Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax 23 fevral 16:46Surayye Sima Peri Deyirem day unutmusuz meni yazib elemirsiz 23 fevral 16:46Surayye Qizlarim qizillarim necesiz? Ayla mesajlara baxarsan
39991

Talehin taleyi...(Beşinci hissə)

Talehin taleyi...(Beşinci hissə)


 

Ərinin qırxı çıxandan bir həftə sonra Zemfira Talehlə danışmaq, onun gələcək haqda fikirlərini öyrənmək üçün münasib vaxtı gözləyirdi.Bu gün səhərdən bəri oğlunun halında bir dəyişiklik hiss olunrdu.Ya səbəbsiz tez-tez anasını qucaqlayıb öpür, ya da zümzümə edə-edə həyətdə gəzişirdi.Hərdənbir də Sevdagilin həyətinə boylanırdı.”Bəlkə Taleh artıq öz yarını tapmışdı?O Sevdanı sevir?Ola bilməz.Axı Sevda indi çox dəyişib.Həm də oxumuş qızdır.Yəqin ki, çoxdan qəlbini şəhərdə kiməsə verib.Düzdür, onun kimi bir  gəlinim olmasını çox istərdim.Amma..Nə bilim..Ürəyə hökm etmək olmaz.”

Əvvəlcə süfrəyə mixəkli çay gətirib ətrafına da  şirniyyat, mürəbbə, limon düzdü.Talehin ən çox xoşladığı şirniyyat –paxlava idi.Adətən bayramlarda bişirsə də, indi oğlu üçün şirniyyatlardan əlavə paxlava da bişirmişdi.

-Gəl, əyləş, oğlum.Çoxdandır üz-üzə,ana-bala söhbət etməmişik.

-Bu gün bayramdır?Bu qədər şirniyyatlari kimin üçün hazırlamısan?Qonağımız olacaq?

-Səndən əziz kim ola bilər ki, mənə?Bunlar hamısı sənin üçündür mənim balam.Sən  əsgərlikdə olanda heç bayramlarda da paxlava bişirmədim.Sənsiz  boğazımdan  keçməzdi.Hər gün Allaha yalvarırdım, səni mənə sağ-salamat qaytarsın, qulluğunda duracam.

-Artıq burdayam, sənin yanında.Heç yerə də getmək fikrim yoxdur.Elə bilirsən mən orda az darıxırdım?Sizin həsrətinizi az çəkmişdim?Mən də özümə söz verdim ki, qayıdandan sonra bir daha sizi tək buraxmayacam, həmişə yanınızda olacam...

Zemfiranin əlli beş yaşı vardi.Tez ailə qursa da uzun müddət uşaqları olmamışdı.Taleh dünyaya gələndən sonra məlum oldu ki, bu onlarin yeganə övladi olacaq, Zemfira daha ana ola bilməyəcəkdi..” Buna da şükür “ deyib həyatına davam etsə də çox fikircil qadin idi.Hər şeyi ürəyinə salandi.Öz dərdi qalırdı, qonşuda, hətta televizorda bir qəmli hadisə haqda eşitsəydi bütün gün onu fikirləşər, əlindən bir kömək gələ bilmədiyinə görə üzülərdi.Elə buna görə də saçları vaxtından çox əvvəl ağarmağa başlamışdı.Indi ən böyük arzusu evinə gəlin gətirmək, sağlığında nəvə görmək idi.Bu niyyətini oğluna necə deməyi düşünür, gözləri bir nöqtəyə dikilmiş , söhbətə hardan başlayacagını götür-qoy edirdi.

Anası kimi həssas olan Taleh özü sözə başladı:

-Hə, ana eşidirəm.Sözlü adama oxşayırsan.Ürəyini boşalt.Nə varsa de gəlsin-gülə-gülə dedi.

-Ay oğul, yaşın çox olmasa da tay-tuşlarından evlənənlər var artıq.Mən ancaq səninçün yaşayıram.Bundan sonra da sənə, balalarına qulluq etməklə ömrümü başa vurmaq istəyirəm.Ürəyə söz keçirmək olmur, bilirəm.Mən də sənə “Mənim istədiyimlə evlənməlisən” demirəm.Kimi ürəyin tutubsa de, gedib istəyim səninçün.

Anasının sözlərindən utansa da Taleh bu təklifi gözləyirdi.Cavab verməyə tələsmədi.Əslində anasının arzusunu gerçəkləşdirmək bu dəqiqə onun da ən boyuk arzusu idi.Kaş ki, atası sağ olaydı.Kaş ki, bu maddi çətinliklər onun çiyinlərinə yüklənməsəydi.Evlənən, artıq ata olan sinif yoldaşları Salehlə Ikram kimi ata-ana köməyi və xeyir-duasıyla, el adətiylə ailə qura biləydi.Ehh..Bunlar indi ancaq xəyallarda ola bilər.Bu xəyallar çətin ki, nə zamansa gerçəkləşə.Gerçəkləşsə belə bu, çox zaman alacaqdı.

