Eşq (Aşk)
Yaradanın göydə, yüksəkdə bir yerdə olduğunu düşünürlər. Bəziləri də Onu Məkkədə, Mədinədə axtarar ya da məhəllə məscidində! Allah bir məkana sığarmı? Nə qafillik! O tək bir yerdədir ancaq; aşiqlərin könüllərindədir.
***
Haqq aşiqlərinə nə Cəhənnəmdə əzab çəkmək qorxusu, nə Cənnətdə mükafatlandırma arzusu rəhbərlik edər. Onlar sonsuz bir Lədün (Allah tərəfindən insan könlünə atılan ilahi bilik, sirrli elm mənasındadır) dənizində üzərlər.
***
Bu qədər gec verdiyin eşqi, belə tezmi alacaqsan əlimdən? Ədalətli deyil bu etdiyin. Ya heç verməsəydin, daddırmasaydın mənə eşqi ya da izn versəydin doya-doya yaşayardım...
Məhrəm (Mahrem)
Ağlın tərkibilə eşqin tərkibi başqadır. Ağıl təmkinlidir. Qorxa-qorxa atar addımların “Aman, özünü qoru!” deyərək tənbeh edər. Halbuki, eşq elədirmi? Onun tək dediyi “Tutma özünü, irəli!”
Eşq (Aşk)
Bu dünyadakı qarşıdurmaların, ön mühakimənin və ədavətin çoxu dildən qaynaqlanır. Sən sən ol, sözlərlə çox oynama. Eşq diyarında onsuz da dil hökmünü itirir. Aşiq dilsiz olur.
Eşq (Aşk)
... Çünki eşq qarşılıqlı parçalanmaq deməkdir.
Məd-Cəzir (Med-Cezir)
Eşq öz-özünə bir dünyadır. Ya tam ortasında, mərkəzində ya da qırağındasan həsrətinə.
Eşq (Aşk)
Sən özünü kiçik zənn edərsən. Halbuki, ən böyük aləm səndə cəm olmuşdur. Bunu bizə ebru pıçıldar. Bir tək nöqtə, ən incə fırçanın ucuyla suya buraxılan kiçicik bir nöqtə dəyişərək olur ümman-ı dərya. Yayılır, qıvrılır, dolanbac kimi dolanır. Qətrəyik aləmdə, lakin unutma ki, tək bir nöqtə bütün sirrləri içində saxlayar.
Pünhan (Pinhan)
Kim oluruqsa, olaq, dünyanın hansı yerində yaşayırıqsa, yaşayaq, lap dərinlərdə bir yerdə hamımız bir əskiklik hissi daşıyırıq. Sanki əzəl bir şeyi itirmişik də geri almaqdan qorxuruq. Nəyin əskik olduğunu bilənimiz isə həqiqətən, çox azdır.
Eşq (Aşk)
İnsan ilk dəfə gördüyü birinə ilk dəfə görürmüş kimi baxmalıdır. Daha əvvəl gördüklərinə baxar kimi deyil, yəni hər yeni insan müəmma deməkdir; bilinməyən bir şeylər var orda, yeni yeriməyə başlayan körpələr bunu bilir. Beləcə hər şeyə heyrət içində baxarlar.
Şəhərin aynaları (Şehrin aynaları)
Dərviş dedi ki: “Bütün kainat bütün layları və qarışıqlıqı ilə insanın içində gizlənmişdir. Şeytan ətrafımızda bizi aldatmağı gözləyən qorxunc bir məxluq deyil, şəxsən içimizdə bir səsdir. Şeytanı ətrafında, başqalarında deyil, özündə axtar və unutma ki, nəfsini bilən Rəbbini bilər, başqalarıyla deyil, sadəcə özü ilə mübarizə edən insan axırda mükafat olaraq Yaradanı tanıyar."
Eşq (Aşk)
Doğum qəbul edən bilir ki, sancı çəkilmədən doğum olmaz, ana bətnində uşağa yol açılmaz. Səndən yepyeni və təzə-tər bir “sən” zühur edə bilməsi üçün çətinliklərə , ağrılara hazır olmalısan.
***
Heç kim həmişə qüdrətli yaxud həmişə çarəsiz olmazdı. Yüksəkdən uçanların boyun əydiyi, alçaqdan qanad çırpanların ildırım sürətilə səmanın dərinliklərində gözdən itdiyi zamanlar, şübhəsiz ki, vardır. Ən cəsur insanın belə bir an gəlir ki, qorxudan dizlərinin düyünləri açılırdı. Ən qorxaq insanın eşqə gəldiyi bir an olduğu kimi... Kimsə tamamilə yaxşı ya da tamamilə pis deyildir. Hər qaranın içində bir damla da olsa ağ, hər ağın içində bir damla da olsa qara vardır.
Pünhan (Pinhan)
“Qəhvə falında çox şübhəcil bir qadın görürəm“, dedi falçı. “Anamdır”, deyə cavab verdi içini çəkərək.
Ata və bic (Baba ve piç)
Bir də baxardım ki, səpilmişəm o yana, bu yana, əyilib tək-tək toplardım parçalarımı, amma hər zaman dağılanlar topladıqlarımdan artıq çıxardı. Nə qədər diqqət edirsəm də, edim, daim bir şeylər qalırdı geridə, bir şeylər həmişə yarım, həmişə müvəqqəti, həmişə əskik...
Məhrəm (Mahrem)
Bu dünyada hər kəs bir şey olmağa çalışarkən, sən “heç” ol. Mənzilin yoxluq olsun, insanın saxsıdan fərqi olmamalıdır. Necə ki, saxsı qabı tutan çölündəki biçim deyil, içindəki boşluqdur, eləcə də insanı ayaqda saxlayan mənlik zənni deyil, heçlik şüurudur.
Eşq (Aşk)
Əriyirdi günbəgün. Şam ömrünü daha tez bitirmək üçün inadla girirdi bildiyi istiliklərə. Bilə-bilə yanlış sevdalara sürüklənirdi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
CƏMİYYƏT Boğaz ağrısından qurtulmaq üçün SADƏ RESEPT
Rihanna son halı ilə sevənlərini qorxutdu - FOTO
Hamiləlik zamanı necə oturmalı və yatmalı?
Azərbaycanda daha bir telekanalın yayımı dayandırıldı
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Nə üçün ölümdən qorxuruq?
Gözəl görünüşlü boyunbağılar
Günün ulduz falı - 18.08.2013
“Dünya gözəli” yarışmasının qalibi 14 uğursuz hamiləlikdən sonra əkiz uşaq dünyaya gətirdi
Rusiya matəmə qərq oldu
Droqba hələlik bitdi
Separatçı rejimin “rəhbəri”nin yalvarışı: “Gəlin, son dəfə Şuşa üçün birləşək”
132 uşağı onlar öldürdülər
Gül mağazalarında canlanma var
Sezonun ən iddialı trendi: Qabarıq qollar
İstilik sistemləri niyə işə salınmır?
Madonnanın gözəllik sirləri
TQDK keçid ballarını AÇIQLADI
DİN-dən əhaliyə ÇAĞIRIŞ
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
İçi də, xarici də vitamin anbarı-limon
"Arı yuvası" tortu (foto resept)
Almalı-qozlu rulet (foto resept)
Heydər Əliyev Mərkəzində sərginin açılışında Leyla Əliyeva iştirak edib
Onlar canlı deyil
Hamama getmək ömrü uzadır.
Türkiyənin məşhurları Azərbaycan xalqına başsağlığı verdilər-VİDEO
Bacılar 4 il KİŞİ kimi geyinib dəllək işlədilər-FOTO
Gözəl geyim və aksessuarlar
Yüksək təzyiqin zərərləri nədir?
Dəridəki məsamələri sıxlaşdıran çiyələk maskası
COVID-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Nazirlik rəsmisi qaydaları AÇIQLADI
Azərbaycanda 12 illik orta təhsilə hansı tədris ilindən keçiləcək?
Arıqladan ədviyyatlar
Çox istəyirəm…
Ləzzətli toyuq (foto resept)
Serenaydan sevənlərinə pis xəbər
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
Anemiya olan xəstələrdə qidalanma
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
Çimərliklərə axın başlayıb
Mətbəx qablarının təmizliyi
Rusiya tarixində bir ilk
Düşmən cəbhə xəttində atəşkəsi 23 dəfə pozdu
Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib - FOTO
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Dəmir yolu işçilərinin peşə bayramıdır
Bu da kəndlərimizin yeni adları
General Motors qadına tapşırıldı
Atmosferdəki həssas tarazlıqlar
- ŞƏRHLƏR