Məlumdur ki, bütün dərketmə məqamlarının bədii əksi psixoloji düşüncədə bu dövrün folklor yaradıcılığının başlanğıc nümunələri olan erkən bədii paradiqmalarda–ruh, röya, eymənmə, ürəyədamma, gözəgörünmə, qarabasma, göstərmə kimi bədii düşüncə modellərində özünü göstərir. Onların sözə, bədii təhkiyəyə çevrilməsi psixoloji dərketmələrin düşüncədə söz yaratma prosesi ilə əlaqədar olub, insanın gərgin silsilə psixoloji durumu, daha konkret desək, real həyat həqiqətlərinə söykənən qorxu, vahimə yaradan ilkin hıçqırıqları, fəryadları, çağırışları,“eheləri, ohoları” və müxtəlif nidaları ilə bağlıdır. Etnopsixoloji düşüncənin belə reallıqları əks etdirən fenomenal paradiqmalarından biri röya-yuxudur. Yuxunun məzmunu yalnız nəql edildikdən, söylənildikdən sonra açıqlanır, müəyyənləşir. Son vaxtlarda yuxunu öyrənən istiqamətlər içərisində folklorşünaslıq ön mövqeyə keçməkdədir. Yuxu uzun müddət folklor yaradıcılığından kənarda qalsa da, özünəməxsus toplanma, yazıya alınma və nəhayət nəşr tarixi vardır. Ancaq Avropada yuxuyozmalar, eləcə də psixoloji dərketmə nümunələri olan digər paradiqmaların folklorşünaslıqla bağlı Р°rР°şdırmalara cəlb edilməsi uğurlu tədqiqat istiРіР°mətlərindən biri kimi çoxdan öyrənilməkdədir. Yuxu uzun yüzilliklər ərzində cəmiyyət içərisində dərkedilməz həqiqət, fövqəlbəşər qüvvənin insana göstərdiyi möcüzə, mahiyyəti anlaşılmayan xülya və s. kimi qəbul edilmişdir. Ancaq yuxuda görünənlərin insan həyatı və məişətində fenomenal görüntüsü üzə çıxdıqca, onun keçmişindəki bir çox xatirələrin təkrarı, yaxud gələcəkdə insan çevrəsində baş verəcək hadisələrlə bağlılığı müəyyənləşdikcə, insanlar yuxunun informatik mahiyyətini dərk etdikcə, onları sistemləşdirib sınaqdan keçirdikcə fenomenal düşüncəyə münasibət dəyişmiş, yuxuları insana uğur və uğursuzluqlar gətirən məlumat toplumları kimi qəbul etmişlər. Ona görə də yuxuları mövzu və məzmun çevrəsinə görə qruplaşdırmış və həftənin günlərini görülən yaxşı və pis yuxulara görə dəyərləndirmişlər.
Yuxu ilə bağlı Aristotelin, Hippokratın və Şərq müdriklərinin də dəyərli fikirləri vardır. Onların fikrincə, bir sıra xəstəliklərin müəyyənləşdirilməsində yuxunun böyük rolu olduğu kimi, onların müalicəsində də yuxunun, xüsusilə hipnozla yuxulatmağın əhəmiyyəti inkaredilməzdir. Hətta sonrakı mərhələlərdə də hipnoz müalicə metodlarından biri kimi təbabətdə geniş tətbiq edilmiş, bu günün özündə belə istifadədən çıxarılmamışdır.
Yuxu həqiqətlərini müəyyən etmək, əslində yuxu fenomenini açmaq istəyi qarşısında aciz insanın Рѕnu daim özünün diqqət mərkəzində saxlamasına səbəb olmuşdur. Yaranıb yüksəldiyi zamandan yuxuya birmənalı münasibət olmamışdır. Bəziləri onu uydurma, xəyal hesab etmiş, bir başqaları isə onu öncəgörməlik, fövqəlbəşər görüşlərlə bağlayıb, peyğəmbərliklə əlaqələndirmiş, yuxunun insanın real həyatı, istəyi, təbiəti, dünyanı dərk etmə prosesləri ilə bağlılığı mülahizələrini təkzib etmişlər. Ancaq bütün bu yanaşmalara baxmayaraq yuxu insan həyatının psixoloji durumunu müəyyən edən bədii düşüncə paradiqmaları kimi folklor yaradıcılığında geniş çalarlarda yaşamış, daha mükəmməl halda folklorlaşıb–butalanmaq, vergilənmək, öncəgörmək modellərini yaratmışdır.
