Bakıda hava 16°
USD AZN
EUR AZN

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1

G.....m

Sizləri yaradan Allahı nə qədər tanıyırsız? Sual çox düşündürücüdür. Dünəndən fikrimi cəmləyib haradan başlayıb harada bitirəcəyimi düşünürəm. Mən bizləri yaradan Allahı nə qədər tanıyıram? Öncə Aləmlərin Rəbbinə şükürlər olsun ki, qəlbimdə Allah sevgisiylə, Onu tanıyaraq doğulmuşam. Çünki hələ balacalıqdan hər yatanda və ya nəyəsə pis olanda əl açıb dua edərək yatırdım. Dua etməyi, məni eşidən Allahın olduğunu lap kiçik yaşlarımdan öyrənmişəm. Dua etmək mənim üçün nəfəs almaq kimi bir şeydir. Get-gedə ağlım kəsəndən hər şeyi daha da dərk etdim. Hələ orta məktəbdə oxuyarkən hər il 3 gün Oruc tutmağa başladım. İllər keçdikcə sayı artırdım və şükürlər olsun bu günümə ki, Ramazan orucunu tam bir ay tuturam. Daha sonra mənə böyük kimi görünən əslində isə xırda olan bir hadisənin vəsiləsiylə namaza başladım 4 ildir ki, şükürlər olsun ki, Allah qismət etdi. Mən Allahımı ən başlıcası çox mərhəmətli olaraq tanıdım. Qullarını darda qoymayan, onların səsini eşidən, qəlblərdə olanları, ağılımızdan keçənləri belə bilər Yaradanımız. Mərhəməti, şəfqəti o qədər genişdir ki, hətta günah edəndən sonra bəlkə tövbə edib düz yola qayıdarıq deyə bizə zaman da verir. Düşünün bir, günah edirik, amma bizim üçün tövbə qapısı yaradıb Allahımız. Bizim üçün hər zaman xeyirlisini istəyir. Yaradanımızın bizim ibadətimizə ehtiyacı yoxdur, Allah ehtiyacsızdır. Yenə də ibadətimizi biz qulların xeyri üçün istəyir. Hər dar anımızda, xoş anımızda, hər əl açdığımızda bizi eşidən Allahımızın olması necə də möhtəşəm hissdir. Allahımız bizə şah damarımızdan da yaxınıdır. Kaş ki, bunu çoxları başa düşə. Bizi yaradan, bizə can verən, xarici görkəm verən, gələcəyimizi bilən Yaradanımızıdır. Allaha şirk qoşmayaq, çünki gələcəyi yalnız Allah bilir. Allaha şükürlər olsun ki, müsəlman olaraq doğulmuşam və Allahım öz sevgisini qəlbimə qoyub. İnsan başını heç səcdədən qaldırmaq istəmir, Yaradanımızla söhbət doyumsuzdur, hələ onun varlığını hiss etmək tamam başqa bir hissdir. Tək diləyim bu dünyadaykən Allahıma qovuşmaqdır. Hər xırda səhvimdə səhvimi anlamam üçün mənə hər dəfəsində işarə göndərir, peşman olub üzr istəyim, günahlarım çoxalmasın deyə. Bizim Allahımız belə Allahdır. Bizlər üçün Qurani-Kərimi endirib, bizi doğru yola yönəltsin deyə, günahlardan uzaq olaq deyə gələcəyi bildirir. Yaxşı qullarını Cənnətlə müjdələyir, Cəhənnəmi göstərir ki, qulları özləri-özlüyündə dərk etsinlər. Bizlər üçün Ramazan ayını, orucu vacib bilib, yenə günahlarımız bağışlansın deyə. Bizim Allahımız o qədər mərhəmətlidir ki, qullarına qarşı, sadəcə bizlər yaxşı, Allahımıza layiq qul ola bilmirik. Yaradanımız qullarını çox sevir. Kaş ki, bizlər bunu görə bilsək. "Allaha qurban olum, ürəyim düzdür"-kəlməsiylə kifayətlənməsək, ibadətlərimizi həm öz xeyrimiz, həm də Allah üçün etsək. Hər gün Namaz qılmaqla Allahın, bizi Yaradanımızın görüşünə tələssək. Rəbbim İnşəallah cümləmizin günahlarını bağışlasın. Allahın sevimli bəndələrindən olmaq diləyilə. Sonda isə fikirlərimi bununla bildirmək istəyirəm "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Rəd surəsi 28-ci ayə) Asi bacım, belə gözəl xəbərdə mənə yer verdiyin üçün Allah razı olsun. 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1

Gülbəniz

Uşaqlığımdan bəri ətrafımdakı avam insanların çoxunun danışdıqlarından Allahı ancaq cəza verən (nəuzibillah) bir varlıq olaraq tanımışdım. Hər bir günah işlədənin yerinin ancaq Cəhənnəm olaraq deyildiyi üçün fikrimdə hər zaman düşünürdüm ki, mən də daxil hər bir insan Cəhənnəmlikdir. Əgər insanlar günah işlədib Cəhənnəmə düşəcəksə, bəs Allah bizi niyə yaradıb? Uşaq ağlımla bunu fikirləşmişəm həmişə. Zaman keçdikcə, mən böyüdükcə başa düşdüm ki, Allah-təala biz insanları ancaq Ona ibadət etmək üçün yaradıb. 6 min il Allaha səcdə edib sonra Allaha qarşı çıxan iblisi Qiyamət gününədək azad buraxıb. O iblisdir ki, biz insanları günah etməyə sürükləyir.Sonra oxuduqlarımdan mənə agah oldu ki, Allahın mərhəməti qəzəbindən böyükdür, etdiyimiz günahları tövbə etməklə bağışlayır və mən Allahımı yaxından tanıdıqca daha da çox sevməyə başladım. Bu həyatda nə istəmişəmsə, Allahım verib mənə. Arzumu ürəyimdə qoymayib.Əgər bugünkü günümdə valideynlərim, bacım, qardaşım, 3 gül balam, məni başa düşən, hörmət edən həyat yoldaşım və bir parça çörəyim varsa, Allah haqqında necə pis nəsə fikirləşə bilərəm ki? Allahım mənim sirdaşımdır, təkliyə çəkilib hər sözümü Allahıma deyirəm. Allah gözəl Allahdır, insanlardır nankor. Allah mehriban, rəhmli Allahdır, insanlardır bunu başa düşməyən. Mənə verdiklərini Allahım bir gün məndən alarsa, heç vaxt uf belə demərəm, çünki hər şeyin gözəlini Allah bilir. Verən də odur, alan da. Sonda isə mənə bu gözəl xəbərində yer ayırdığın üçün sənə sonsuz təşəkkürümü bildirirəm, Asi bacım. Allah haqqında nə qədər yazsam da, yenə də azdır. Allah hər zaman tərifə layiqdir.

  ♥Aynişka Gülüm 

Mənim üçün dunyadakı tək varlıq yeri-göyu Yaradan Allahımdır! Tək Ona inanıram, Onun qulu, köləsi olaraq! Hər şeyin başı Odur, kəramət, mərhəmət, səxavət, hər şey Ondadir! Allah təkdir, Allah böyukdur! Ona itaət etmək biz qullarının borcudur! Allah bağışlayandır! O qədər gunahlarımız olur ki, yenə də şans verəndir! Hər işin xeyirlisini yazar taleyimizə! Düzdür, hələ namaz qılmıram, inşəallah qılmağı çox istəyirəm, Ona daha yaxın olmaq üçün, borcluyam! Əslində bizlər də Allaha şukr etməyi bacarmalıyıq, mən gecə-gündüz mənə verdiyi hər şey üçün Allahma şükr edirəm! Millətimizin başındakı bu bəlalar üçün də Allahdan imdad diləyirəm, əsgər qardaşlarımızı qorusun deyə ona yalvarıram! Allahıma sığınaq, hər şey yaxşı olacaq, inanıram!

 Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1

AYSUN MEMMEDOVA

Qurban olduğum Allaha inamım hər zaman olub. Bir dara düşən kimi,cbir xoş şey olan kimi öncə Allaha sığınıb hər günümüzə şükür edirəm. Qurban olduğum min şükür heç zaman məni darda qoymayıb. Şükürlər olsun ki, O, içimdə Allah sevgisi yaşadır.

 ✵♥⇛⇛SeVgIlIsInIn EyBeCeRi♥♥♥♥♥♥�� 

Biz insanlar tək dara düşəndə yox, həmişə Allahı yadımıza salmlayıq. Biz əgər Allahı sevirksə, namaz qılırıqsa, bunun hamısını heç kəsə görə yox, tək olan Allaha görə edirik. Bəzi insanlar deyir ki, mən namaz qılmasam da, qəlbim təmizdir. Yox, belə deyil. Əgər sən hansısa bir işi görsən və desən ki, bu işə ümidim var. İşə yox, Allaha ümid etmək lazımdır. Əgər nəsə bir işin alınmasa, demə ki, niyə belə oldu, belə qismətdir. Allah bunu sənə belə məsləhət görüb, belə olacaq.

Hər bir şeyin mövcud olması üçün hansısa səbəb olmalıdır. Səbəbsiz olan bir tək  Allahdır.

