...Bazarın girəcəyindəki dayanacaqda avtobus gözləyən ortayaşlı qadın durmadan ağlayırdı.Ağlamağı da özünə,fəslinə uyğun idi.Sadə,ucuz paltar geymişdi,ağarmış saçlarını toparlayıb sancaqlamışdı.Üz-gözü boyasızıydı.Ucuzvari sırğa-üzük dəsti taxmışdı.Gözəgəlimli qadın deyildi,suyuşiriniydi.Çəlimsiz xarici görünüşündən zəhmətkeş,əzabkeş insana bənzəyirdi.
Qadının yanından keçənlər,yanında dayananlar əvvəl təəccüblərinə rəğmən ağlamağının səbəbini soruşmadılar. Yaşıl gözlərinə öz gözlərindən sual işarəsini əks etdirən baxış tullayırdılar cavabını almadan.Amma gözləri gözəliydi,baharı anladırdı.
... Nəhayət,ağlayan qadının bahar gözlərinin çisək yağışını kəsənlər tapıldı.Gözləri kimi,dili də sözləri sakit-sakit çisələdi:
-İşdən çıxıb bazara girdim ki,bazarlıq eləyəm,basabasda çantamın ağzını açıb pulqabımı necə götürdülərsə,xəbərim olmadı.Vicdansızlar,qansızlar!..Mən dul qadınam,neçə ildi ərim ölüb.Yetim balalarımı güclə saxlayıram.Gecə-gündüz qutab bişirib satmaqdan,xidmətçilik eləməkdən əllərim qabar bağlayıb. Evimiz belə yoxdu, kirayədə qalırıq.Pul cəhənnəm,şəxsiyyət vəsiqəmi də oğurladılar.
Sonuncu cümlə ağlayan qadının arxasında dayanmış cavan qadını silkələdi...İçində zəlzələ baş verdi,bütün ruhi,cismani varlığı,ömür kəsiminin qatları çalxalandı.Bu zəlzələ çox olurdu,içindən qaça bilmirdi,bilməzdi də.Sadəcə,ağlayırdı-ürəyindəki göz yaşlarını zəlzələ ocağının üstünə səpələyirdi.İndi də ağlayırdı-yenə ürəyiylə...Fikrindəki müqayisədə pulu oğurlanan qadını bəxtəvər sandı.Qabarlı,orası-burası yanıq ləkəsiylə naxışlanmış əllərinə nəzər saldı.Öz əllərini arxasında gizlətdi.Özü gözəl qadın idi-boylu-buxunlu,əti-qanı yerində,ağappaq.Cismani varlığı kəm-kəsirsiz olsa da,mənəviyyatı qüsurluydu.Geydiyi bahalı paltarlar,taxdığı çox qiymətli zinət əşyaları mənəvi simasını bəzəyə bilmirdi.Çiyrəndi bu mənasız işıldaböcəklərdən.Hamısını tərəddüd eləmədən bu qadına verərdi,amma olmazdı,haram mallarıydılar.Qadın pak,məsum,imanlı biriydi.Birincisi,qəbul eləməzdi,rəhmdil adamların təklif elədiyi maddi köməyi iyirmi qəpik pulu belə yaxın qoymurdu.Cib telefonuyla zəngləşmişdi,qızı gətirəcəkdi.İkincisi,haramı halala qatmaq insafdan deyildi.İnsaf sözü də silkələdi onu.Son vaxtlar qəribə hallar keçirirdi.Ürəyində dediyi,kimdənsə eşitdiyi hər sözün fərqinə varırdı.Hərəsi bir açarıydı,kilidlədiyi sirr qapılarının açarıı. Könülsüz açırdı,təssüflə bağlayırdı sirr qapılarını.Yalnız özü girə bildiyi otaqlarda xoşagələn,ürəkaçan şey tapmırdı.Utancverici,xəcalət çəkdirən yaşantılardı.
Ürəyiylə ağlayan qadına insafsızlıq eləyənlər çox olmuşdu.İlk dəfə həyat yoldaşı-yeganə oğlunun atası elədi.Neçə il bərabər yaşadılar,sonra bir qadına uydu,ana-bala ikisini də atdı.Evləri ayrısının adınaydı,qeydiyyatları da yoxudu,küçədə qaldılar.Əri boşanma ərizəsi yazdı,boşandılar;oğlunu da boşadı.”Təzə süpürgənin” evinə köçdü,arsızcasına onunla yaşamağa başladı.Küçəyə atdığı arvadına,oğluna əhəmiyyət vermədi.Zavallılar qadının kənddə imkansız yaşayan atası evinə döndülər.Bir-iki il qaldılar,məcbur olub şəhərə qayıtdılar.
Qadının tək bir arzusu vardı:namusla işləyib oğlunu böyütmək.Neçə yerə işə girdi,bəxti gətirmədi;ya iş yeri bağlandı,ya da onu ixtisara saldılar.Hansı müdirə iş üçün ağız açdısa,pis təklif eşitdi,gözəlliyi başına bəlaydı.Dalaşdıqları da oldu,əl çantasıyla zərbə endirdiyi də.Nə illah edirdi,yaxınlarından kimsə iş tapmağına kömək eləmirdi,yanına düşüb mudirin qəbuluna getmirdi. Unudulmuşdu elə bil.Bolluca nə-sihət verirdilər.Kiçik oğlusa evdə yemək gözləyirdi, nəsihət yox.
Aman vermədilər...Axırda aldatdılar,tora saldılar ürəyiylə ağlayan qadını “yekə”kişilər.Ləkələndi təmizlənməyəcək ləkəylə...Ərə getmək istədi,kimə arxa çevirdisə,ümidini qırdı.Üstüörtülü başına gələnləri ailə üzvlərinə anladırdı,sözünü kə-sirdilər,dediklərinə inanmırdılar:
-Yox,sən namuslusan,əyri yola düşəmməzsən deyirdilər.
Sirrini özüylə bölüşəsi oldu,hamıdan küsdü-yenə ürəyində.
Tanış olduğu kişilərin sayı artırdı.Hərəsiylə bir-iki dəfə görüşür,sonra qaçırdı həmin kişidən.Keyləşmişdi,şüursuz eləyirdi elədiklərini.Kişilər günahlarıydı;birindən qaçırdı,digərinə ürcah olurdu.İstəmirdi belə həyatı.Birdən aylarla kimsəylə görüşmürdü.Kişilərdən tək-tük hallarda pul alırdı.Alverə başlamışdı,az-çox qazanırdı.Amma kişilər yaxasını buraxmırdılar.Onu kiməsə qısqananların,bir-biriylə dalaşanların biri irəli çıxıb evlənmək istəmirdi.Evliləri özü istəməzdi,subaylar da əyləncə axtarırdılar.Kirayədə qaldığı evə kişi gətirmirdi,bu üzdən sirri açılmırdı.Adamların arasında hörməti vardı.Bu, yaxşı xasiyyətindən də irəli gəlirdi:şirindilli,səmimiydi.
Çirkaba bulaşdığı illərin sayı iki-uç il oldu.Subay oğlanlardan da evlilik təklifi aldı axırda.Razılıq vermədi:özünü onlara layiq bilmədi.Bundan əlavə,sözləri çəplə-şəndə keçmiş həyatını başına qaxınc edərdilər.Çarəsizlikdən yaşlı imkanlı kişiylə dini nikahla evləndi.Kişinin arvadı xəstəydi.Ona yaxşı şərait yaratdı:ev,maşın aldı.Gün-dəlik tələbatlarını can-başla ödədi.Ailəsinə xəyanətdə günahkar sayılan bu kişi bir ərsiz qadını namus ovçusu olan kişilərdən xilas elədi.Qadın əvəzində sevgililərinin puluyla aldıqlarını çimərlik kostyumunu,qızılları və digər az sayda əşyaları evdən rədd elədi.Kişiyə sadiq qalacaqdı ölənədək.Bilirdi,günahkardı,başqasının ərinə şərikdi.Özgə çıxış yolu yox idi.
...Ürəyiylə ağlayan qadın fikir tərəzisindən düşürdü özünü də,gözləriylə ağ-layan qadını da.Özü çox yüngül gəldi,digəri çəkiyə gəlmədi ağırlığından...Gözləri doldu,yaşını uddu.Bu qadın kimi ağlayammazdı.Nə deyib ağlayacaqdı?Namusunu oğurlatdığınımı deyəcəkdi?Desəydi,halına yananmı olacaqdı?Qınaqlı baxışlarla süzüb keçəcəkdilər.Yanında da durmayacaqdılar.Olsa-olsa bir-iki namus oğrusu duracaqdı.
Əsas günahkar özüydü,iradəsizliyiydi.
Dayanacaqda iki qadın dayanmışdı.Ağlayırdılar:biri ürəyiylə,digəri gözləriylə...Birinin namusunu oğurlamışdılar,digərinin puluyla şəxsiyyət vəsiqəsini.Gözləriylə ağlayan qadın o pulu yenə qazanacaq,şəxsiyyət vəsiqəsini də alacaqdı.Ürəyiylə ağlayan qadınsa...yox!Heç vaxt qazana bilməyəcəkdi namusunu,heç nə ilə geri ala bilməyəcəkdi...
XƏBƏR LENTİ
Suçiçəyi xəstəliyi
Dərman kimi meyvə suları
Məşhur aktrisa imicini dəyişdi-FOTO
Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO
Bakıdan qorxan ermənilər
ADNA qurbanları
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
2 əsrlik saatı divardan oğurladılar
“Ermənistanla sərhədlər açılmayacaq”
Körpələrdə burun tutulması
Vətəni Azərbaycandır, amma Çindən gətirilir
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Kayli Cennerdən 2 yaşlı qızına inanılmaz HƏDİYYƏ-VİDEO/FOTO
Məşhur model tənqid hədəfi oldu-FOTO
"WhatsApp" da barmaq izinə keçir
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Erməniləri çox qorxudan səfər
List kababı (foto-resept)
İman edən alimlər-2
İşias ağrılarını azaldaq
Hər zövqə uyğun çanta modelləri
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Arıqlamaq üçün pəhriz
Sakinləri sərxoş quşlar barədə xəbərdar etdilər
Azərbaycanda çörəyi ilə seçilən kənd - VİDEO
Oruc tutanlar imsaqda çay içməsinlər
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Gəlin və bəyin heyvan sevgisi
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Unutmağın acısı
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Hamının sevimlisi
Ordumuza belə qiymət verdi
Bu günün hava proqnozu
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
"Bizim Tarla" Nar Şirəsi məhsulu
Hamiləlik zamanı əsəbiləşmək
Tarkan Rusiyada konsert verəcək-800 min dollarlıq qanorar
Defne Samyelin qızı da aktrisalığa başladı
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
- ŞƏRHLƏR