Zaman keçdikcə yuxunu öyrənən elm sahələrinin çevrəsi də genişlənmişdir. Onu təkcə astrologiya, astronomiya, həndəsə, teologiya, ilahiyyat elmləri sinkretizmində öyrənmək yox, həm də mifologiya, etnologiya və müasir mərhələdə isə folklorşünaslığın sinkretizmində araşdırmaq zərurəti meydana çıxmışdır. Ancaq ilkin mərhələdə yuxunun açıqlanmasında mənəvi metodlar öz üstün mövqeyini qoruyub saxlaya bilmişdir. Onlardan bir neçəsini xatırlatmaq yerinə düşər.
Birincisi, əvvəl yuxu yozmaları qədim dünyanın fal kitabları əsasında yozulmuşdur. Bu metoddan qədimlərdə şahların, hökmdarların gördükləri yuxuların yozulmasında daha çox istifadə edilmişdir. Məsələn, bir padşah yuxuda görür ki, ölkədə çoban ailəsində, yaxud saraya yaxın adamların ailəsində bir uşaq dünyaya gəlib böyüyərək onun taxtını əlindən alır, ölkədə hökmdar olur. Padşah uşağın öldürülməsinə fərman verir. Bəzən təsadüf üzündən sağ qalan uşaq qəhrəman kimi böyüyür, həqiqətən, ölkədə taxt-tac sahibi olur. Yaxud Muhəmməd Peyğəmbərə (s.a.s) peyğəmbərlik verilməsi də irəlicədən yuxu vasitəsilə cəmiyyətə ünvanlanmışdır (5, СЃ. 33). Belə yuxular barədə məlumatlara dini kitablarda və risalələrdə, tarix kitablarında, dünya xalqlarının müxtəlif yuxu kataloqlarında, veb səhifələrində tez-tez rast gəlmək mümkündür.
İkincisi, yenə şahların, hökmdarların onları gözləyən təhlükə, qəsd, xəyanətlər barədə yuxuda xəbərdar edilməsi və onların zərərsizləşdirilməsidir. Yaxud şahlar yuxuda dişinin, gözünün çıxarılmasını, qılıncının divarda, ya belində titrədiyini görməsi nəticəsində xəbərdar olub təhlükəni aradan qaldıra bilir. Belə yuxuların yozumunun açılmasına dünya xalqlarının folklorunda, xüsusilə nağıl və dastan yaradıcılığında tez-tez təsadüf edilir.
Üçüncüsü, yuxuda aşiq və məşuqlara buta verilməsi, onların bir-birini axtarmaq üçün yola düşməsidir. Türk xalqlarının məhəbbət dastanlarında bu ənənə xüsusilə geniş yayılmışdır. Belə yuxuların açıqlanmasına qədim yunan eposu və Avropa xalqlarının Рµpik yaradıcılığında da nəzərə çarpır.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
XƏBƏR LENTİ
1,5 milyonluq mirasını itə vəsiyyət etdi
Kirli ticarət məktəbli çantalarını necə şişirir?
Közərmiş bibərli toyuq dolma ( foto resept)
2019 Çanta Dəbi
Praktik bilgilər
Şənbə və bazar günləri taksilər işləyəcək
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Bu günün hava proqnozu
HAVA necə olacaq?- 26 fevral
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
Şişkinlik ciddi xəstəliklərdən xəbər verir
Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Qışa belə hazırlaşırıq
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Günümüzün xəstəliyi fibromiyalji sindromu
80 miqrant Aralıq dənizində boğularaq öldü
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
25 il Laçınsız...
BMT dünya ölkələrinə çağırış etdi
Sabahın HAVAsı
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Beyin haqqında bilmədiklərimiz
Qripdən qorunmaq üçün nə yeməliyik?
Sabah yağış yağacaq
Şokoladlı keks (foto resept)
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
Böyük Sülh Sazişinə hazırıq
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Cəlilabadda 11 yaşlı operator var
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Estetik əməliyyatlarda ən çox edilən 5 səhv
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
WhatsApp‍-da növbəti fırıldaq
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
İrem Derici 40 kq arıqlayıb-FOTO
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Xarabalıqları fantastik dünyaya çevirən
65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Sobada küftə (foto-resept)
Kökəlmək istəmirsinizsə, vaxtında yatın!
Yuxudan tez oyanmaq sağlamlıq üçün zərərlidir
- ŞƏRHLƏR