Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Uşaqların sosial-psixoloji inkişafı-29

Uşaqların yuxulara baxışı

 (Ardı)

“Uşaqların yuxulara baxışı” mövzusu yeni və maraqlı olduğundan Jan Piajenin “Childs Conception Of The World” kitabının “Dreams” başlığı altındakı hissəsini (səhifə 88‐112) olduğu kimi sizə təqdim edirəm.

Keçən hissədə uşaqlara yuxu barədə verilən sualların cavablarına nəzər salmışdıq. İndi isə buyurun, ardını oxuyun.

Riss (8. 1/2, qız)

− Yuxular haradan gəlir?

− Gecədən.

− Sən yuxu görəndə, yuxun harada olur?

− Yatağımda.

− Yatağında harada?

− Otaqda, çox yaxında, mənim yanımda.

− Yuxu haradan gəlir, (yuxunun mənbəyi nədir)?

− Gecədən.

− Mən əgər yanında olsaydım, gördüyün yuxunu görməli idim?

− Yox.

− Bəs sən onu görürsən?

− Yox.

− Yaxşı. Bəs onda o nədir?

− …

− O nədənsə əmələ gəlir, yoxsa heç nədən əmələ gəlir (yəni fiziki bir varlığı var?)

− Yox, nədənsə əmələ gəlir.

− Kağızdan?

− (Gülür... ) Yox.

− Bəs nədən?

− Sözlərdən.

− Bəs sözlər nədir?

− (Danışır... )

− Yuxuda danışırsan, düzdürdüzdür? Bəs o danışıq nədən əmələ gəlir?

− Səmadan.

− Səmada haradan?

− ...

− O səmada necə düzəldilir?

− …

− Yuxular öz‐özünə gəlir, yoxsa onları kimsə göndərir?

− Öz‐özünə gəlir.

− Nə üçün yuxu görürük?

− Çünki biz bir şey haqqında düşünürük.

Rissin görüşlərində isə danışıq ilə əlaqədar bir çox fikirlər mövcuddur:

− Danışıq nədən əmələ gəlir?

− Havadan.

− Bəs haradan gəlir?

− Havadan.

− Bəs yuxu?

− Səmadan.

 

Uşaqların sosial-psixoloji inkişafı-29

 

 

Mont (7;0)

− Mən orada olsaydım, sənin yuxunu görə bilərdim?

− Bəli.

− Onlar haradan gəlir?

− Çöldən.

− Onları nə göndərir?

− İnsanlar.

− Sən yuxunda nə görürsən?

− Üzərindən maşın keçən adam.

− Yuxun sənin qabağındadır, yoxsa içində?

− Qabağımda.

− Harada?

− Pəncərəmin altında.

− Mən orada olsaydım, onu görə bilərdim?

− Bəli.

− Səhər onu görə bildin?

− Yox.

− Niyə yox?

− Çünki o yuxu idi.

− Bəs, o yuxu haradan gəlirdi?

− ...

− Onu sən düzəldirdin, yoxsa başqası?

Uşaqlarla aparılan sorğu‐suallar göstərir ki, onların fikirləri bir‐birindən fərqli olsa da, ana xətti etibarilə onlar eynidirlər. Bu uşaqlar üçün yuxu xaricdən gələn və gözlərinin önündə canlanan şəkillər və ya işıqdır. Şəkillər real hadisələri əks etdirmə baxımından xəyal olaraq qalır, ancaq fiziki varlıq etibarı ilə onlar mövcuddur. Yəni onlara görə, bu görüntülər sırf fiziki varlığa sahibdir və heç bir şəkildə əqli varlığı yoxdur.

Əsas sual belə verilirdi: “Əgər səndən başqa biri eyni otaqda olsaydı, o da sənin gördüyünü görə bilərdi?” Ən realist uşaqlar bu suala müsbət cavab verdilər. Çünki onlar fikirləşirlər ki, yuxu iştirak edən obyektlərdən törəyən və fiziki varlığı olan görüntülərdir. Bu görüntülər gecə vaxtı gəlir və onların xaricində bir yerdə, məsələn, otaqda yığışır. Ona görə də başqaları onu görə bilər. Ancaq digərləri bu fikri rədd edirlər.

 

Uşaqların sosial-psixoloji inkişafı-29

 

 

Maraqlıdır ki, onlar özlərinin də bu yuxuları ayıq halda görə bilməyəcəklərinə inanırlar. Ona görə ki, suala cavab verdikləri zaman yuxuda gördükləri haqqında yox, yuxunu əmələ gətirən səbəblər haqqında düşünürdülər. Bourga görə, gecə olduğuna görə, yuxunu görə bilməzsən. Onun otağındadır deyə, fikirləşdiyi şey yuxunun səbəbidir. Bu o demək deyil ki, o, yuxunun beynində olduğunu düşünür. Onlar yuxu gördükləri zaman gözlərinin qapalı olduğunu bilsələr də, yenə də yuxunu gözləri ilə gördüklərinə inanırlar. Montun nümayəndəsi olduğu qrupdakı uşaqlardan fərqli olaraq, bu qrupdakı uşaqlar subyektivliyin başlanğıcındadırlar, ancaq onlar yenə də realistdirlər.

İkinci qrup uşaqlardan fərqli olaraq, birinci qrup uşaqlar hələ də sadə realizmin təsiri altındadırlar. Düzdür, ikinci qrup uşaqlarda da bu var, ancaq ifadə etmək istədikləri zaman çətinlik çəkirlər.

Yuxunun yerini bilməkdə də iki qrupun fərqli cavabı var. Birinci qrupdakı uşaqlar yuxunun onun baş verdiyi yerdə olduğuna inanırlar. Məsələn, əgər yuxu küçədəki adam haqqındadırsa, onda yuxu küçədədir. Ancaq, o, real deyil, yəni illüziyadır. Ancaq görüntünün fiziki varlığı da mövcuddur. Çünki onlar “olmaqla” “görünmək” arasındakı fərqi tam dərk etmirlər. Yəni yuxuda küçəni görürəm, ona görə də yuxu küçədədir. Ancaq yuxunun illüziya olduğunu bilən uşaqlarda bu bir az fərqlidir. Yəni, onlar həm də yuxunun öz otaqlarında olduğunu düşünürlər. Bunun səbəbi isə məntiqlərinin onlara qalib gəlməsidir.

İkinci qrup isə, sadəcə olaraq, yuxunun otaqlarında yerləşdiyinə inanırlar. Çünki bu uşaqların düşüncəsi yuxunun real olmadığını anlayacaq dərəcədə inkişaf etsə də, görüntünün daxili bir təsvir olduğunu başa düşəcək qədər inkişaf etməyib. Ona görə də yuxunun yerinin otaq olduğuna inanmaq realizmin subyektivizm ilə əvəz olduğuna inanmaqdır. Həqiqəti görüntüdən ayıra bilən bu qrup uşaq hələ də görüntünün mahiyyətini tam başa düşə bilmir.

Görüntüyə xarici, fiziki varlıq kimi baxmaq çox maraqlıdır və uşaqlar buna inanırlar. Məsələn, yuxunu “gördüyün şəkillər” olaraq başa düşən Barb, bizim təklifimizə baxmayaraq, yuxunun öz daxilində olduğunu heç cür qəbul etmir—“O mənim içimdə ola bilməz, çünki elə olsaydı, mən onu görə bilməzdim”.

 

Uşaqların sosial-psixoloji inkişafı-29

 

 

Metr (5)

‐ Yuxu sənin başının içindədir?

‐ Yox, mən yuxunun içindəyəm, yuxu mənim başımda deyil.

Bu, çox maraqlıdır. Yəni yuxu sanki məni içinə alan bir şeydir və o mənim içimdə ola bilməz. Metr “yataqda olmaq” və “yataqda olduğunu bilmək” arasındakı fərqi tam anlayır – “Sən yataqdasan ancaq bunu bilmirsən”. O, yuxunun real olmadığını tam anlayır. Və özünün də yuxuda görüntüsü ilə təsvir olunduğunu qəbul edir. Ancaq yenə də bu görüntünün qaynağı, yəni törədiyi subyekt özüdür. Bu o deməkdir ki, o, yuxuda gördükləri görüntülər ilə həmin görüntülərin əsli arasında bir bağlılıq olduğuna inanır.

Bu misallardan anlayırıq ki, bu qrup uşaqlar yuxuların özlərindən kənarda bir yerdə görüntüdən ibarət olduğuna və bu görüntünün daimi olaraq onların fiziki varlığından törədiyinə inanır (yəni canlı yayında olduğu kimi).

Sonrakı maraqlı məqam yuxunun “maddəsi” haqqında uşaqların fikirləridir. Bu barədə hər iki qrup uşaqların fikirləri oxşardır. Ancaq birindən başqa burada uşaq yuxunun gecədən və ya qaradan ibarət olduğuna inanır. Bu inanc yuxunun xarici varlığına inanmaqla bağlıdır. Yuxu çöldən gəlir.  Yəni gecədən. Ona görə də yuxunun maddəsi də gecədir. Başqa hallarda isə yuxunun maddəsi olaraq onun təşkil etdiyi əsas obyektlər göstərilir. Yuxuda olan vizual görüntülərdən təsirlənən uşaqlar – hansı ki, əksəriyyət təşkil edir – yuxunun maddəsinin işıq olduğuna inanırlar. Yuxusunda səs eşidənlər onun sözlərdən, yəni havadan ibarət olduğuna inanırlar.

Yuxunun qaynağını araşdırdıqda iki tip cavab görürük. Birinci qrup uşaqlar ya heç bir izah vermir, ya da onların izahı, sadəcə olaraq, yuxunun maddəsi kimi düşündükləri şey ilə eynidir. Məsələn, uşaq deyə bilər ki, yuxu çöldən, səmadan, gecədən və ya otaqdan gəlir. Bunların hamısı eyni şeydir. Əgər uşaq yuxunun parlaq olduğunu vurğulayırsa, təbii şəkildə o, yuxusunun qaynağı kimi ayı, günəşi, küçə işıqlarını göstərir.

Ən maraqlısı, bəzi uşaqlar yuxunun onların yuxuda gördükləri adamlar tərəfindən düzəldildiyinə inanır. Məsələn, Monta görə, yuxusunun qaynağı yuxuda gördüyü adamdır. Bu tip uşaq yuxularının qaynağını yuxuda gördükləri obyektlərə bağlayırlar. Bunun səbəbini axtardıqda bu nəticəyə gəlmək olur ki, bəzi uşaqlar yuxuları bir cəza kimi görürlər. Yəni onlar bir yaramaz iş etdikdə yuxu görürlər və bununla da onlar cəzalandırılırlar. Aşağıdakı misal buna nümunədir.

Bag (7)

− Yuxunu kim göndərir?

− Allah.

− Necə?

− O gecəni əmələ gətirir və bizim qulağımıza pıçıldayır.

− Yuxular necə düzəldilir?

− Sözlərlə.

− Bəs onların maddəsi nədir?

− Hərflər.

Bob bir yuxusunu danışır. O, yuxusunda oğru görür.

− Bu yuxu haradan gəldi?

− Allah göndərdi.

− Nə üçün?

− Məni cəzalandırmaq üçün. Çünki mən anamı incitmişdim.

 

Uşaqların sosial-psixoloji inkişafı-29

 

 

Sci (6)

− Biz niyə yuxu görürük?

− Çünki işıq onları düzəldir.

− Nə üçün?

− Bizə cəzamızı vermək üçün.

− Nə üçün?

− Bizi ağıllı etmək üçün.

Bu misallardan görürük ki, uşaq üçün onun yuxusu təsadüfi hadisə deyil, daha çox hisslərinin nəticəsidir. Bəzi valideynlər uşaqların bu inancından istifadə edərək yuxularının onların etdiklərinin cəzasını çəkdirmək olduğuna inandıracaq qədər səhv hərəkət edirlər.

Məsələn, Sci, yuxularının heç bir mənəvi nəticəsi olduğuna inanmasa da bir səbəbi və hədəfi olduğuna inanır. Giamb isə yuxusunun səbəbinin yuxuda gördükləri şəxslərin etdikləri günah işlər olduğuna inanır. Giamb, Mont və Metr yuxuda gördükləri görüntüləri onları təsvir etdikləri real varlıqlar ilə əlaqələndirirlər. Giamb yuxuların törəmə yerinin başı olduğuna inansa da, yuxusunun otaqda və ya baş verdiyi yerdə olduğunu qəbul edir. Sonra da o, yuxunun səbəbinin yuxuda gördüyü şəxslərin etdiyi hərəkətlər

olduğunu deyir.

Biz belə bir nəticəyə gəlirik ki, bu uşaqlar yuxulara xəyal və illüziya olaraq baxsalar da, görüntünün fiziki varlığına inanırlar. Və bu fiziki varlıq təsvir etdiyi obyektdən törəyir. Necə ki, sözlər aid olduğu obyektlərə və eyni zamanda, bizə yaxındır, eləcə də görüntülər təsvir etdikləri otağın içindədir. Bu o demək deyil ki, bu qrup uşaqlar yuxuda gördükləri görüntüləri canlı və şüurlu varlıq olaraq qəbul edirlər. Yox, sadəcə, onlar hələ görüntünün fikrin əmələ gətirdiyi bir varlıq olduğuna inanacaq səviyyədə deyillər. Uşaqlar gördükləri yuxunun təsadüfi deyil, onları cəzalandırmaq üçün olduğuna inanırlar.

Hüseyn Xəlilov

(Ardı var...)

Səslərin sayı: 5
9
1897
loading...
Şərhlər
Offline
Elif
bu haqqda ne yazim hec ozumde bilmirem cunki ozumde usaq kimiyem
25 aprel 2015 16:31
Offline
Leyla_
cox maraqlidir cox cray
19 mart 2015 16:16
Offline
GÜLÇİN
Səbrim çatmadı sona qədər oxumağa.....
12 dekabr 2014 19:37
Offline
Fatma xanım
Nəinki balacalar lap böyüklərə də maraqlıdı bu yuxular hardan gəlir
9 dekabr 2014 12:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Qəribə
Həqiqətən cox maraqlı xəbərdi. Tesekkur edirem. give_ros
9 dekabr 2014 10:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Çox maraqlı xəbər silsiləsidir. Təşəkkürlər. give_ros
8 dekabr 2014 14:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
QWEN
Hmmm, maraqli fikirleri var, heyif ki, lap balacalar oz yuxularini danisa bilmirler. yoxsa qizimda sorusardim ki, yuxuda ne gorursen ki, tez-tez aglayib- durursan?!
7 dekabr 2014 22:39
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
zehra
Maraqlidir tesekkur edirem.
7 dekabr 2014 18:51
Offline
Ellada Babayeva
Maraqlıdır. Mən balaca olanda tez-tez yuxuda hündür bir yerdən yıxılardım. Səhər oyananda gəlib anama deyərdim. Deyərdi böyüyürsən. Beləcə hər yuxu görəndə bilirdim ki, böyüyürəm.
7 dekabr 2014 17:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!