa gedəndə hər yeri seyr edə-edə Allahımın gözəllkilərini dərk edirəm. Məncə, Rəbbimə nə qədər şükr etsəm, təşəkkür etsəm, azdır. Bəzən oturub Allahıma dua edirəm, duamın sonunda da "Rəbbim, məni dinlədiyin üçün təşəkkür edirəm" deyirəm. Allahım hər zaman qəlbimdədir. Bu həyatda məni Allahdan çox sevən olmaz. Keçən il 9 avqust mənim həyatımda çox böyük hadisə oldu, ondan sonra Allahıma sanki daha da yaxın oldum, artıq ürəyimdə bir şey var. Bunun üçün Allahıma sığınmışam. Bilirəm, bəlkə də bu, Allahımın mənə qoyduğu bir sınaqdır, hələ də səbr edirəm, bilirəm, Allahım səbr edənləri çox sevir. Bəzən yıxıldığımda duadan tutub qalxıram və bir şeyi həmişə yadımda saxlayıram "ən böyük fəlakətlər içində belə ümidini itirmə, sığın Rəbbinə, O deyilmidir sənə söyləyən, qulum, səbr eylə?" Sonda Allahım hər kəsə yar olsun, Allahım heç kəsin arzusunu ürəyində qoymasın. Bilirəm, Allah heç kəsin Ona açdığı əlləri geri qaytarmaz, O bəndələri kimi deyil ki... Asi xanım bu xəbərdə mənə də yer verdiyin üçün çox sağol, Allah yardımcın olsun. Amin!

zehra zehra

Mən Allahı ən böyük varlıq kimi tanıyıram. onun tayı-bərabəri yoxdur. Onu nə mürgü tutar, nə də yuxu. Onun icazəsi olmadan kim onun dərgahında şəfaətçilik edə bilər? O yaradandır. Bizlərin önündə olanı da, arxasında olanı da bilər. Bizləri xeyirli yola çağırar. Mən Allahıma çox güvənib, inanıram. Allahım məni çox vaxt pis əmələrdən, günah etməkdən çəkindirib. Nə iş görürəmsə, birinci Allahı gətirirəm fikirimə ki, Allahım bunu fərz buyurub yoxsa, yox. Allah Təala çox böyük və mərhəmətlidir, Ona inanıb Onun yolunda ibadət etməliyik. Çünki bizə hər şeyi bağışlayan Allah qarşısında tək ibadətdən qaçmamalıyıq. Onun bizə verdikləri qarşısında hələ bizim bir ibadətimiz azdır.

 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-2

 

Ellada Babayeva

Sizləri yaradan Allahı nə qədər tanıyırsız? Sözün düzü neçə gündür düşünürəm. Bizi yaradan Allahı nə qədər tanıyıram. Uşaq olanda hər yay kəndə gedərdik. Əmim hər namaz qılanda mən də oturardım bir qıraqda, baxardım ki, əmim necə namaz qılır. Məscidə gedəndə məni aparardı. Uşaqlıqda bibimin dediyi, mənə öyrətdiyi sözlərə qulaq asıb öyrənər, təkrar edərdim. Allaha hər zaman borcluyam, bunu dərk edirəm. Bir sıxıntım olanda dua edirəm. Allaha inanıram. Şükr etməyi də unutmuram. Düşündürücü sual vermisiniz, Asi xanım. Xəbərinizdə mənə yer ayırdığınız üçün çox sağ olun. Allah sizdən razı olsun.

HUSNA

Allah bütün varlıqların Yaradıcısı, dünya və axirətdə olan hər şeyi yoxdan var edən, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allah bağışlayan, rəhm edəndir. Bütün təriflər Allaha məxsusdur. O,mənim tək dostumdur. Dara düşəndə, tənha vaxtımda əlimdən tutan tək varlıq. Nə qədər günah işləsək, işləyək günahlarımızı bağışlayan, tövbə qapılarını üzümüzə açan Odur. Böyük Yaradanın sevgisi həmişə qəlbimdədir. Mən Allaha sığınıram, yalnız Ondan diləyirəm. Allah duaları eşidəndir. Allah hamımızın köməyi olsun. Allahım, bizi dünyada və axirətdə rəzil-rüsvaylardan etmə, bizi cəhənnəm əzabından qoru, ədn cənnətlərini qismət eylə bizə. Amin! Asi bacım, xəbərdə mənə də yer verdiyinə görə sənə sonsuz təşəkkürümü bildirirəm.

