Uşaqların yuxulara baxışı
“Uşaqların yuxulara baxışı” mövzusu yeni və maraqlı olduğundan Jan Piajenin “Childs Conception Of The World” kitabının “Dreams” başlığı altındakı hissəsini (səhifə 88‐112) olduğu kimi sizə təqdim edirəm.
Uşaqlıq illərində insan tərəfindən hadisələrə subyektiv, yaxud da obyektiv qiymət verilməsi, öz daxili aləminin başa düşülməsi qeyri‐mümkündür. Ona görə də uşaq öz yuxularının subyektiv cəhətdən izahında böyük çətinliklərlə qarşılaşır. Uşaqların yuxunu anlama dərrakəsi üzərindəki araşdırmalar, onlarda ikili görünüş və ikili izah, yəni daxili və xarici izah ilə açıqlanması, ikinci fikrin mövcudluğu ilə əlaqədar böyük marağa səbəb olmuşdur.
Bu tədqiqatı müsbət qiymətləndirsək, onda biz özümüzün primitiv düşüncə tərzimizi və Levg‐Bruhlinin bu haqda söylədiyi fikirlərin hamısını bir kənara qoymalıyıq. Biz uşaq analogiyaları ilə primitiv addımları arasında əlaqələrə heç bir şübhə ilə yanaşmayacağıq. Burada uşaqlar öz arzuları, yuxuları ilə əlaqədar suallar verir və fikirlərini çətinliklə izah edirlər. Biz də körpələrə qayğı ilə yanaşıb onların suallarını cavabsız qoymaq istəmirik. Bizim kafi bildiyimiz bu araşdırma, dörd sualdan ibarətdir. Birinci sual:
Narahatçılıq xəyalın mənbəyidir. Xəyal nədir və harada yaranır? Əksər uşaqlar xəyalın başda yarandığını bildirirlər. Bəziləri isə xəyalın ancaq gecələr yarandığını söyləyirlər. Digər uşaqlar isə elə düşünür ki, gecə vaxtı biri xəyal edəndə digəri də xəyal edir və yaxud, yuxunun formalaşmasına səbəb olan qara tüstüdür.
Uşaqlara “yuxunu nə vaxt görürsən?” və “yuxunu niyə görürsən?” kimi suallar da vermək olar. Alınan cavablar aid olma xüsusiyyətlərinə görə 3 sahəyə bölünür:
1. 5‐6 yaşlı uşaqlar inanırlar ki, yuxu evdən kənar bir yerdən gəlir, otaqda baş verir və onlar da bunu gözləri ilə görürlər. Onlar həyəcan ilə bildirirlər ki, yuxu onları etdikləri səhvlər üzündən evdən kənara atacaq.
2. 7‐8 yaşlı uşaqlar isə düşünürlər ki, yuxu onların başlarında, fikirlərində və gözlərindədir. Yuxunu onlar otaqlarında, qarşılarında görürlər.
3. 9‐10 yaşlı uşaqların fikrincə, yuxu fikrin məhsuludur və beyinin içində baş verir.
Birinci bölmə: Yuxu xaricdən gəlir və xaricdə qalır. Bu ona görədir ki, uşaq birinci dəfə yuxunu reallıqla qarışdırır. Oyandıqdan sonra da yuxu baş verir və real olur. Onlar yaddaş ilə yuxu yaddaşını qarışdırırlar. Hamı bilir ki, qarabasma ilə oyanan uşağı sakitləşdirmək necə çətindir və bunun real olmadığını anlatmaq qeyri‐mümkündür. Biri uşaqlıqda gördüyü yuxunu nəql edir: “Uşaq vaxtı inanırdım ki, qatar həqiqətən də mənim üzərimdən keçir. Bu səhnəni tam olaraq xatırlaya bilirəm: qatar relsi valideynlərimin yaşadığı yerə kifayət qədər yaxın idi. Anam uşağı beşiyə qoyub qatar yolunu təzəcə keçmişdi ki, qatarın mənim üzərimə gəldiyini hiss etdim. Özümü güclə arxaya atdım və hələ də qarşımdan sürətlə keçən qatarı gözümün önünə gətirirəm. Sonda mən oyandım, anamı səslədim və ona yenidən qovuşdum. 12 yaşıma qədər bu səhv düşüncələrə inanırdım”.
Başqa vaxtlar isə xəyal sadəcə, bizim qarşımızda olmaq üçün düşünülür. Eyni şəkildə, bizim əməkdaşlarımızdan biri uşaqlığında valideynlərinin onu dənizdə boğmaq istədiyinə inanıb. Burada yenə də yaddaşındakı o görüntü yuxunu ifadə edir.
Mille Feigin uşaqların yuxunu reallıqdan necə ayırdığını araşdırır. O bu nəticəyə gəlmişdir ki, 9 yaşına kimi uşaqların mühakiməsində əsas yuxuların cəfəngiyatı deyil, tam əksinə, reallığın faktları ilə ziddiyyət və başqalarının fikirlərinə qarşı çıxma qalır. Bu, erkən yaşlarda daha çox əhəmiyyət daşıyır. Ancaq sorğu həm də onu göstərir ki, reallıq və yuxunu fərqləndirmək asan deyil və xüsusilə emosional yuxular reallıqla tez ‐tez qarışdırılır.
Bəs onda ilk dəfə yuxu ilə reallığın fərqinə vardıqda uşaq onu necə izah edir? Şübhəsiz, o yuxuya “aldadıcı reallıqdır” deyəcəkdir – epinal şəkillərdə olduğu kimi. Bu şəkillərdə olmayan şeylər göstərilib – yuxu. Ancaq onun təsvir etdiyi varlıqlar‐kağız və boya – sırf reallıqdır. Sully qaranlıq olan bir otağa getmək istəməyən uşağın qeyri‐iradi reaksiyasını qeyd edir – “çünki o otaq yuxularla doludur... ”
Banf: “yuxu işıqlardan düzəldilmişdir”, – deyir. Bu işıqlar “kiçik lampalar, kiçik velosiped” kimidir (yəni axşamlar velosipedlər üzərində olan işıqlar kimi). Bu işıqlar aydan gəlir. Başqa sözlə, Banf yuxularını əmələ gətirən işıqları, ay ilə – ən gözə çarpan işıq qaynağı ilə eyni tutur.
Had (6; 6)
− Sən bilirsən yuxu nədir?
− Sən yuxudasan. Nəsə görürsən.
− Haradan gəlir?
− Səmadan.
− Sən onu görə bilirsən?
− Yox (!).... həə, yuxuda olanda.
− Mən də yatsaydım, yuxunun haradan gəldiyini görərdim.
− Yox.
− Niyə yox?
− Çünki sən yuxuda olmayacaqdın.
− Sən ona toxuna bilərsən?
− Yox.
− Niyə yox?
− Ona görə ki, o bizim qarşımızdadır. Sən yuxuda olanda yuxu görürsən, ayıq olanda isə yox.
Kun (7; 4)
− Yuxular “gecədən gəlir”.
− Onlar hara gedir?
− Hər yerə
− Sən nə ilə yuxu görürsən?
− Ağzım ilə.
− Yuxu haradadır?
− Gecədə.
− Yuxu harada baş verir?
− Hər yerdə, otaqlarda, evlərdə.
− Daha dəqiq harada?
− Yataqda.
− Sən onu görə bilərsən?
− Yox, yuxu təkcə gecə olur.
− Başqa kimsə bilərmi ki, sən yuxu görürsən?
− Yox, o bizə çox yaxındır.
− Sən ona toxuna bilərsən?
− Yox, həmin vaxt mən yuxuda oluram.
− Yuxu fikirlərdən əmələ gəlir?
− Yox.
− O haradadır?
− Gecədə.
− Gecədə harada?
− Yaxında.
− O bizim düşündüyümüz fikirlər deyil ki?
− Yox.
− Kimsə onu görə bilər?
− Yox, çünki sən ona baxsan, o yox olacaq.
Sci (6)
− Yuxu haradan gəlir?
− Gecədən.
− O nədir?
− O, axşamdır.
− Gecə necədir?
− Qara.
− Yuxular necə əmələ gəlir?
− Sən gözünü yumanda yuxu görürsən.
− Necə?
− Bilmirəm.
− Yuxular harada düzəldilir?
− Bax, orada (pəncərəni göstərir).
− Yuxular nədən əmələ gəlir?
− Qaradan.
− Bəli, ancaq nədən?
− İşıqdan.
− Onlar hardan gəlir?
− Çöldəki işıqlardan.
− İşıqlar haradadır?
− Orada (küçə işıqlarını göstərir).
Bourg (6)
− Sən nə vaxt yuxu görürsən?
− Gecə.
− Sən yuxunu harada görürsən?
− Səmada.
− Bəs sonra?
− Yuxu gecələr gəlir.
− Yuxuya toxuna bilərsən?
− Yox, sən görə bilməzsən... sonra da ki, yatırsan axı...
− Yaxşı, bəs yuxuda olmasan?
− Onda yuxu görə bilməzsən...
− Sən yatarkən gördüyün yuxuları başqaları görə bilər?
− Yox, çünki onda yuxuda olursan.
− Niyə sən onu görə bilməzsən?
− Çünki gecədir.
− Yuxular haradan gəlir?
− Səmadan.
− Yuxu görmək üçün otaqda nəsə olmalıdır?
− Sən onu aydın görə bilməzsən, çünki sən həmin vaxt yuxudasan və gecədir, yəni qaranlıqdır. Ancaq kimsə onu görə bilməlidir…
Barb (5. 1/2)
− Sən heç yuxu görürsən?
− Bəli, mən yuxuda görmüşdüm ki, əlimin içində deşik var.
− Yuxular həqiqətdir?
− Yox, onlar bizim gördüyümüz şəkillərdir.
− Onlar haradan gəlir?
− Allahdan.
− Sən yuxu görəndə ağzın açıq olur, yoxsa bağlı?
− Bağlı.
− Mən sənin gördüyün yuxuları görə bilərəm?
− Yox, çünki həmin vaxt sən çox uzaqda olacaqsan.
− Bəs sənin anan?
− Bəli, ancaq o, işığı yandırır (yəni mənim yuxumu görəndə).
− Yuxu otaqdadır, yoxsa sənin içində?
− O mənim içimdə deyil. Necə ola bilər ki? Olsaydı, mən onu görə bilməzdim…
(!)
− Bəs sənin anan onu görə bilər?
− Yooox, o mənimlə yatmır, təkcə balaca bacım mənimlə yatır.
Zenq (6)
− Yuxular haradan gəlir?
− Onlar gecədən gəlir.
− Yuxu öz‐özünə gəlir?
− Yox.
− Yaxşı, onu əmələ gətirən nədir?
− Gecə.
− Yuxu haradadır?
− Onlar otaqda düzəldilir.
− Yuxular haradan gəlir?
− Səmadan.
− Yuxular səmada duzəldilir?
− Yox.
− Onlar harada düzəldilir?
− Otaqda...
Hüseyn Xəlilov
(Ardı var...)
XƏBƏR LENTİ
Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları
Bilinçikli Zebra tortu (foto-resept)
Hindistanda havanı süni yağışla təmizləyəcəklər
Saçlarınız gözəl olsun
Ətirlər haqqında bilmədiklərimiz
Kəsmikli salat (foto-resept)
"Qalatasaray"lılara bəd xəbər
İlin ilk GÜNƏŞ TUTULMASI
Alimlər koronavirus xəstəsinin ölüm riskini hesablamaq üsulunu tapdılar
Qida maddələrinin təbiiliyi
Üzü sökülən binaların aqibəti necə olacaq?
Yeni dünya müharibəsi başlayır
11 mühüm simptom
HAVA necə olacaq?-20 Sentyabr
Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
İlk öpüşdən 75 il sonra ailə qurdular
Günün qoroskopu: Yaxınlarınızın sizə sualı var
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Bakıda 350 min dollarlıq maşın
Meyvə-tərəvəzlər haqqında nə bilirik?
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Motivasiya filmləri
Bergüzar və Halit xəstəxanadan çıxarkən görüntüləndi-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Bu qış üşüməyə mane olacaq kurtka dəbi
Təsi Babayeva ilə müsahibə
Hansı zövqünüzə uyğundur?
Hava şəraiti kəskin dəyişəcək
ÜST rəsmisi: “Pandemiyanın ikinci dalğası yoxdur”
Ehtiyatlı olun: WhatsApp virus yayır
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı
Arnold Şvartsneqqer xəstəxanadan evə buraxıldı
Pomidor maskası
İnsan üzlü balıq görüntüləndi - FOTO
Ebru Şallıya milyonluq hədiyyə
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Müxtəlif modeldə olan uşaq arabaları
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
Cəbhədə erməni təxribatı davam edir
Məşhur basketbolçu vəfat etdi
Bayram yeməklərini zibil qutularından çıxarırlar
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Fanatı JLonun anasını vurdu-FOTO
İspan şəhərində çağdaş xəstəxana
HAVA necə olacaq?
Yuxu yozmaları - L
Məleykə Abbaszadə: "IX sinif şagirdləri təhsildən yayınırlar"
- ŞƏRHLƏR