Haqqımızda Reklam Bizimlə əlaqə
İstİfadəçİ HESABI

Ana səhifə

Kitablar

Musiqi

Video

Düşüncə

Oyun

Yumor

Yükləmə

Proqram

Reytinq

RSS xətti
Söhbət otağı
Dostlarım






İlk milli virtual qadın jurnalı...
Afaq Bəşirqızı
Afaq Bəşirqızı

...Atamın oğlu yox idi deyə, onun yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb şərqşünas əvəzinə aktrisa oldum, dramatik obrazlar yaratdım və Moskvada «Bəşir Səfəroğlu» teatrını açdım.
Afaq Bəşir qızı 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni marif fakultəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var.

Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Artıq, əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. Eyni adlı filmin xalq tərəfindən sevilməsində də Afaq xanımın xidməti böyükdür.

1989-cu ildə Afaq Bəşir qızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da - Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də -Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.

«Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Bəxt üzüyü», «Girov» filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.

Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı («Yaşıl eynəkli adam»), Suğra («Bala bəla sözündəndir»), Darçınbəyim («Evləri köndələn yar»), Ayka («Yarımştat»), Gülya («Nekroloq») rolları aktrisanı daha da məşhurlaşdırmışdır.

Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, 7 ildir ki, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. Prezident mükafatçısıdır.
Aktyor Bəşir Səfəroğlunun qızıdır.
Rol aldığı filmlər:

Bəşir Səfəroğlu (1969)
Evləri Köndələn Yar (1982)
20+1 (1986)
Gözbağlıcı (1986)
Bəxt Üzüyü (1991)
777 Nömrəli İş (1992)
Bala-Başa Bəla! (1995)
Yarımştat (1996)
Yaşıl Eynəkli Adam-2 (1999)
Nekroloq (2001)
Yaşıl Eynəkli Adam-3 (2002)
Dəvətnamə (2003)
Girov (2005)
Bankir Adaxlı (2008)

Afaq Bəşirqızı
Müəllif: Selcan_Xatun
Rubrika: Qadın və cəmiyyət » Qadın sənətçilərimiz
Baxış sayı: 682
 (səs sayı: 8)
Oxşar yazılar...
  • Nuriyyə Əhmədova
  • Firəngiz Mütəllimova
  • Həmidə Ömərova
  • Amaliya Pənahova
  • Nəcibə Məlikova
  • Yazarlar

    Aynur Qurbanqızı

    Ən böyük işlər xəyallar quran insanlar tərəfindən həyata keçirilmişdir


    Leyla Salmansoy

    Mübariz İbrahimov

    Ən çox oxunulanlar
    » Bananlı tort (foto resept)
    » Avqust ayında rahat oruc tutmanın yolları ...
    » "Baş redaktorun" ilk doğum günü
    » Mübariz İbrahimov
    » PSD formasında uşaq çərçiv< ...
    » Sevgilim (esse hekayə)
    » Mənim balaca mələyimin ilk uğuru
    » Ruhumuz qidalansın
    » Suxarili kotletlər
    » Sizcə "yaşı ötmüş" q ...
    » Dölün inkişaf etapları
    » Hamiləlik zamanı cinsi münasibətl&# ...
    » Yeni bir səhifə...
    » Sevgi, ugur yoxsa varlı olmaq?
    » Ata (Abbasova Mehriban)
    » İlk etiraf məndən...
    » Şirin əkizlər
    » Zrazı (foto resept)
    » Qışa hazırlıq
    » Bu gün dəyərli webmasterimizin doğu ...
    Son şərhlər
    15:30 - müəllif: Semedova
    BABY TYPE PROQRAMI
    15:24 - müəllif: niyar
    Süfrə ədəbi
    15:11 - müəllif: Nazi...
    Süfrə ədəbi
    15:09 - müəllif: Aynur_Qurbanqizi
    Gözlər
    15:01 - müəllif: Selcan_Xatun
    Gözlər
    Bütün şərhlər
    Sorğu
    Oruc tutursunuzmu?
    Bəli!
    Fasilələrlə...
    Sağlamlğım imkan vermir!
    Başqa səbəblərim var...