Torpaq

Allahı çox güman ki, haqqıyla tanımıram. Onu hələ ki, yaşayışıma lazımınca daşıya bilmirəm. Çünki düşünürəm ki, daşımış olsam, həyat bu qədər çətin olmaz. Amma yenə də bilirəm ki, haqqımda xeyirli olanı verən, məni hər kəsdən yaxşı tanıyan, bir tək "Ol!" deməsiylə olmazları olduran, mənim istəklərimi qarşılaması Özünə çətin olmayacaq Rəbbim var. Əgər bütün dünya Ondan bir şeylər istərsə və O verərsə, bu zaman Onun xəzinəsindən heç nə əksilməz. İynəni dənizə salıb çıxarmaq misalı. Yəni, iynənin üzərində qalan su ilə dənizdən su azalmaz.

Asi (mən)

“Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?” Tanıyırammı? Yetərincə tanımıram deyərdim. Çünki Allahım o qədər qüdrətlidir ki, Onun haqqında nə qədər oxusaq da, yenə də bilmədiklərimiz qalır. Amma bildiklərimiz də yazmaqla bitmir. Amma qısa şəkildə sizlərlə bölüşəcəyəm.

Allahı tanımaq üçün ətrafımıza baxaq. Çünki hər bir şeydə Onun qüdrəti vardır. Mənə görə Allahın ən böyük möcüzəsi insan olduğu üçün ilk insandan başlayacağam. Bir anlıq aynaya baxın və Allahın necə böyük qüdrətə sahib olduğunu öz gözlərinizlə görəcəksiniz. Siz əvvəl beləydinizmi yaxud bütün bunlara sahib olmaq üçün nəsə etmisinizmi? Yox, heç nə etmədən Allah verib. Bizləri kiçik bir nüftədən, adi noxuddan da kiçik hissəsindən yaradıb və bizlərə bu bədən quruluşunu verib. Bax, mənim Allahım belə gözəl Allahdır. Heç zaman görmədiyimiz, tanımadığımız birini sevirik. Bəs bu sevgini bizim qəlbimizə qoyan kimdir? Qurban olduğum Allahım. Bəziləri sevsələr də, bir anda hər şeyi bitirməyə məcbur olurlar. Bu da Allahımın qüdrətidir deyərdim. Çünki Allah səni sevir və o şəxs sənə layiq deyildi deyə belə oldu. Çünki Allah bizi bizdən çox düşünür, bizim üçün hər şeyin ən yaxşısını O bilir.

Heç səhər pəncərədən baxmısınızmı? Bunun mövzuya nə aidiyyatı var deyəcəksiniz. Var. Sübh namazına duranlar bunu bilirlər bəlkə də. Bir gün səhər tezdən durun, sübh namazından sonra səmaya baxın. O gözəlliyə valeh olacaqsınız. Onu yaradan kimdir? Qurban olduğum Allahım. Biraz da təbiətə baxaq. Güllər, çiçəklər. Allahım ləçəkləri elə gözəl düzüb, hərəsinə müxtəlif rəng, qoxu verib. Allahım belə gözəl Allahdır, bizlərə belə gözəl dünya, təbiət, bədən ... verib. Bəs biz bunlar üçün yetərincə şükr edirikmi?

Allaha yaxın olmağın, Onu tanımağın ən gözəl və sadə yolu namazdır. Bəs bu namaz sevgisini qəlbimizə qoyan kimdir? Qurban olduğum Allahım. Biz yanlış etdiyimiz halda bizi əfv edəndir. Bağışlayandır. Allahım belə mərhəmətli, bağışlayan Allahdır.

Başınızı çox ağrıtmadan burada tamamlayım və son olaraq onu da deyim ki, Allahı yetərincə tanımıram və tanımağa nə ömrüm, nə də ki, ağlım yetməz.

Heç zaman Allahın nəzərindən düşməyin!

Səslərin sayı: 8
27
6118
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Bu xəbərin davamını aparmaq istəyən varsa, yazsın.
28 may 2016 18:51
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
24 sentyabr 2014 09:58
Offline
Asi
asi.ye men de tesekkur edirem bu cur gozel xeberde mene yer verdiyi ucun.

