2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib. ANS PRESS-in məlumatına görə, bu rəqəmlər “Doktrina” JHAM İnformasiya Departamentinin açıqladığı statistikada göstərilib.
Hərbi Araşdırmalar Mərkəzi kütləvi informasiya vasitələri üzərində monitorinq həyata keçirib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 108 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 24-ü döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş vermiş gərginliklə bağlıdır.
10 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (108 nəfər) C.Sümərinli bildirdi ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 25-i erməni gülləsindən (10 nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 93 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.
2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
iPhone 6 belə olacaq?
Bu ilin ikinci Günəş tutulması olacaq
Sulu qara hazır olun
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Arxa ötürməli Kia GT4 Stinger
Dünyada ən ucuz internet hansı ölkədədir?
Dəbli çantalar
Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
HAVA necə olacaq?- 8 APREL
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Bu gün Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, üç nəfər vəfat edib
Şüşə olmasaydı
Günün ulduz falı
Qış şaxtalı keçəcək? - Rəsmi açıqlama
Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?
Qarın yağlarının sürətlə əridilməsi
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Kişi qadın dostluğu
Yay üçün ayaqqabılar
Boyunuza görə ideal kilo necə hesablanır?
Əhməd Ağayevin anım günüdür
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Qabaq kotleti (foto resept)
İrandan Azərbaycana maraqlı təklif
Dünyanın ən soyuq şəhəri
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Yayda sağlam qidalanma üçün tövsiyələr
İlahilər
Stadion istismara verildi
Ağ və qırmızı turpun faydaları
Boyundakı duzları necə əritməli?
Jirinovskinin yeni sevdası
Məmməd Əmin Rəsulzadənin şəklinin üstü açıldı
Türkiyə döyüşə hazırdır
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
Bayramdan sonra necə qidalanmalıyıq?
Bakı sürücülərinə müraciət olundu
BMW-dən ən sürətli 2-Series
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
Dünyanın ən bahalı kirayə evi odur?
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Yeni ildə bir həftə iş olmayacaq
Yaddaşı bərpa etmək olacaq?