Azərbaycanda Ebola virusu ilə bağlı hər hansı şübhəli hal aşkar olunarsa, həmin şəxsin yerləşdirilməsi üçün müvafiq yer ayrılıb.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında deyib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb və hər hansı hal aşkar olunarsa, virus şübhəli şəxslər oraya yerləşdiriləcək. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərini görüb, şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. V.Qasımov qeyd edib ki, bu virusun spesifik müalicə preparatları yoxdur, amma simptomatik müalicə üçün kifayət qədər dərman və ehtiyat mövcuddur.
Nazirlik rəsmisi əlavə edib ki, virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizorun quraşdırılması təklif edilib: “Bu aparatların sərhədlərdə quraşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən Dövlət Gömrük Komitəsinə müvafiq müraciət olunub. Nazirlik tərəfindən vəziyyətlə bağlı məlumat verilib, aparatın quraşdırılması təklif edilib və onlar tərəfindən də bu istiqamətdə iş görülür. Məndə olan məlumata görə, artıq bu istiqamətdə iş gedir və aparatlar quraşdırılır. Bu, hərarəti ölçən aparatdır. Bizim üçün əsas məsələ Afrika ölkələrindən gələn insanların yoxlanılmasıdır. Hər hansı hal aşkar olunarsa, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək”.
Qeyd edək ki, səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.
XƏBƏR LENTİ
Azərbaycanda qar yağır
AFFA "Binə" klubunu qismən bağışladı
Putin NATO-nu şoka saldı
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Təbii qidalanmağın gözəlliyə təsiri
Günəşdə qəfil qasırğa
Ringelman effekti
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Günün qoroskopu: Tələsin!
Çiyələkli dondurma (foto-resept)
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Türkiyəyə qar yağdı
ABŞ "İŞİD"ə müharibə elan etdi
Yeni ildə bir həftə iş olmayacaq
Yumurta qabığı - evdə köməkçiniz
İştahı kəsən qidalar
Möhtəşəm səhər yeməyi (foto resept)
Qızıl bahalaşdı
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Günün ulduz falı
Hamiləliyin əlamətləri
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Mənim əl işlərim
Hellouində yadda qalan kostyumlar
Qorxulu buludlar
Tağı Əhmədova yeni vəzifə verildi
Qəlbim qırıldı...
İslam dünyası ayağa qalxacaq
Apple bazarı "işğal" edib
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Ronaldo Evləndi-FOTO
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Nyu-York rəngləndi
Lavaş arası toyuq (foto resept)
Qat-qat xəmirdən pirojki (foto resept)
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Hindli xanımların gözəl geyimləri
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Həyatımızda rənglər hansı mənanı verir?
Koronavirusla bağlı zarafat etdi və xəstəliyə yoluxdu - VİDEO
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Oriqami ilə gül düzəldilməsi
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
- ŞƏRHLƏR