Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam
38086

Hamiləlikdə dəri dəyişkənliyi

Hamiləlik zamanı dəyişən hormonlar bir çox dəri probleminə səbəb olur. 

Hamiləlikdə dəri dəyişkənliyi
Dəri rənginin tündləşməsi
Bütün hamilələrin 90 %-i bu problemlə qarşılaşır. Tam səbəbi bilinməsə də, hamiləlikdə melonositləri (piqment əmələ gətirən hüceyrə) xəbərdar edən hormonun qan ifrazında artım olduğu düşünülür. Bununla bərabər ostrogen adlı maddə də bu tünd rəngi çıxaran maddələri xəbərdar edir. Tündləşmə hamiləliyin erkən dövrlərində başlayır və tünd dərili xanımlarda daha çox diqqətə çarpır. Xüsusilə tünd rəngli bədəni olan xanımlarda döş ucları, genital dəri, göbək ətrafı kimi bölgələrdə bu tündləşmələr daha çox diqqətə çarpır. Göbəyin orta xəttindəki şaquli xəttə linea alba (ağ xətt) deyilir. Hamiləlik zamanı bu xətdə diqqətə çarpan bir tündləşmə hiss edəcəksiniz. Bu tündləşməyə görə bu xətt hamiləlikdə linea nigra (qara xətt) adlandırılır. 
Hamiləlik maskası
Hamiləliyə xas digər bir dəri dəyişikliyi də kloazma adını verdiyimiz hamiləlik maskasıdır. Üzdə, göz altlarında bütün yanağı örtən və ortada birləşən kəpənək şəklindəki bu tündləşmə hamilələrin az qala yarısında dəyişən səviyyədə meydana gəlir və bir qisimi hamiləlikdən sonra çəkilərkən bir qisimi illərlə üzdə qala bilir. Hamiləlik maskası ultrabənövşəyi işığa qarşı çox həssasdır və buna görə də həddindən artıq günəş işığına məruz qalmayaraq ya da günəş qoruyucu məhsullardan istifadə edərək onun meydana gəlməsini azalda bilərik. İşlədə biləcəyiniz bəzi dermotoloji dərmanlar da bu ləkələri azaltmaqda işinizə yaraya bilər. Hamiləlik kloazması olan xanımlar, ümumiyyətlə, doğum nəzarət həblərinə qarşı da çox həssasdırlar və eyni ləkələr doğum idarə həblərinin istifadəsiylə də meydana gələ bilər.
Hamiləlikdə dəri dəyişkənliyi
Xallar
Demək olar ki, hər kəsdə olan xallar piqment ehtiva edən yaxşı xassəli dəri şişləridir. Normalda melanosit (piqment əmələ gətirən hüceyrə) ehtiva edən xallar hamiləlik zamanı melonositin xəbərdar edilməsi ilə birlikdə daha tündləşə və ya böyüyə bilər. Hamiləlik zamanı pis xassəli heç nəyə çevrilməzlər. 
Çatlar
Xüsusilə son aylar yaxınlaşdıqca hamilə qadınların təxminən yarısında qarın dərisində, döş dərisində və ombasında qırmızı, yüngül çökək və nizamsız xəttlər inkişaf edir. Daha əvvəl ana olmuş qadınlarda bu qırmızı xəttlərdən əlavə gümüşü-ağ rəngdə xəttlər də görülə bilər. Bunlar bir əvvəlki hamiləlikdən qalan çatlardır. Doğumdan sonra bu qırmızı xəttlər aylar ərzində gümüşü-ağ rəngə çevrilərlər. Bu xəttlərin meydana gəlməsi böyük nisbətdə genetikdir və önləmək mümkün deyil. Yəni bu vəziyyətdə ananızın hamiləlik hekayəsinə müraciət edə bilərsiniz. Bəzi qadınlarda heç çatlaq olmazkən bəzilərində çox diqqət edilməsinə baxmayaraq sıx çatlaqlar meydana gələ bilir. Səbəb hamiləlikdəki hormonal dəyişikliklər, çəki artımı və dəri dartılmasıdır. Satışda hər nə qədər çox sayda çatlaq önləyici məhsullar olsa da, bunun çatlaqlara faydası yoxdur. Dərini hər zaman nəmli tutaraq bu çatlaqların daha da dərinləşməsini önləmək olar. Bunun üçün sadə bir uşaq yağı (kremi), badam yağı kimi nəmləndiricilərdən istifadə etmək olar. Həyat tərziniz də burada çox əhəmiyyətlidir (Məsələn: nizamlı və düzgün qidalanma, bol su içmə, siqaretdən uzaq dayanmaq). Doğum sonrası isə bu xəttlər hələ qırmızı olarkən bəyazlaşmamış dermatoloqla məsləhətləşməlisiniz. 
Hamiləlikdə dəri dəyişkənliyi
Ovuc içi qızarıqlıqları
Hamilələrin üçdə ikisində görülər və doğum sonrasında itərlər. Ovuc içi və ayaq dabanlarındakı bu qızartı artmış ostrogen və dəridə artan qan dövranının təsiriylə olur.
Diş əti qanaması
Hamiləlikdə qorxuducu ola biləcək dəyişikliklərdən biri də diş əti qanamalarıdır. Bu qanamalar diş ətində qanlanması artan kapliyar damarların nəticəsidir. "Birdən yenə qanayar" deyə dişləri fırçalamaqdan çəkinməyin. Bu səhv tətbiqdir, dişlər fırçalanmasa, ağız gigiyenasına daha çox pis təsir edər. Əksinə diş fırçalamasına və ağız gigiyenasına hər zamankından daha çox əhəmiyyət verilməli və yumşaq sərtlikdə bir diş fırçası seçilməlidir. 
Saç və tük dəyişiklikləri
Hamiləlikdə tük folikullarında böyümə nisbəti qısalma nisbətinə görə uzanar və bu da saçların güclənməsinə səbəb olar. Böyümə nisbətini uzadan ostrogen hormonudur və ana namizədləri saçlarını heç vaxt olmadığı qədər güclü, parlaq və gur hiss edə bilərlər. Doğum sonrası isə otrogenin qandan çəkilməsiylə bütün tük folikulları eyni anda tökülmə mərhələsinə girərək 1-4 ay sonra ani sürətlə regional keçəlləşməyə qədər gedə bilən bir tökülməyə səbəb olar. Bu, qorxulmaması lazım olan bir vəziyyətdir, 6-12 ay ərzində hamiləlik əvvəli saç quruluşuna qovuşa bilərsiniz. Hamiləlikdə lazer epilesiyasının bilinən bir zərəri yoxdur, lakin hamiləlik zamanı tüklənmə artacağı üçün hamiləlik sonrası onsuz da töküləcək olan tüklərinizə boşuna əhəmiyyət verib narahat olmayın. Lakin anidən başlayan və həddindən artıq tüklənmədən şübhələnirsinizsə, mütləq həkiminizə müraciət edin. Hamiləlikdə yumurtalıqda olan və plasentaya qədər ilk 6-8 həftə progesteron istehsalını təmin edən "korpus leteum" adlı quruluş bəzən geriləmə göstərmir və bu da kişilik hormonu ifraz edir və şişə çevrilə bilir, bu da hamiləlikdə diqqət edilməsi vacib olan bir vəziyyətdir. 
Hamiləlikdə dəri dəyişkənliyi
Qaşıntı
Bir çox hamilə xanımın xüsusilə son aylarda yaşadığı qaşıntılı narahatlıq bütün bədəndə görülən və sadəcə şiddətli qaşınmayla müşahidə edilən başqa heç bir dəri dəyişikliyi olmayan bir vəziyyətdir. Bunun səbəbi qaraciyərdə öd kanallarının tıxanması nəticəsində normalda öd kisəsi yolu ilə bağırsaqlara axıdılan öd turşularının qaraciyərdə yığılaraq qana qarışması  və dəri altı toxumada yığılaraq qaşıntıya səbəb olmasıdır. 
Dəri dəyişkənliyi-qaşıntı
Bunun xaricində çoxsaylı hamilə xanıma xas təyin edilmiş dəri xəstəlikləri var. Çox maraqlıdır ki, bu problemlər yalnız hamilə xanımlarda olur və başqa heç bir fərddə buna rast gəlinmir. Pis olan isə bu hamiləliyə xas dəri xəstəlikləri uşaq üzərində və hamiləlikdə həyatı təhdid edəcək fəsadlara səbəb ola bilər. 
Səslərin sayı: 4
14
6196
loading...
Şərhlər
Offline
Iceberg
Hamiləlik zamanı dəyişən hormonlar bir çox dəri probleminə səbəb olur.
16 sentyabr 2017 22:59
imza: shafaabdulla.blogspot.com
Offline
Iceberg
Həyat tərziniz də burada çox əhəmiyyətlidir (Məsələn: nizamlı və düzgün qidalanma, bol su içmə, siqaretdən uzaq dayanmaq)
16 iyul 2017 00:29
imza: shafaabdulla.blogspot.com
Offline
Leben und Tod
allah nesib etsin catlarada qiriwiqlara da raziyam give_ros
5 yanvar 2017 22:56
Offline
Xəyalə Murad
İşlədə biləcəyiniz bəzi dermotoloji dərmanlar da bu ləkələri azaltmaqda işinizə yaraya bilər.
13 may 2016 19:23
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Faydalı xəbərdir. Ana olmağa hazırlaşan xanımlarımız oxusun.
13 may 2016 19:04
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Bunun xaricində çoxsaylı hamilə xanıma xas təyin edilmiş dəri xəstəlikləri var. Çox maraqlıdır ki, bu problemlər yalnız hamilə xanımlarda olur və başqa heç bir fərddə buna rast gəlinmir. Pis olan isə bu hamiləliyə xas dəri xəstəlikləri uşaq üzərində və hamiləlikdə həyatı təhdid edəcək fəsadlara səbəb ola bilər.
13 may 2016 15:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Hamiləlik gözəldə amma bu catlar olmaya. bully
13 may 2016 13:03
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
A.. AYLIN
Ay bajii bu sekildekilerin qarinlari nece qesey gorunur crazy mende 2 EKIZ anasiyam ama menim qarnimdaaa catdan yer yoxdur cray bu nece olurr eee, camaat 5ni birden dogur dance gorr indii onlar ne gundedir cann.
ALLAH OLMAYANLARADA NESIB ETSIN ..AMIN.. girl_ang NARINIM senin de ellerin yorulmasin canim tesekkurler empathy
10 sentyabr 2014 03:01
Offline
Narin...
Q,
Farida_Asadova,
S.N.,
Dəniz84,
AYSUN MEMMEDOVA,

Şərhləriniz üçün təşəkkür edirəm xanımlar. Allah balalarınızı qorusun. kiss Olmayanlarıda bu gözəl duyğuyla sevindirsin İnşAllah. girl_ang
8 sentyabr 2014 22:56
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Qəribə
Dəniz84
Allah hər kəsə qismət eləsin bu dəyişiklikləri. Dəri genişləndikcə qqaşıntının əmələ gəlməsi təbiidir. Bunun üçün yağlardan istifadə etməklazımdır mütamadi olaraq. qaşınan yerlərə krem və yağlar çəkmək lazımdır. qqaşımaq qətiolmaz. Xəbər üçün sağ ol gözəl gözlüm.
20 avqust 2014 18:13
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Farida_Asadova
Narincan,hamilelik zamani catlarin olub olmamasi hem de irsi bir haldir. . ,
Menim dis etim yox burnum bol bol qanayirdi.
20 avqust 2014 18:12
Offline
♥♥S.Nur♥♥
Allah hamiya,butun ana olmaq arzusunda olan xanimlara qismet etsin bu duyqunu.AMIN!Maraqli ve deyerli xebercun teshekkurler,melek bacim. kiss
20 avqust 2014 15:43
Offline
Aysel İ.
Allah hər kəsə qismət eləsin bu dəyişiklikləri. Dəri genişləndikcə qqaşıntının əmələ gəlməsi təbiidir. Bunun üçün yağlardan istifadə etməklazımdır mütamadi olaraq. qaşınan yerlərə krem və yağlar çəkmək lazımdır. qqaşımaq qətiolmaz. Xəbər üçün sağ ol gözəl gözlüm.
20 avqust 2014 15:16
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Canim ne gozel xeberdi Allah tala cəmi gəlinlərə bu sirin heyacanı bu gozel deyisikliyi yasamaqi qismet etsin amin Allah
20 avqust 2014 13:58
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır