Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı 887 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb. Buna qədərki hesabatda Syerra-Leone, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü bildirilirdi. ÜST-nin məlumatına görə, fevral ayından bəri 1603 yoluxma halı qeydə alınıb.
Ebola qızdırması müalicəsi olmayan, qanla, hava damcı yolu ilə, həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur.
Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Xəstəliyin sürətlə yayılması ÜST mütəxəssislərini də hərəkətə keçirib.
Bəs görəsən, Afrika ölkələrində mindən çox insanın ölümünə yol açan bu virusun Azərbaycanda yayılma təhlükəsi varmı? Ebola virusunun əlamətləri nədir və hansı yolla yayılır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu virusun yeni olduğunu və ciddi həyati təhlükə daşıdığını bildirir: “Ebola virusu yeni virusdur. İlk dəfə 2009-cu ildə ortaya çıxıb, o zaman ölən adamların müayinəsi göstərib ki, bu virus tamamilə eyni əlamətlər daşıyır. Ebola virusunun yayıldığı ölkələrdə, laboratoriyalarda aparılan tədqiqatlar nəticəsində, məlum olub ki, bu virus qızdırma, HİV və qrip kimi xüsusi bir virusdur və çox qorxulu, kütləvi öldürücü virus sayılır”.
Ekspertin sözlərinə görə, genetik xarakteri baxımından, ebola virusu daha çox quduzluq virusuna yaxındır: “Bu səbəbdən onun törətdiyi əlamətlər də nevroloji pozuntular yaradır. Necə ki, quduzluq virusuna yoluxmuş insanda sudan, işıqdan qorxma kimi hallar baş verir, burada da bu tip nevroloji pozuntular olur və bu kimi hallardan insan dünyasını dəyişir. Vaxtında aparılan müalicə bir neçə ay müddətində nəticə verə bilər. Qalan hallarda isə bu xəstəlik birmənalı olaraq ölümlə nəticələnir. Bu virus insandan insana keçə bilir. Ancaq yoluxma hallarında əsas mənbə həşəratlar və gəmiricilərdir”.
A. Qeybulla bu virusun epidemiologiyasının, yayılma intervalının və nə dərəcədə epidemiya və pandemiya törədə biləcəyinin hələlik dəqiq bilinmədiyini deyib: “Hər halda, Azərbaycana da bu virusun yayıldığı yerdən gedib-gələnlərin transsərhəd zonasında yoxlanması yaxşı olardı. Birbaşa bu virus yayılan ərazidən gələn miqrantların, oraya gedən şəxslərin qayıtdıqdan sonra yoxlanması vacibdir. Çünki bu virus ölkəyə daxil olsa, bizim üçün də xeyli problem yaşana bilər”.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov isə deyir ki, bu virusun Azərbaycana gəlmək ehtimalı yoxdur: “Virusun yayılması üçün gərək Azərbaycan vətəndaşları o ölkəyə gedib-gəlsinlər. Bizim vətəndaşlar həmin ölkələrə səfər etsələr, orada xəstə insanlarla təmasda olsalar, daha sonra Azərbaycana gəlsələr, o zaman bu, ehtimal oluna bilər. Həmin Afrika ölkələri ilə heç bir iqtisadi-ticarət əlaqələrimiz də yoxdur.
Ancaq ola bilər ki, o ölkələrdən tələbələr gəlsin. Onlar da sərhəd-keçid məntəqələrində nəzarətə alınmalıdırlar. 21 gün gözlənilməlidir və bu insanlar nəzarət altında saxlanılmalıdırlar. Əgər xəstəliyin virusu varsa, əlamətləri ortaya çıxacaq. Əgər əlamətlər olmasa, deməli, o insanlar sağlam insanlardır".
Ş. Qurbanovun sözlərinə görə, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən Azərbaycanda bu iş dövlət sərhəd-keçid məntəqələrində sanitar karantin müfəttişliyinin üzərinə düşür: “Əgər Azərbaycan ərazisinə xarici vətəndaşlar daxil olursa, onları yoxlamalıdırlar ki, həmin adamlarda qızdırma, ishal və başqa xəstəlik əlamətləri varmı”.
Taun Əleyhinə Stansiyasının direktor müavini onu da bildirib ki, ÜST bütün dövlətlərə, aylıq bülletenlər yayır, dünya ölkələrində yayılıan xəstəliklər barədə məlumat verir ki, onlar daha diqqətli olsunlar: “Ona görə, sanitar karantin müfəttişliyi həmin ölkələrdən gələnləri yoxlayır və qeydiyyatını götürür. Həmin adamların yaşadıqları ərazidəki tibb məntəqələrinə məlumat verir ki, filan ölkədən bu qədər adam gəlib, onları həmin xəstəliyin maksimal inkubativ dövrü qədər nəzarətdə saxlayın. Ola bilər ki, adam virusa yoluxmuş olsun, ancaq əlamətləri üzə çıxmasın. Maksimal inkubativ dövr bitəndən sonra o insanlarda xəstəliyin əlamətləri üzə çıxacaq”.
Ekspertlərin dediklərini nəzərə alsaq, Azərbaycanda ebola virusunun yayılma təhlükəsi yoxdur. Ancaq yenə də əsas vəzifə dövlət sərhəd keçid məntəqələrində sanitar karantin müfəttişliyinin üzərinə düşür.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Psixologiyada jestlər və pozalar
“Hercai”də Gözlənilməz Ayrılıq
Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
Dünya gözəli Bakıda seçildi
Əhvalınız yaxşı deyilsə...
Android planşetləri üçün WhatsApp olacaq
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Salatların bəzədilməsi
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO
Devid Bekhem ilk dəfə filmə çəkildi
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
Yuxuda niyə danışırıq?
CƏMİYYƏT Azərbaycanda vətəndaşlıq almaq neçəyədir? – QANUNİ TƏLƏBLƏR
Şokoladlı tort (foto resept)
Xoşbəxtliyin açarı axtarılır
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Hava haqqında
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Vatsapdan YENİLİK
8 Mart hansı ölkədə necə qeyd edilir?
Buqələmun yoxsa insan?!
Kişilər niyə aldadır? (1)
Avropada köklük əlilliyə bərabər tutula bilər
Qızmar istilər qayıdır
Ürək sağlamlığı üçün məşqlər
40 saat davam edən doğuş
Ece Usludan gözlənilməz etiraf
Sürətli saç uzatma
Souslu tavakababı (foto resept)
Özcan Dənizdən yeni serial müjdəsi
HAVA necə olacaq?- 14 MART
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Milyarder üçün superyaxta hazırlandı-FOTO
Düz danışmağı sevmirəm
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
WhatsApp-dan daha bir yenilik
Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI
Yağış, sulu qar və külək
Cəbhədə son durum
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Saçını boyadı üzü şişdi-FOTO
Qonşumuzu fəlakət gözləyir
Bakını toz-duman bürüdü – FOTO
Gül dərənə İnanılmaz Cəza
Limondan istifadənin 9 üsulu
Necati Şaşmazın BOŞANMA xəbəri yayıldı
Alişan 25 minlik uşaq arabası aldı-FOTO
- ŞƏRHLƏR