-Ana, mən demirəm ki, mənim evlənmək yaşım deyil.Səni də başa düşürəm.Bütün gün evdə tək qalmaqdan darıxırsan..Amma indiki vəziyyətdə yeni həyata başlaya bilmərəm.Buna hazır deyiləm hələ.Gərək əvvəlcə özümə daimi iş tapım.

Ana ilə oğulun “ evlilik” barədə söhbəti burdaca bitdi.Daha heç biri bu mövzuya qayıtmadı...

...Talehə verilən möhlətin bitməsinə çox az vaxt qalırdı.Iki aya yaxın zaman keçsə də o hələ bir manat da artıra bilməmişdi.Bir neçə dəfə iş yeri dəyişmişdi.Hamsında da zəhmət haqqı qane etmədiyinə görə.Yük daşımaqdan lotoreya biletleri satışına qədər bir çox işlərdə çalışmış, qazandığısa gündəlik ərzaqlara güclə çatırdı.Belə işlərdə ancaq acından  ölməmək üçün çalışırdılar.

Yenə şəhərə iş axtarmağa gedir.Avtobusda arxa oturacaqda pəncərə tərəfdə oturub fikrə getmişdi.Məktəbdə də həmişə pəncərə tərəfdə oturmaği xoşlayırdı.Pəncərədən baxa-baxa öz dünyasına qapılardı.Indi də eləcə pəncərədən baxa-baxa heç olmasa xəyallarında bu problemlərindən uzaq olmağa çalışırdı.Onu fikirdən radionun səsi ayırdı.Lirik musiqi parçasından sonra radiodaki aparici qızın bu günkü günün tarixçəsi haqda məlumatlarını dinlədi.Sən demə bu gün Valentin günü imiş.Kecmiş zamanda Roma legionerlərinə evlənmək qadağan olunmasına baxmayaraq Valentin adlı bir keşiş  sevənlərə gizli nikah kəsdiyi üçün həbsə məhkum edilir, az sonrasa işgəncələrlə edam edilir.Amma edamdan əvvəl elə həbsxanada öz sevgisini tapır.Məhbus yoldaşlarından birinin qızını sevir.Sevgisini tapır və bu sevgiylə də dünyadan köçür.Ölümündən çox keçsə də bu gün də Valentinin adı “Sevgi” adıyla qoşa çəkilir.Aparici qız sonda üzünü onun kimi sevgisini gizli saxlayanlara tutub dedi:”Tələsin, sevginizi etiraf etməyə.Yoxsa gecikərsiniz.Bu gün kimsə sizi qabaqlaya bilər.”

Taleh məktəbdə oxuyan dövrdə belə bayram yox idi.Xoşuna gəldi.Həqiqətən də onun kimi utancaqların işinə ”yarayan” bayramdır.Belə çıxır ki, sevgisini dillə deyə bilməyənlər məhz Valentin günündə sevdiyinə hədiyyə etsələr bu o demekdir ki:”Səni sevirəm”?Nə maraqlı etirafdır.Aparıcı qızın  son sözlərini xatırladı:”Yoxsa gecikərsiniz..Kimsə sizi qabaqlaya bilər.” “Yox!Gecikmek olmaz!Cəhənnəm olsun iş.Sevdanin dərsdən gəlməyini də gözləməyəcəm.Elə universitetə gedib onu gəzməyə dəvət edər, birlikdə evə qayıdarıq.Bəs hədiyyə nə alım?”Indiyədək ancaq ata-anasına hədiyyə  seçmişdi Taleh.Atasına köynək, qalstuk, anasına şal, zərli yaylıq və ya sadəcə istədiyi parçani alardı ki, özü nə istəsə tikdirsin.Məktəbdəsə hər il  8 martda oğlanlarla bir yerdə pul yığıb qızlara eyni hədiyyə alırdılar.Pul versə də hədiyyə seçiminə qarışmırdı.

Avtobus şəhərə çatdı.Indi onu iş yox, yalnız Sevda ilə görüşü maraqlandırırdı.Indi diqqət etdi:Ətrafda bütün gənclərin üzündə təbəssüm, səmimiyyət, sevinc, bir çoxlarının əlindəsə qırmızı qızılgüllər gördü.Oyuncaq alanlar da vardı.Əlbəttə ki, kimin imkanı nəyə çatır..Onun imkani indi bircə qızılgülə catardı.Sevdanı yaxşı tanıyır.Bilirdi ki, onunçün hədiyyənin qiyməti önəmli deyil.Gözəl olduğu qədər də ağıllı, anlayışlı qız idi Sevda...

Nəhayət həmin gün cəsarətini toplayıb Sevdaya qəlbini aça bildi.O yanılmamışdı:Sevda da onu sevirdi.Taleh çox xoşbəxt idi.Bütün problemlərini unutmuşdu.Onun gözlərinə bir dəfə baxan hər kəs gözlərindəki sevgini görə bilərdi..

Belə xoşbəxt günlərin birində qəfil zəng hər şeyi dəyişdi.Zəng edən Sahib idi...

Səslərin sayı: 14
49
4994
loading...
Şərhlər
Offline
Ulker.Agamali
Heyat acimasizdir beli basini tekce Sevdaya qatmaq lazim deyildi
14 dekabr 2014 16:54
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Kemale Memmedova
hamini bir gunde oxuyacam.
2 dekabr 2012 23:38
Offline
Pervane
Sitat: Fatma

axıxrı olub ki hamısını oxu


Bilirem eee,sadece vaxtim olmadigi ucun oxumamisdim,indi oxuyub qurtardim
22 mart 2011 14:26
Offline
Fatma xanım
Sitat: Pervane?kimyaci
Insallah axiri yaxsi biter....

axıxrı olub ki hamısını oxu
22 mart 2011 14:12
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Pervane
Insallah axiri yaxsi biter....
22 mart 2011 14:04
Offline
mukkuni
nece vaxt idi sayta gire bilmirdim. bu zaman erzinde artiq 2 hisse efire gedibmiş. kaş sonu da bele yaxsi qurtaraydi
22 fevral 2011 17:28
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
18 fevral 2011 16:32
Offline
vesna
oxudum maraqlidir her hefte sebirsizlikle gozleyirem yazan elleriniz var olsun
18 fevral 2011 09:18
Offline
Gulshen_q
Luna,
Hekayənin 6-cı və 7-ci hissəsini birləşdirdim.Bu gün dərc olunacaq yəqin ki.Sonuncu 7-ci hissə isə 1-c gün, inşaallah.
17 fevral 2011 11:35
Offline
Luna
birce axirinin nece qurtaracagini bilseydimm lap ureyim partdadiki davami tez olsundaaa zehmet olmazsa feel
16 fevral 2011 17:13
Offline
B.Ulviyye
Gulşen_q,
Bu hissənidə oxudum ,davamı sebirsizliklə gözləyirəm .Məndə deyirəm niyə << Fevral ayındakı bayramlar və tarixi günlər >>də valintin gününə böyük yer ayırmısan wink
15 fevral 2011 22:13
Offline
Naza
Sitat: Gulşen_q
Türmə şəkli elə-belədi.Başqa şəkil tapmamışdıq onda.))Türmə olmayacaq.

wink ))))) Allah səni güldürsün!
15 fevral 2011 17:36
Offline
Zeriş
bu axiri catana qeder ureyimiz partlayacaq
15 fevral 2011 16:31
Offline
Gulshen_q
Ayka 87,
Çalışaram..Amma 100 faiz söz vermirəm.Çatdıra bilib yazsam sizdən çox mənim canım qurtarardı))
15 fevral 2011 16:26
Offline
AyKa 87
Ay Gulsen xanim ne olar novbeti defe hamisini yazinda axi ureyimiz partdadi axi
15 fevral 2011 16:16
Offline
NAZRIN
her oxuyanda fikrim qalir ki,ardi nece oldu:)
teze yadimdan cixmaga başlayir ki,ardini catdirirsiniz smile maraqlidir sebirle ve maraqla ardini gozleyirem.yazan elleriniz yorulmasin... winked
15 fevral 2011 01:31
Offline
Gulshen_q
Nazuletta,
Türmə şəkli elə-belədi.Başqa şəkil tapmamışdıq onda.))Türmə olmayacaq.
14 fevral 2011 21:40
Offline
Naza
Gulşen_q,
Həəə, əvvəl qeyd etidiym kimi, yəqin kriminal olacaq və bu işdən ötəri türməyə düşəcək wink
14 fevral 2011 21:27
Offline
Gulshen_q
Nazuletta,
Sənin xətrinə deyərəm))
Gələn bölümdə-Nə sevgi, nə xatirələr olmayacaq..Sahib ona iş təklif edir.Işinin adı-Cangüdən olmaq olsa da dəqiq bilinmir.Qaranlıq işlərdi nəsə..
Indi rahat oldun?))
14 fevral 2011 20:09
Offline
Naza
Türklər demişkən, bölüm fraqmanları olmayacaq gələn dəfə nə olacağını az da olsa bilək? wink
14 fevral 2011 20:04
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )