Bakıda hava 15°
USD AZN
EUR AZN

Mükəmməl saçlara sahib olaq

Mükəmməl saçlara sahib olaq

Bütün təbii və evdə hazırlanan saç maskaları saç köklərinin qidalanması baxımından çox faydalıdır. Çünki belə maskaların tərkibində hər zaman təbii vasitələr olur və bunları seçmək də sizin öz əlinizdə olur. Evdə maska hazırlamaq çox asandır və ən əsası da baha deyil. Bu xəbərimdə sizə evdə hazırlaya biləcəyiniz ən effektiv və gözəl bir maska təqdim edəcəyəm. Ümid edirəm ki, hər birindən faydalana biləcək və xeyrini də görəcəksiniz. Əvvəlcə maskalarda istifadə edə biləcəyimiz və sizə təqdim edəcəyim maskaya lazım olan vasitələrin bir neçəsi barədə ümumi məlumat əldə edək.

Zeytun yağı saçların qidalanmasında böyük təsirə malikdir. O, tez qırılan, quru və zədəli saçlara parlaqlıq bəxş edir. Saçlarınızın sağlamlaşdığını və hətta cavanlaşdığınızı öz gözlərinizlə görəcəksiniz.

Mükəmməl saçlara sahib olaq

Süd saça yumşaqlıq bəxş edir.

Limon saçdakı artıq yağları təmizləyir və saç dərinizdəki genişlənmiş məsamələri daraldır. 1:2 nisbəti ilə qarışdırılmış limon və su qarışımı saçlarınızı yaxalamaq üçün əla vasitədir. 

Kokos yağı da saçlara yumşaqlıq və parlaqlıq qatır. 

Bal saçların nəmləndirilməsi üçün mükəmməl bir seçimdir. Əgər evdə saçınız üçün maska hazırlayacaqsınızsa, onun tərkibinə mütləq bal da qatın. Bal cansız saçları canlandırır və onları möhkəmləndirir. Bununla yanaşı saçınıza heyrətamiz yüngüllük və parlaqlıq bəxş edir.

Xanımlarımızın bir çoxu saçlarında xüsusi bir ağırlıq hiss edirlər. Ona görə də bunu qarşısını almaq üçün saçı kəsdirmək barədə düşünürlər. Amma bunun çarəsi əslində keyfiyyətli və təbii maskalardan istifadə etməkdir. Saçlarınızı gözəlləşdirən, qidalandıran və ağırlığını aradan qaldıran maskalardan istifadə etmək lazımdır. Bunun üçün də burada adlarını çəkdiyim vasitələrdən istifadə edə bilərsiniz.

Mükəmməl saçlara sahib olaq

İndi isə sizə saçı qidalandıran yumurta maskası təqdim edirəm. Mütləq istifadə edin. Saçınızdakı dəyişiklikləri özünüz gördükdə buna inanmayacaqsınız. Tərkibində yumurta olan bu maska sizin saçınızla yumşaqlıq hissi bəxş edəcək və saçınızdakı canlanmanı elə ilk istifadədən sonra hiss edəcəksiniz. Yumurtanın tərkibində o qədər zülal və xeyirli maddələr var ki, siz ayrı-ayrı qida vasitələrini qatıb onları əldə etmək əvəzinə elə birbaşa bir yumurtadan rahatlıqla istifadə edə bilərsiniz. Məsələn, yumurtanın tərkibində saçı qidalandıran və onun inkişafını, uzanmağını təmin edən zülallar, saçınıza parlaqlıq bəxş edəcək turşular, zədəli saçlarınızı əvvəlki halına qaytaracaq gücə sahib olan kalium, saçlarınızın qırılmasının qarşısını aln vitamin A, saç tökülməsinin qarşısını alan vitamin D, saçları inkişaf etdirən, uzadan vitamin B12, saçları uzadarkən sağlam edən və D vitaminini rahat qəbul etməsi üçün şərait yaradan kalsium var. 

Mükəmməl saçlara sahib olaq

Tərkibi:

1 yumurta (saçınız uzundursa, 2 ədəd götürün.)

1 st. süd (saçı çiynindən aşağı düşməyənlər üçün yarım st.)

Yarım limonun suyu

2 y.q zeytun yağı

Yumurtanın ağını sarısından ayırın və sarını yaxşıca çalın. Çalınmış yumurta sarısının üzərinə süd və zeytun yağı əlavə edin. Sonra isə qarışdırılmış bu tərkibə yarım ədəd sıxılmış limon suyunu əlavə edib qarışdırın. İstəməyən limon suyundan imtina edə bilər. Amma daha gözəl təsirə nail olmaq üçün limon suyu məsləhətdir. 

Mükəmməl saçlara sahib olaq

Alınmış məhlulu saşlarınıza yaxşıca yeridərək çəkin. Saç diblərinə isə masaj edərək vurun. Sonra saçınızı sellofanla bağlayın. İstəyən sellofanın üzərindən saçını yaylıqla da bağlaya bilər. Amma sellofanı mütləq bağlayın ki, maska saçınızdan axıb tökülməsin. Maska saçınızda 15 dəqiqə qalmalıdır. Saçınızı yuyarkən isə isti sudan istifadə etməyin, soyuq suya daha yaxın olan mülayim sudan istifadə edin ki, yumurtanın sarısı saçınızdan rahat təmizlənsin. 

Saçınızı yaxşı yuduğunuzdan əmin olun. Bir daha qeyd edirəm, əgər yumurtanın başınızda o saat bişib qalmağını istəmirsinizsə, o zaman isti sudan istifadə etməyin. 

Başınızı meyvəli şampun və ya sabunla yuya bilərsiniz. Meyvə ətirli şampun başınızda qala biləcək yumurta iyindən sizi azad edəcək. 

Əgər yumurta iyinə nifrət edirsinizsə, o zaman heç olmazsa, ayda bir dəfə bu maskanı tətbiq edin. Yox əgər bu sizin üçün problem deyilsə, o zaman həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Yağlı saça sahib olan xanımlar yumurtanın ağından, quru və tez qırılan saçlara sahib olan xanımlar yumurtanın sarısından, normal saçlara sahib olan xanımlar isə bir yumurtanın hamısından istifadə etsin. 

Səslərin sayı: 3
19
5901
loading...
Şərhlər
Offline
gunay
Lazimli xeber oldu. Tesekkurler .
29 yanvar 2015 09:48
Offline
Ellada Babayeva
Faydalı xəbər üçün, çox sağ olun.
23 noyabr 2014 23:50
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Mən bu maskanın südsüz olan tərkibini tətbiq etmişəm.

Bəs nəticə necə oldu?
23 noyabr 2014 20:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Agat_Kris
Mən bu maskanın südsüz olan tərkibini tətbiq etmişəm.
4 noyabr 2014 07:50
imza: Pozitiv olun!
Offline
1 noyabr 2014 12:13
Offline
Serdarli Xatire
Xebere göre təşəkkür edirem.
23 sentyabr 2014 10:28
Offline
Xalidə Həsənzadə
Lazimli xeberdir..menim en sevdiyim sey saclarimdir..onlari qorumaq ucun ne lazimdirsa ederem...........
19 sentyabr 2014 18:25
Offline
AYGUN_1981.
Faydali xeberdir teshekkurler
16 sentyabr 2014 20:12
Offline
Fatma xanım
Yağ vurulmuş saçları belə yuyun hələ suyu açmamış əlinə şampunu al necə ki maskanı çəkdin o qaydada çək başına sonra soyuq su ilə yu isti su saçların gur parlaq olmasına mane olur
16 sentyabr 2014 15:40
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ruziw_seninem
Xebere gore təşəkkür
15 sentyabr 2014 18:16
Offline
Forever Alone
Faydalı xeberdir.teşekkürler
14 sentyabr 2014 15:21
Offline
RUM
Men ediram bu maskani yumurta agindan ayrilanda sachdan yumurta iyi gelmir nece ildi yumurtadan istifade ediram hech sachimdan gelneyib yumurta iyi .....teshekurrler
11 sentyabr 2014 21:46
Offline
Mehrim_
Öldüm de day saç maskaları etmekden çifayda
7 sentyabr 2014 23:55
Offline
AYKA
Faydali xebere gore tesekkurler
5 sentyabr 2014 23:47
Offline
Qəribə
Faydalı xəbər üçün təşəkkürlər.
3 sentyabr 2014 11:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Zehra.
Gözəl maskadır təşəkkür.edərəm.
2 sentyabr 2014 20:50
Offline
Sefiqe Sabanova
Men bu maskani cox beyedim
2 sentyabr 2014 20:44
Offline
איסון ממדוב.
Cox saqolun xebercin
2 sentyabr 2014 19:12
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Faydalı xəbər üçün təşəkkürlər
2 sentyabr 2014 16:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış