Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Pəhriz içkilərinin zərəri

Bu, arıqlamaq üçün pəhriz saxlayan hər insanın ən az bir dəfə düşdüyü bir tələdi. Bu üsul arıqlama üsulları arasında sayılan böyük bir yalandır. Pəhrizə başladığımız andan etibarən içkilərdə də dəyişiklik edirik. Bunun sürətli arıqlama üsulları arasında olduğunu düşünürük. Bu içkilərin haradasa sıfır kalori olması və yağı özündə cəmləməməsi bizi cəzb edir. 

Yaxşı, amma pəhriz içkiləri niyə arıqlamaq istəyənlər üçün təhlükəli olur? Bu içkilər, həqiqətən də, piy əritməyə köməkçi olurmu? Onlar, görəsən, sağlamlığımız baxımından nə ifadə edirlər? Bu tip içkilərin yağ yandırmağı qədər sağlamlığa necə təsir etməyi də önəmlidir. Çünki bizim hədəfimiz, sağlam bir şəkildə arıqlamaqdır.
Pəhriz içkiləri kaloridən və yağdan təmizlənmiş olması onların zərərsiz olduqları mənasına gəlmir. Çünki bu içkilərin çoxunda sağlamlığımıza mənfi təsir edən kimyəvi dadlandırıcılar var. Məsələn, dadlandırıcılardan olan aspartam və suklaroz qan şəkərinin birdən yüksəlməsinə səbəb olur. Dünya sağlamlıq təşkilatının mövzu haqqında bir çox hesabatı var. 
Kimyəvi dadlandırıcılar bədənimizi aldadır. Pəhriz yeməklərindən bədənimizə şəkər daxil olmaz, ancaq dadlandırıcılar bədənə şəkər daxil olmuş hissini verir. Biz beləcə bədənimizi aldatmış oluruq və arıqlamaq üçün pəhriz saxlayan hər kəsin nifrət etdiyi vəziyyət ortaya çıxır: daha çox acırıq.
Pəhriz içkilərinin zərəri
Arıqlamaq üçün tətbiq etdiyiniz  proqram hansı olursa, olsun, pəhrizli içkilərdən qətiliklə istifadə etməyin. Əks təqdirdə arıqlama proqramı sizə heç bir fayda verməz. Bu 4 maddəni tətbiq etsəniz, o içkilərdən qısa müddətdə azad ola bilərsiniz.
1. Normal içkilərə yönəlin. Kalori hesabınızı ona görə edin. Bu süni adlandırıcıları bədəninizə dəvət etməkdən min qat daha yaxşıdır. 
2. Adi su və təbii ətirli suları içməyə çalışın. Xüsusilə çöldə yemək yediyiniz zaman. Perrier və pellegrino mineral baxımından zəngin məhsullar təqdim edir. Sitrus ilə zənginləşdirilmiş bu variantlarda kalori yoxdur. Süni dadlandırıcı isə heç yoxdur! 
3. Yarım stəkan meyvə suyu və yarım stəkan soda ilə ləziz bir nəticə əldə edə bilərsiniz. Bu əslində bir daşla iki quş vurmaq kimidir. Hazırladığınız içki həm sevdiyiniz meyvənin aromasını daşıyar, həm də fərqli faydaları olan sodanı pəhrizinizə daxil etmiş olarsınız (Bu düsturu ayran ilə də təcrübə edə bilərsiniz. Yarım stəkan ayran və yarım stəkan soda birlikdə möcüzələr yaradar). 
4. Bitki mənşəli çayların pəhriz proqramlarında köməyini bilirsiniz. Yaxşı, çayınızı buzlu içməyi sınadınızmı? Xüsusilə sitrus, limon və digər sitrus bitkiləri ehtiva edən bitki mənşəli çay qarışıqları pəhriz içkilərinə və bir çoxumuzun asanca məğlub düşdüyü kolalı içkilərə möcüzəvi bir alternativdir.
Pəhriz içkilərinin zərəri
Kolalı içkilər pəhriz proqramınızı təhdid edir və bu mövzuda siz tək deyilsiniz. Bu içkilərə olan asılılıq hər gün artır. Bununla mübarizə aparmağın ən təsirli üsulları isə yuxarıdakı 4 variantdır. 
Arıqlama pəhrizləri bir neçə sadə qayda üzərindnə qurulub və qısacası, bu qaydaya da əməl etməyəcəyiksə, heç pəhriz saxlamasaq, daha yaxşıdır.
Yaddan çıxartmayın ki, pəhriz içkiləri əsla arıqlamaq üsulları arasında deyil.
Səslərin sayı: 7
26
4149
loading...
Şərhlər
Offline
Fatma xanım
Dəniz84,
Mən də onlardan içdim mədəm ağrıdı həkim indi qoymur
18 aprel 2016 17:40
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
. : . Sonta_Xatun . : .
Tamamile dogrudur,men de bu caylarin eleyhineyem. En effektli ariqlama üsulu SASSİ suyudur
15 aprel 2016 21:37
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
O xanım modnisa bir xanımdır, di gəl ürəyi nə istəsə yeyir arıqlayır, onu görəndə əsəbləşirəm. biggrin
15 aprel 2016 16:14
Offline
Xəyalə Murad
Qohumlarımızdan bir xanım var, kola içdikcə arıqlayır.

Kolanın zərərindən bütün həkimlər danışır. O xanım niyə blə risk edir?
15 aprel 2016 10:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Mən 1 litr suya limon, yaşıl çay darçın və zəncəfil dəmləyib içirəm. Əla effekti var.
14 aprel 2016 21:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Qohumlarımızdan bir xanım var, kola içdikcə arıqlayır. laughing
14 aprel 2016 20:06
Offline
gunay
MARAQLI XEBERDI TESEKURLER SIZE.
13 aprel 2015 09:53
Offline
S.S.E.
Arıqlama pəhrizləri bir neçə sadə
qayda üzərindnə qurulub və
qısacası, bu qaydaya da əməl
etməyəcəyiksə, heç pəhriz
saxlamasaq, daha yaxşıdır.
Yaddan çıxartmayın ki, pəhriz
içkiləri əsla arıqlamaq üsulları
arasında deyil.
21 fevral 2015 16:56
Offline
Руслан Абилов
Hem ariqladir hemde vitamindi
8 fevral 2015 18:59
Offline
Wirin Qiz
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk
18 yanvar 2015 16:51
Offline
איסון ממדוב.
ELVIDAAAAAAAAAAAAA,
give_ros
28 oktyabr 2014 08:47
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
zara
MARAQLI XEBERDI TESEKURLER
2 oktyabr 2014 21:42
Offline
11 sentyabr 2014 23:01
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Qizil Gul
Maraqlı xəbər üçün təşəkkür canim
7 sentyabr 2014 13:08
Offline
איסון ממדוב.
Arzularin_Limani., give_ros
•●Narın●•,
give_ros
21 avqust 2014 20:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Narin...
Şükür hər şey qaydasındadır məndə, incə-mincə qızam. biggrin Heç vaxt istifadə etməmişəm pəhriz içkilərindən. Çox sağ ol Aysun canım gözəl xəbər üçün. kiss
19 avqust 2014 13:44
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Arzularin_Limani.
Men hec vaxt bele ickilerden icmemiwem.Hemiwede bu ickilerin ne qeder zererli oldugu haqda ewidmiwem.sizde cox sagolun Aysun xanim bizi melumatlandirirsiz.
17 avqust 2014 23:22
Offline
איסון ממדוב.
Q,
Ellada Babayeva,
PrOsTa NeRgIz ♥♥♥,
nigar dadasova,
Gulum,
S.N.,
Zehra.,
Fatma xanım,
Cox saqolun xanimlar
17 avqust 2014 17:56
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Qəribə
Cox saq ol,Aysun bacim. Xəbər üçün təşəkkürlər meleyim. kiss
17 avqust 2014 15:47
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Arıqlamaq üçün tətbiq etdiyiniz proqram hansı olursa, olsun, pəhrizli içkilərdən qətiliklə istifadə etməyin.

Mən nanə dəmlənmiş içirəm,ya çaya qatıram.Paket şəklində istifadə edirəm.Hər şey qədərində gözəldir.Pəhrizə aid olan çaylar,içkilər bir şeyə xeyir edir digərini korlayır.
17 avqust 2014 14:46
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır