Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub.ANS TV-nin məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatdığını və onun Rusiyanın köməyilə tez bir zamanda həll edilməsini hesab edir. 3 tərəfli görüşdə bu bəyanatla çıxış edən Rusiya
prezidenti Vladimir Putin deyib ki, İrəvan və Bakıda problemin həlli üçün sağlam iradə mövcuddur:“Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur. Əgər ürəkdən istək olsa, dondurulmuş bu problemi də yerindən tərpədib həll etmək olar. Bunun üçün istər Azərbaycan, istərsə də Ermənistan xalqının istəyi olmalıdır”.Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı həmkarına müraciət edərək deyib ki, bu məsələ həddən artıq uzanıb, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, danışıqların formatı və həlli üçün hüquqi baza mövcuddur: “Düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, qonşumuz və müttəfiqimiz olaraq bu prosesdə xüsusi rol oynayır və yaxın vaxtlarda bu problemin sülh yolu ilə həllinə nail olacağımıza ümid edirəm. Həll variantı beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə olmalıdır”.Ermənistan prezidenti Serj Sarkisyan bu dəfə də beynəlxalq hüququ pozduqlarını ört-basdır etmək istəyib. O, münaqişənin kopmromis yolu ilə ATƏT-in Mİnsk qrupunun həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında həll edilməli olduğunu desə də, Azərbaycan tərəfini ittiham etməkdən çəkinməyib: "Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq”.Rusiya dövlət başçısı son olaraq münaqişənin həllində beynəlxalq əməkdaşlığı alqışladığını və məsələnin sülh yolu ilə tezliklə həll ediləcəyinə dəstək verməkdə davam edəcəyini əlavə edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı
Əllər üçün maskalar
Pike Etirafı ilə Gündəmdədir
MTN-nin birinci müavini velosiped yürüşündə
55 yaşlı Sedanın makiyajsız fotosuna tərif yağdı
Dünya tarixində ən varlı adamının adı açıqlandı
İştahsız uşaqlara maraqlı yeməklər
Dəbli ayaqqabı modelləri
Paytaxtda asfalt yeyənlər
Vanqadan dəhşətli proqnoz
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Qırışlar haqqında bilmədiyiniz məlumatlar
Qadınlar üçün mükəmməl fitness proqramı
Güllərin rənginə görə mənası
Onlar necə məşhur oldu?
İnternet liderliyini ələ keçirdi
Buğa bürcü qadını
Bürclərinə görə gəlinlər
İlham Əliyev qiymətləri süni artıranları hədələdi
Vəhşi təbiətin yırtıcı gözəlləri
İspanaqlı makaron (foto resept)
Saçları nəmləndirən maska
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi
Doğru müddətli yatma arıqladır
Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib
"G" və "H" hərfləri ilə başlayan adların mənası
Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi
Bədənə görə şalvar seçimi
HAVA necə olacaq?-14 İyul
Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO
Fındıq əzməli peçenye (foto resept)
Özünü təmir edən orqan-Qaraciyər
Kişilər üçün estetik təqvimi
Sabah qar qayıdır
Ən sürətli internet haradadır?
Romantik yataq otağı mebelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-75
Ali Sunaldan təsirli -FOTO
Bakıda metro fəaliyyətini bərpa edir? - RƏSMİ
Manatın MƏZƏNNƏSİ
Dodaqlara qulluq üçün maskalar
Neftçi" Avropa Liqasında!
Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Ramazan ayının 11-ci gününün duası - İmsak və iftar vaxtı
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
Mətbəx mebelləri
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (3)
“Azərsu”dan smart-kart açıqlaması
Günün ulduz falı
Bu yerlərdə şəkil çəkdirmək qadağandır!
- ŞƏRHLƏR