Köməkçi nitq hissəsi olan bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Məsələn: Mən oxuyurdum, o isə şəhərin küçələrində gəzirdi. Akif də bu məsələni bilmişdi.
Sintaktik funksiyasına görə (cümlədəki vəziyyətinə görə) bağlayıcılar iki yerə bölünür: tabesizlik və tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri-cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir.
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri müstəqil, o biri asılı olan tərəflər arasında işlənir.
Bəzən bağlayıcılar təkcə sözləri və mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlayır.
1. Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var:
Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə). Məs: Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu.
Qeyd: ilə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir-birinə bağlayır. Həmcins xəbərlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir.
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Məs: Mən danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.
Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, və yaxud, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə də. Məs: Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.
İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, hətta, habelə, həmçinin, -da (-də). Məs: Meşələrdə küknar ağacı da əkilmişdi. Hamı, hətta Cahan xala da məclisə gəlmişdi.
İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məs: Nə zəng edirdi, nə də ki, atası bir söz deyirdi.
Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Məs: bunların bizə, yəni şagirdlərə heç bir aidiyyatı yoxdur.
Tabelilik bağlayıcılarının mənaca növləri isə bunlardır:
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məs: Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hamı narazı idi, belə ki, müdirlə dil tapa bilmirdilər.
Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs: Oxumadım, çünki vaxtım yox idi.
Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məs: Hərçənd, belə gedirsən, lakin bil ki, burada bizlik bir şey yoxdur.
Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs: Madam ki, gəlmir, demək bizi saymır.
İlə köməkçi sözü qoşma və bağlayıcı kimi
İlə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün bunları bilmək lazımdır:
1) İlə köməkçi sözü bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olur. Məsələn: Akif ilə Arif qonşudur.-Akif, Malik qonşudur.-Akif və Malik qonşudur.
2) İlə köməkçi sözü qoşma kimi işlənərkən, qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur. Məsələn: Akif ilə (kim ilə?) gedirəm.
Amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur.
Bağlayıcıların quruluşu
Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur.
Sadə bağlayıcılar bir tərkib hissədən ibarət olur: amma, yəni, məsələn, ilə, əgər və s.
Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır: hərgah, halbuki, habelə və s.
Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur: yəni ki, belə ki, həm də və s.
Bağlayıcılarda vergülün işlənmə qaydaları
Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Amma, ancaq, lakin, halbuki, ona görə ki, yəni və s. bu kimi tək işlənən bağlayıcılardan əvvəl vergül qoyulur. Məs: Mən istəyirdim, amma onlar razı qalmadılar.
Ki bağlayıcısından sonra vergül qoyulur. Məs: Evə çatırdım ki, Akif məni səslədi.
Təkrarlanan da (də) büğlayıcısından sonra (sonuncudan başqa) vergül qoyulur. Lakin da (də) bağlayıcısı tək işləndikdə ondan nə əvvəl, nə də sonra vergül qoyulmur.
Gah, həm, nə, ya, istər bağlayıcılarından birincindən başqa qalanlarından əvvəl vergül qoyulur. Məs: Gah yağış yağır, gah külək əsirdi.
Digər nitq hissələri ilə qarışa bilən bəzi bağlayıcıların fərqləndirilməsi
Bəzən da, də iştirak bağlayıcısı ilə ismim yerlik hal şəkilçisi olan -da (-də), ki aydınlaşdırma bağlayıcısı ilə sifət düzəldən -kı (-ki, -ku, -kü) şəkilçisi qarışdırılır.Bunları fərqləndirmək lazımdı:
İsmin yerlik hal şəkilçisi vurğulu, da, də bağlayıcısı isə vurğusuz olur; hal şəkilçisi sözə bitişik yazılır, bağlayıcı isə ayrı. Məsələn: Səndə (kimdə?-yerlik hal), deyəsən təzə xəbər var. Sən də (kim?-bağlayıcı) lap ağ elədin ha!
Başqa nitq hissələrindən sifət düzəldən -kı (-ki, -ku, kü) şəkilçisi ahəng qanununa görə dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır. Məsələn: bayaqkı (hadisə), dünənki (söhbət) və s.
-kı (-ki, -ku, -kü) şəkilçisi yiyəlik halda olan əvəzliklərə artırılaraq isim düzəldir: sizinki və s.
Ki bağlayıcısı isə tabeli mürəkkəb cümləni əmələ gətirən cümləri bir-birinə bağlayır. Məsələn: İnanıram ki, Aqil Əsgərov bu işin öhdəsindən gələcək.
Ki həm də ədat kimi işlənir, bu zaman qüvvətləndirmə mənası daşıyır və ondan sonra heç vaxt vergül qoyulmur: Sən ki bunu bilirsən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Meqan Marklın cangüdəni diqqət çəkdi-FOTO
Karandaş effektli rəsm hazırlama qaydası
Ozan Doğulu aylıq kirayəsinə 12 min verəcək
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?
Ukrayna Azərbaycana ixracının yarıdan çoxunu itirib - SƏBƏB
Qaşlarını yan dara, qız...
XƏBƏRDARLIQ: virus infeksiyası yayılıb
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Səhhəti pisləşən xalq artisti: "Dedilər ölənə qədər…"
Tuba Büyüküstün yeni stili ilə HEYRAN ETDİ - FOTO
Skoliozun pəhrizi
Qayalar üstündə möhtəşəm qala
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
“Eurovision”da səsvermə başladı-SƏSVERMƏ Qaydası-FOTO
Gökseldən gözlənilməz ETİRAF
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
Pişiklərin irqləri
“Haber Global” Şuşada
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Cibimizə xeyir, canımıza zərər: yenə vaxtı yetişdi...
Azərbaycan əhalisinin 50,3 faizi qadınlardır
Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”
Miranda Kerr ikinci dəfə ana oldu-FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Prezident İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində iştirak edib-FOTO
Bel ağrısını azaldan yoqa hərəkətləri
COVID-19 peyvəndi vurulmuş könüllülərin vəziyyəti açıqlandı
Maraqlı fincanlar
Windows XP hələ ölməyib
Lənkəranda gül bayramı
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
"Tifanny"dən paltarlar
BÜRCLƏR bizə nə vəd edir? -17 MAY
Nazirlər Kabinetindən COVID-19-a görə toy və yaslarla bağlı TÖVSİYƏ
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ÖZƏL
Ayın sonuna kimi buludlu və rütubətli hava gözlənilir.
"Ən möhtəşəm veriliş Tarkanla oldu" - Beyazıt Öztürk
Gədəbəydə müəmmalı yanğınlar: "Gecə yata bilmirik"
Elman Rüstəmov bank kreditləri haqda
Hələ belə toy görünməyib
Dərini gözəlləşdirən möcüzəvi məsləhətlər
İpoteka şərtləri yumşalacaqmı?
Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb
Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - ARAŞDIRMA - FOTO
İsaak Nyutonun məktubu TAPILDI!
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başladı
Kenan Beren Saata yazdığı mahnını oxudu
Xərçəng qandan təsbit ediləcək
- ŞƏRHLƏR