Sen de sagol istirak etdyin ucun smile
Maraqlıdır Təşəkkür ASI BACIMMMMMMMMM

Sende sagol canm smile
23 sentyabr 2014 18:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Xalidə Həsənzadə
Maraqlıdır Təşəkkür ASI BACIMMMMMMMMM
13 sentyabr 2014 13:10
Offline
Torpaq
şərh yazması mənə sürpriz oldu düzü

caaaaaan minim)))) ele mencun de))) cunki cox az sayta girirem ve tez de cixiram... mesaj geldiyin gorub hemen de cavabladim))) ayin 18inden indi girirem )))
xeberi de axtarib tapdim)))
asi.ye men de tesekkur edirem bu cur gozel xeberde mene yer verdiyi ucun. give_ros
12 sentyabr 2014 17:24
Offline
Asi
Dəniz84,
Lavinya,
Ellada Babayeva,
give_ros

Əziz qadın.netlilər men burda az olsam bele xeber davam edir 1 2-ci hissede yazdqlari cxmayanlar xahsi edirem ismarcla mene desinler bilim kimler qalib.ve yazdqlarivizi silmeyin cox cox xahis edirem.Heleki arada gelecem burdan ebedi gedesi olsam xeberin dercini ozum qeder sevdiyim guvendiyim birine verecem ..istirak etmek isteyenler ismarcla mene yazsnlar men olmasam bele xeber derc olunacaq buna emin olun smile
6 sentyabr 2014 16:11
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Ellada Babayeva
Asi,
Sevindim davamı olacaq deyə. smile
1 sentyabr 2014 17:09
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
---------------
Tewekkurler bacim. Menim ALLAHIM - bizi yaradan Rebbimiz cox gozeldir men ondan neise yalvarib istemeye utaniram cunki, mene verdikleri ucun wukur edirem(can sagligima, aglima, gozelliyime, sevdiyim insanlara, ve en esasi nefes alib yawamagima gore wukur edirem). Ve caliwiramki mene verdiklerinin, elimde olanlarin qedrini bilim yes Biz insanlarin bir xowbextliyi varki oda PUL ama ele insanlarda varki pulu var onlar xowbext deyil Kasibda hemiwe pulu axtarirki pulu olanda xowbext olacaq Ama bizim en boyuk xowbextliyimiz nefes almagimiz, qelbimizin doyunmesi ve sevdiyimiz insanlarin varligidir Cox wukurler olsun Rebbime en boyuk mocuzesi biz insanlariq yes
30 avqust 2014 11:04
Offline
Aysel İ.
Yox bacım bizləri bunları qorumaq üçün yaradıb amma biz bunu anlamırıq yaxud anlamaq istemirik bunlari məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik

Elə mən də onu deyirəm)
30 avqust 2014 10:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Asi
Somalide muselman korpeler susuzluqdan, acliqdan olurler her gun. Bes onlarin Allahi kimdir�?� men derk ede bilmirem...

Xanim Allah birdir ve tekdir//bu heyat imtahandr sinagdir gercek heyat sonsuz heyat axiretdedir// burda nece yasamagmiz yox nece getmeyimiz onemlidir//sixintiya dusen kimi isyan etmeli deyilik Allaha zikir etmeliyik //xanim bizi niye yaradib hec dusunmusuz?belke ele ac suzuzlara komek ucun bunu dusunmusunuzmu?axi muselman dediyin el tutmalidr komek elemelidir//ALLAH TEKDIR
Bes onlarin Allahi kimdir

Bele serh gormek istemirem diablo
30 avqust 2014 09:39
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
huseynova zeyneb
Somalide muselman korpeler susuzluqdan, acliqdan olurler her gun. Bes onlarin Allahi kimdir? men derk ede bilmirem...
30 avqust 2014 01:17
Offline
Asi
Asi,bacim,cox maraqli alinib xeberin.Senin fikirlerini de oyrendim,xosh oldu.Amma yerin gorunur,eziz bacim.Senin saytda son xeberinin olduquna ise hec inanmaq istemirem.Geri qayit.

Canım bacım son xəbərim olduğunu kim dedi diablo hələki yarımçıq xəbərlərim qalıb onları tamamlayandan sonra tamam gedecem ama heleki yox smile
Məncə şükr etmirik(( Əksinə bu gözəlliyi dağıtmaq məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik. Allah bu gözəllikləri yaradıb bununla bərabər biz insanlarıı da yaradıb. Yaradıb ki, bu gözəllikləri məhv edək((

Yox bacım bizləri bunları qorumaq üçün yaradıb amma biz bunu anlamırıq yaxud anlamaq istemirik bunlari məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik recourse

Necə gözəl yazmısız..İstərdim bu xəbər son olmasın.İnşaAllah qayıdarsız davamını yazarsız..

INŞALLAH redaktorlar razılıq verseler davam edecem amm heleki buralarda çox ola bilməyəcəm smile

S.N.,
Dəniz84,
Ellada Babayeva,
APENAS,
Aytac,
Ruhəngiz,
Q,
•♥GünDogarken♥•,
nura baebe sadece,
G.....m,
ESNA,
AYSUN MEMMEDOVA,
Terane Allahverdiyeva,
Çox sağolun give_ros

Ətrafımızda olan hər şeydə canlı cansız hər şeydə qurban olduğum ALLAHımım qüdrəti var..ibadətlərimdən yazmağı danısmagı xoslamadıgım ucum bele yazdm nə dərəcədə yaxsi alindi bilmirəm..Amma nə qədər yazsaç danssam yenedə azdrdırki azdır.

Xəbər davam edir istəyənlər yaza bilər smile
28 avqust 2014 18:23
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Asi
Salam herksen ismarclardan ve serhlerde bezi istifadecelern movzunun davamini isteyrler egere redaktorar razliq verse davam ederem//sadece istirak etmek isteyenler sexsiye yazsin//men heleki buralarda ola bilmeyecem 5 deyqelik geldim yeniden cixiram ALLAHa emanet olun///steyen her kes sexsiye yazsn// redaktorlardan xahis edirem oz fikrivizi yazn davam etsinmi cunki hele stirak etmek isteyenler var xahis edirem yazın smile

P.S Serh yazan her kesden xahis edirem oz sozlerivi yazın.
26 avqust 2014 15:20
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Terane Allahverdiyeva
Təşəkkür maraqlidi
25 avqust 2014 22:17
Offline
איסון ממדוב.
Canim cox gozel alinib
25 avqust 2014 21:27
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AFƏR
Ne gözəl xəbərdi iştirakcıların yazdıqları super alınıb .allah bizi bagışlananlardan eyləsin inşaalah.Asi xanım belə gözəl xəbər üçün təşəkkürlər.
25 avqust 2014 20:21
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
25 avqust 2014 16:02
Offline
►♚₣ǾȾǾ∕ł∕łǾĐɆŁҜȺ ?❶? █▓▒♥ ƵѦƦѦ ♥▒▓█
Xebere gore tesekkurler Asi bacim bye

Asi bacim,serhlerden de gorunduyu kimi hazirladigin xeber her kesin ureyince olub,UCA YARADANA ne qeder sukr etsek azdir,ALLAH her kesin komeyi olsun,InseALLAH saytimizda bele xeberlerimiz cox olacaq
Mene de xeberde yer ayirdigina gore sene tesekkurumu bildirirem give_ros
winked yes

Asi bacim,serhlerden de gorunduyu kimi hazirladigin xeber her kesin ureyince olub,UCA YARADANA ne qeder sukr etsek azdir,ALLAH her kesin komeyi olsun,InseALLAH saytimizda bele xeberlerimiz cox olacaq
Mene de xeberde yer ayirdigina gore sene tesekkurumu bildirirem give_ros beledi bele
25 avqust 2014 07:03
Offline
HUSNA
Asi bacim,serhlerden de gorunduyu kimi hazirladigin xeber her kesin ureyince olub,UCA YARADANA ne qeder sukr etsek azdir,ALLAH her kesin komeyi olsun,InseALLAH saytimizda bele xeberlerimiz cox olacaq
Mene de xeberde yer ayirdigina gore sene tesekkurumu bildirirem give_ros
23 avqust 2014 19:37
Offline
.............
Xebere gore cox tesekkurler Canim Asi kiss
23 avqust 2014 19:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!