- Madam ki, Tanri var onda göstər mənə.

Qarşıdakı sualı verən kəsə bir sillə vurur.

- Niyə vurursan?-sualına,- Ağrıdımı?- deyə sual verir silləni vuran.

- Təbii ki, ağrıyır.

- Onda mənə ağrını göstər.

- Necə göstərim, ağrıyır, bunu hiss edirəm.

- Bax, Tanrı da belədir.

  Fatma xanım

Allahıma qurban olum. O, mənim üçün ən ədalətli varlıqdır həyatımda. Həmişə Onunlayam, dərd yerim, güvən yerimdir O mənim. Ona nə qədər dua etsəm, nə qədər yalvarsam, yenə azdır.

 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1

 

 PƏRVANƏ ƏLİYEVA....

Bu gün bütün yaşadığıma görə, aldığım nəfəsimə görə, ailəmə, yaxınlarıma görə, həyatımdakı hər bir saniyəyə, zərrəyə görə bir tək Allahıma borcluyam. Allahımı çox sevirəm, Ona çox inanıram. Həyatımda olan çətinlikərə, üzüntülərə, enişə, yoxuşa baxmayaraq bir tək Allahıma güvənirdim. Bilirdim ki, dərd verən Allahım bir gün dərmanını da verəcək. Bu gün Allahıma çox şükürlər edirəm ki, sağlamam, ailəm sağlamdır, ətrafım sağ-salamatdır. Gözəl ailəm, 2 gül balam. Allahım, sənə şükürlər olsun. Həyatımdakı ən önəmlisi isə Allahım mənə namaz, ibadət etməyi nəsib etdi. Sənə nə qədər şukr etsəm, azdır.

Xəyalə Murad

Mən Allaha olan sonsuz sevgimlə dünyaya göz açmışam. Onun möcüzəsinə canlı şahid olmuşam. Bu sevgini heç bir sevgi ilə müqayisə etmək mümkün deyil. İnsan Onu bütün varlığı ilə hiss edir. Allah biz bəndələrini o qədər çox sevir ki, bunun əksini kimsə izah edə bilməz. Hər şeyə qadir Allah, Rəhmandır və Rəhimlidir. Ona açılmış əlləri geri çevirməyəndir. Sınağa çəkən, öyrədəndir. Dini təhsilim olmasa da, Allahımı tanıyıram. Ona sonsuz şükrlər olsun. 

 __Leman__

Çox Şükür Allahıma, O, böyük, mərhəmətli, əzəmətli, rəhimli və bağışlayan, tövbə edənin tövbələrini qəbul edəndir, yeri, göyü, təbiəti də gördüyümüz nə varsa, hər şeyi Allah yaradıb, bizi də Allah yaradıb. Şükür olsun, Yaradana. Allahın varlığına hər zaman inanmışam və inanıram da. Allahım hər zaman köməyimə çatır. Biz insanların ən birinci sirdaşı Allahdır. Hər bir köməkliyi Allahdan istəmək, Ona dua etmək lazımdır. Allahın varlığına hər zaman inanmışam və hər zaman inanacımda bütün arzu ilə istəkləri gerçək edən tək varlıq Allahdır. Qurban olum Allaha.

mine Hesenova

Allahı çox sevirəm. Ən çıxılmaz anlarımda hər an varlığını hiss etmişəm. Dilim Ona daima şükürlüdür. Ətrafıma baxıram, doğurdan da, hər şeyə qadir olan yalnızca Allahdır. Doğurdan da, başa düşən biri üçün bunda bir möcüzə var. Məni yoxdan yaradan, mənə bu sürəti verən, ürəyimə insanlıq eşqini damladan, pis yolldardan çəkindirən, nəfsimə hakim olmağım üçün güc verən Odur... Ona gücümün yetdiyi qədər şükür edəcəyəm... Nə cümlə qursam, azlıq edər. Sənə şükürlər olsun, Rəbbim.

Səslərin sayı: 12
37
6206
loading...
Şərhlər
Offline
Asi
cox gozeldir,amma Asi xanim bes menim xeberim?

İkinci hissede smile
7 oktyabr 2014 23:39
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
seadet
cox gozeldir,amma Asi xanim bes menim xeberim?
7 oktyabr 2014 23:09
Offline
Asi
çətinə düşəndə hər birimiz Allahı çox çağırıb istəyirik hal buki hər zaman Allah bizimlədi Allah bizə şah damarımızdan da yaxındı indi düşünün ki, biz Allahı necə tanıyırıq.

Haqlisan bacim bir coxlarimizin yalniz cetin zamanlarda ALLAhi xatrlayrq//
Ruhəngiz,
give_ros
23 sentyabr 2014 19:05
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Ruhəngiz
Xəbərə görə çox sağ ol,can bacım.ALLAH ürəyincə versin Amin ALLAHIM.
Şükürlər olsun,Yeri,Göyü yaradan Aləmlərin Rəbbinə.
Hər günümüzə,hər halımıza şükr etməliyik,hər dərdimizə,sıxıntımıza səbr eləməliyik.Bütün bunlardan əlavə,gecə-gündüz ALLAHIMIZI zikr etməliyik,dua etməliyik.
23 avqust 2014 15:47
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
leylahuseynova
Bir mömin insanı şeytan başdan çıxarır ki, sən bütü günü ibadətdəsən Allahlasan amma bir kərə də olsun Allah sənə nə özünü göstərmir nə də səsinə səs vermir bu necə olan işdi. Mömin bəndənin aglına batır ki düz deyir şeytan bu gündən ibadəti buraxıram. Allahdan Peygəmbərə vəh gəlir ki, filan bəndəmin get yanına de ki, əyər Allahın adını çəkə bilirsənsə elə mənimlə danışırsan demək ki.Sizi yaradan Allahı nə qədər tanıyırsınız ? sualı marağımı çəkdi çətinə düşəndə hər birimiz Allahı çox çağırıb istəyirik hal buki hər zaman Allah bizimlədi Allah bizə şah damarımızdan da yaxındı indi düşünün ki, biz Allahı necə tanıyırıq.
19 avqust 2014 12:49
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Asi
Salam.cox sag olun

give_ros
19 avqust 2014 10:20
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
ruqeyya
Salam.cox sag olun
18 avqust 2014 23:59
Offline
Asi
A men bu xeberin cixdiqin hec bilmirdimki

wassat

cox maraqli xeberdi canim tewekurler

give_ros
18 avqust 2014 22:25
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
A men bu xeberin cixdiqin hec bilmirdimki
18 avqust 2014 19:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
zehra zehra
Cox maraqli xeberdi canim tewekurler
17 avqust 2014 20:42
Offline
Asi
♥Aynişka Gülüm♥,
Amin canm cumlemizin istirak etdiyin ucun cox sagol give_ros
15 avqust 2014 23:58
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
♥Aynişka Gülüm♥
Xeber ucun sag ol Asi bizleri de devet etdiyin ucun ALLAH ureyince versin! give_ros
15 avqust 2014 23:53
Offline
Asi
Asi bacım Allah ondan razı olsun,daim Allah qatında uca olsun-təklif etdi,

Sayta gelen kimi bele gozel sozler gormek ne xosdur Cumlemizden bacm cox sagol kiss
Dəniz84,
G.....m,
nigar dadasova,
cox sagolun give_ros
15 avqust 2014 19:46
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
nigar dadasova
Qurban olum bizi yaradan allaha ...allah bizi neceki paltarsiz yaradibsa elede torbaga gedeceyik....allah her gun oturub sukur etmeliyikki bize her sey verib ...gerek insan na sukur olmasin...eyer ezabli gunumuzde olsa biz bu gnumuzede sukur etmeliyik...
15 avqust 2014 13:43
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
15 avqust 2014 09:37
Offline
Aysel İ.
Çox şükür Uca Yaradana. Sağ ol Asi.
15 avqust 2014 00:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Sözün düzü böyük səbirsizliklə Hacəti Vuslat- Lalə bacımın yazısını gözləyirdim, təəsüf bu dəfə çıxmadı İnşallah digər bölümlərdə yazar.

Canbacı,Asi bacım Allah ondan razı olsun,daim Allah qatında uca olsun-təklif etdi,Allahın məsləhəti birinci hissəyə deyildi.. Yeri gəlmişkən,sənin düşüncələrini oxuduqca uçdum girl_ang
14 avqust 2014 21:34
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Asi
Sözün düzü böyük səbirsizliklə Hacəti Vuslat- Lalə bacımın yazısını gözləyirdim, təəsüf bu dəfə çıxmadı recourse İnşallah digər bölümlərdə yazar.

Canim bacm ikinci hissede olacaq İNSALLAH
PƏRVANƏ ƏLİYEVA......,
mine Hesenova,
Zayka,
G.....m,
Cox sagolun give_ros
14 avqust 2014 15:01
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
14 avqust 2014 10:02
Offline
°ღ Zayka •.°ღ
Çox gozel xeberdi baci,cox teesuf ki, xeberde istirak ede bilmedim.Insallah o biri xeberde istirak ederem
14 avqust 2014 09:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış