Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14:26Ayla Ayla Qızlar istilərlə neyniyirsiz? 09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40598

Süd verən analar üçün

Süd verən analar üçün
Hər bir səhiyyə təşkilatları anaları ana südü və əmizdirməyə təşviq etməkdədir. Bu mövzularda təhsil və məsləhətlər verilir, bu məqsədlərlə əmizdirmə otaqları və guşələri hazırlanmışdır. 
Hər təşkilatda dəstək və təhsil üçün ana südü və əmizdirmə mövzularında təhsilli səhiyyə personalları xidmət verməkdədir.
Sağlamlıq təşkilatlarının hamısında analar, ana namizədləri və ailələr öyrədilməkdədir. Hər hansı bir problem olduğunda onlara məsləhətlər verilir. Əhəmiyyətli olan əmizdirmənin ilk 6 ay ərzində tək qida qaynağı olaraq davam etdirilməsini təmin etməkdir. Ana südü və əmizdirmənin dəstəklənməsi ictimai olaraq da təmin edilməlidir, bu mövzuda hamımızın üzərinə müəyyən vəzifələr düşür.
Analar əmizdirmə və ana südü ilə əlaqədar haralardan kömək ala bilərlər?
Əmizdirmənin təbii bir hadisə olduğunun qəbul edilməsi, cəmiyyət içində ayıb və qınanılacaq bir hərəkət olmaqdan çıxarılması üçün uyğun yer və şərait təmin edilməli, hər yerdə əmizdirmənin vacib olduğunu, bütün cəmiyyətdə, açıq yerlərdə əmizdirmə üçün xüsusi hissələrin hazırlanması, cəmiyyətin birlikdə olduğu yerlərdə əvvəlcə insan və xüsusilə körpə sağlamlığının zərər görə biləcəyi hər şeydən bu məkanların təmizlənilməsi, ana sağlamlığı, körpə sağlamlığı və inkişafı üçün cəmiyyətə açıq məkanların insan sağlamlığına uyğun, təmiz, ventilyasiya və rahat olmasının təmin edilməsi son dərəcə əhəmiyyətli və gərəklidir.
Süd verən analar üçün
Ana südü necə artırılmalıdır?
Doğuş sonrası  bir çox anada başlanğıcda süd miqdarı qeyri-kafi olur. Bu narahat olunmaması lazım olan bir vəziyyətdir, çünki əmizdirmə artdıqca süd miqdarı da artacaq. Süd istehsalını artırdığı deyilən çox sayda qida tədqiq olsa da, heç birinin elmi nəticələri kafi deyil. Ana südünü artırmanın tək yolu, bol maye qəbul edərək körpəni tez-tez əmizdirməkdir. Bu xəbərdarlıq süd istehsalını artırmağa kifayətdir. Əmizdirmənin bir digər faydası da körpə döşün ucunu əmərkən beyindən atılan oksitosin adlı hormonun eyni zamanda uşaqlığın sıxılmasını təmin edərək hamiləlikdən əvvəlki vəziyyətinə dönməsini təmin edir və qanaxmanı dayandırır.
Yetərsiz süd deyə bir şey yoxdur. Kifayət qədər əmizdirməmək vardır. Buna görə də körpə kökəlmirsə, əvvəlcə əmizdirmə sıxlığı və müddəti yoxlanılmalıdır. Bir körpə kifayət qədər tez müddətdə və doğru şəkildə əmizdirilsə, buna baxmayaraq kifayət qədər çəki almırsa, ala bilməmə problemi varsa, körpəyə bəzi tədqiqlər edilərək altda yatan bir problem olub-olmadığı həkim tərəfindən qiymətləndirilərək lazımi müdaxilə edilməlidir.
Səslərin sayı: 4
19
8422
loading...
Şərhlər
Offline
yasemen hasimova
men ogluma ana sudu verirem inkidafida normaldi insallah 2 yasina qeder verecem smile
12 dekabr 2014 00:41
Offline
Fidan Məmmədova
Mən cox heyfslənirəmki oglum ana südü goturmurdu.səbəbi isə kecirtdiyim stresde goururəm

Mənim də qizim əvvəldə deməy olar götürmürdü,ama mən öyrətməyə çalışdım və bacardım
10 noyabr 2014 13:34
Offline
Xanim_Xatun
Mən cox heyfslənirəmki oglum ana südü goturmurdu.səbəbi isə kecirtdiyim stresde goururəm..
6 noyabr 2014 23:56
Offline
Fidan Məmmədova
Ana sudu usaqlar ucun evez olunmazdir,
5 noyabr 2014 03:12
Offline
A.. AYLIN
Bucu bucu bucu yiyerem bunlari mennn nyam
11 sentyabr 2014 15:01
Offline
Narin...
PƏRVANƏ ƏLİYEVA......,
Elnure Quliyeva,
♥Aynişka Gülüm♥,
Zehra.,
Q,
Gulum,
Ellada Babayeva,
♥Aynişka Gülüm♥,
ELIF eliyeva,
AYSUN MEMMEDOVA,
S.N.,
Dəniz84,
sebine ismayilova,

Allah qorusun körpə balalarınızı İnşAllah. Olmayanlara nəsib olsun bu gözəl duyğunu dadmaq Amin. kiss
8 sentyabr 2014 22:59
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Yazilanlardan melumatim var canim menim..Men birine 3 birine 2 yasha kimi verdim ana sudu..Ana sudu qeder xeyirli qida yoxdu..Cox xeyirlidi.Butun yenice ana olmush xanimlara meslehetim ne olursa olsun ana sudu verin..Coxsaqol canim menim.
25 avqust 2014 19:02
Offline
Elnure Quliyeva
Korpeye ana sudunden faydali hec ne ola bilmez qizima 2yas 1ayina kimi oqlumda 23 ayliqdi hele verirem ama bilmirem nece ayiracam .elhemdulillah her 2 evladimda sudum oldu indi oqlu harda oluramsa olum sud isteyir hicabliyam deye hicabin altina salib emizdirirem
24 avqust 2014 16:43
Offline
♥Aynişka Gülüm♥
Gulum,
Amma cox aglayir geceler deyirler sud verirsen ondandi!Ne bilim!
22 avqust 2014 22:16
Offline
Zehra.
Təşəkkürlər edirəm.
22 avqust 2014 22:02
Offline
Qəribə
Gozel xeber hazrıamisan canim cox saqol Canim.
22 avqust 2014 19:22
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gulum
♥Aynişka Gülüm♥,
Canım menim hec revadır o totuş balanı südden kesmek özü lazım olmasa deyecek ki day besdi isdemirem kiss
22 avqust 2014 18:07
Offline
Ellada Babayeva
Süd verən xanımların köməyinə çatacaq yazıdır. i_am_so_
22 avqust 2014 18:07
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥Aynişka Gülüm♥
Men ana sudunden ayirmaq isteyirem artiq 2 yasina az qalib o qeder de sudum olmur, bacarmiram bu barede fikri olan varsa yazsin!
22 avqust 2014 17:11
Offline
zara
MEN COX TESUFFLER OLSUN KI MENIM QANIMDA PROBLEM OLDUGUNDAN VERE BILMEDIM
22 avqust 2014 16:26
Offline
איסון ממדוב.
Gozel xeber hazrıamisan canim cox saqol
22 avqust 2014 13:58
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥♥S.Nur♥♥
Saq ol,bacim.Ilk defe ana olmaqa namized xanimlar ucun deyerli melumatlardir. kiss
22 avqust 2014 12:56
Offline
Aysel İ.
Sağ ol Narin gözəl xəbər hazırlamısan. Bütün bu yazdıqlarını artıq əzbərdən bilirəm)) Hardasan xəbərsiz qaçmısan?
22 avqust 2014 12:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
sebine ismayilova
Şukur Allaha korpeme ana sudu verırıem sagkıglıdı Mawallah 1 yawına kımı vermek fıkrım var
22 avqust 2014 12:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )