Sürətli oxunun birinci qaydası
Reqressiyalarsız oxumaq
Qaydanın məzmunu: İstənilən çətinlik dərəcəsində olan mətni yalnız bir dəfə oxuyuram, gözlərin qayıdış hərəkətləri (reqressiyalar) yolverilməzdir. Yalnız oxu başa çatdıqdan və oxunmuşların mənası başa düşüldükdən sonra zəruri olarsa, mətni bir daha oxumaq olar. Bu qayda indi sizin oxunuzun qanunu olmalıdır. Mətn hansı çətinlik dərəcəsində olursa-olsun, gözləriniz yalnız irəli getməlidir. Heç bir qayıdış hərəkətinə yol vermək olmaz. Biz hələ tələsmirik. Məqsədimiz düzgün oxumağı öyrənməkdir. Bu yolda ilk addım reqressiyaların tamamilə ixtisar edilməsidir.
Bildiyimiz kimi dəfələrlə oxunması lazım olan çoxlu çətin və mürəkkəb kitablar var. Buna baxmayaraq hətta bu cür kitabları belə birinci dəfə oxuyarkən "reqressiyalarsız oxumaq qaydası"-na sözsüz riayət edilməlidir. Qaydanın məzmununa bir daha nəzər yetirin. Orada yalnız bir birləşməni fərqləndirmişik-mənasını başa düşmək. Bu, o deməkdir ki, çətin mətnlərin təkrar oxunması mümkündür, bəzən mütləqdir. Lakin bütün hallarda təkrar oxu faktından əvvəl oxunmuşun mənasının başa düşülməsi lazımdır. Lakin əksər oxucular oxuduqları üzərində düşünməklə özlərini yormadan mətnin bir abzasını oxuyur və oxu zamanı da başqa bir şey haqqında düşündüyünə görə heç bir şey anlamırlar. Ona görə də yenidən və dəfələrlə oxuduqları mətnə qayıdırlar və bu bütün mətn boyu belə davam edir. Belə oxunun effektivliyi, bildiyimiz kimi, şübhə doğurucudur. Yalnız ona görə yox ki, o ləngdir (təkrar oxuya 2-3 dəfə çox vaxt sərf olunur). Həm də ona görə ki, oxunmuşların başa düşməsinin keyfiyyəti və yadda saxlanılması da zərər görür. Məlumdur ki, bütün mətnlərin xətti məntiqi ardıcıllığa əsasən qurulur. Çoxsaylı qayıdışlar mətnin məzmununun karkasını dağıdır, başda xaos, qarmaqarışıqlıq yaradır. Oxunmuşa geri qayıdaraq siz dərhal əvvəlkini unudursunuz (əməli yaddaşdan silinir).
Bundan başqa, çox vaxt elə olur ki, sonrakı şərhdə (Məsələn, növbəti sətirlərdə, abzasda, səhifədə) mətnin anlaşılmayan yerləri aydınlaşır.
Sürətli oxunun birinci qaydasının məzmununu sizin üçün rahat olan ölçüdə ayrı-ayrı vərəqlərdə, məsələn, 125x75mm ölçülü biblioqrafiya kağızında, yaxud standart yazı kağızının yarısında iki nüsxədə yazın. Onu bir neçə dəfə təkrarlayın. Yadda saxlamağa çalışın. Bir nüsxəni xəyali nəzərinizin ekranındakı iş stoluna yapışdırın. İndi nəzəriniz həmişə bu qaydaya yönələcək. İkinci nüsxəni isə həmişə qeyd dəftərçəsində özünüzlə gəzdirin. Qeyd dəftərçəsini açdıqda gözlərinizi kitab və dərsliklərdən çəkdikdə siz daim sürətli oxunun birinci qaydası ilə rastlaşırsınız.
İndi isə öz oxunuzu reqressiyasız təsəvvür edin. Gözlər mətnin üzərində yalnız irəliyə doğru hərəkət edir, heç bir qayıdış hərəkəti edilmir. Siz həmişə belə oxuyacaqsınız. Siz bunun öhdəsindən gələcəksiniz. Qəzetdə sizi maraqlandıran bir məqaləni reqressiyasız oxuyun. Hətta oxuduqlarınızın mənası başa düşüləndən sonra belə mətni ikinci dəfə oxumağa tələsməyin. Oturub fikirləşin. Çox şeyi xatırlayacaqsınız. Əgər üç dəqiqə ərzində oxuduqlarınızdan baş çıxara bilməsəniz, yenidən oxuyun. Təkrar oxunun səbəblərini qeyd edin: həqiqətən də, çətin mətn, yoxsa diqqətin olmaması?
Gündəliyinizdə öz təəssüratlarınızı yazın. Bir həftə ərzində hər gün bu məşğələni yerinə yetirin.
İntellekt nədir?
Bir məqalədən çıxarış: "İntellektual davranış. Bu, həmişə bir neçə imkan arasından seçim etməyi tələb edir. Sadə bir misal: Siz şəhərin o biri başına getməlisiniz. Bunu müxtəlif nəqliyyat növlərinin vasitəsilə edə bilərsinız, lakin piyada getmək də olar. Yola düşməzdən əvvəl biz vəziyyəti dəyərləndirəcək, əlimizdə olan imkanları ölçüb-biçək və onlardan hansısa birini seçərək hərəkət planı quracağıq. Başqa sözlə, qarşımızda müəyyən bir məqsəd var, lakin düzgün qərarın seçilməsi bizim özümüzdən asılıdır. Biz öz tələbatlarımızı avtomatik olaraq (ehtiyacın ödənilməsinin mexanizmi ilə maraqlanmadan) ödəmirik, məqsədə çatmağın müxtəlif yollarını şüurlu şəkildə seçirik və bir-biri ilə tutuşdururuq.
İntellektual fəaliyyət ən ali dərəcəsində insana xas olan bir şeydir. Moskva universitetinin professoru, məşhur psixoloq A.R.Luriya bir dəfə
hesablamışdı ki, insan davranışının səkkizdə yeddi hissəsi intellektual aktlardan formalaşır və səkkizdə biri "təmiz" şərti və şərtsiz reflekslərdir.
Hər bir intellektual akt üç hissədən, yaxud üç mərhələdən ibarətdir. Birinci mərhələ məqsədə çatmaq uğrunda istiqamətlənmə və hərəkət planının hazırlanmasıdır. İkinci nəzərdə tutlan planın yerinə yetirilməsi, yaxud gerçəkləşdirilməsı mərhələsidir və nəhayət, üçüncü mərhələ əldə edilmiş nəticə ilə qarşıya qoyulmuş məqsədin tutuşdurulmasıdır. Çəkdiyimiz misalda birinci mərhələ bizim üçün hansı nəqliyyat növünün daha rahat olması barədə götür-qoy edilməsi, müxtəlif variantların müqayisə edilməsi və ən yaxşısının edılməsidir; ikinci bu və ya digər variantın gerçəkləşdirilməsi və nəhayət, üçüncü işə vaxtında çatmağımızdan dolayı məmnunluqdur. Göründüyü kimi insanda intellektual aktın birinci və ikinci mərhələsi (üçüncüdən hələ danışmırıq) bir-birindən çox dəqiq şəkildə ayrılır. İnsan əvvəlcə əlində olan imkanları nəzərdən keçirir, hərəkət planı tərtib edir, yalnız bundan sonra bu planı həyata keçirir. İnsanın digər canlılardan, məsələn, insanabənzər meymunlardan əsas fərqi (intellektual davranışa dair olan şeylərdə) də bundadır".
Leontyev A.A. "İnsan dünyası və dil dünyası", - M., 1984, - S.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlənməkdə say məhdudiyyəti varmı?
Sabirabadlının başına "dövlət quşu" qondu
Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar - SİYAHI
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Gözəl maşınlar
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Hunzalılar -ən sağlam xalq
Rusiyaya daha bir şok
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Gözəllik üçün praktik məsləhətlər
Bu gün Məhərrəm ayı başlayır
Kağızdan əl işləri
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Vafli (foto resept)
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Uşaqlara Vulkan, Leysan adlarının qoyulmasına icazə verilməyib
Günün ulduz falı - 22.12.2013
Prezident: “Təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik”
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Google sensor ekranlı noutbuk göstərdi
"ASAN xidmət" mərkəzlərində işləmək istəyirsiz?
Azərbaycanda könüllü donorların sayı AÇIQLANDI
190 manat nə vaxt ödəniləcək? - AÇIQLAMA
Bergüzar Korel hamilədir?
Kolleclərə tələbə qəbulu başladı
Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər
Kəsmikli xəmirdən burma (foto-resept)
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Avtomobilə hansı hallarda həbs verilir?
Obamadan şok etiraf
Oxşar ulduzlar
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Avropa çempionatında inanılmaz dəyişiklik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kriştianu Ronaldu möcüzə edə bilmədi
Emosional zəka
Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Heyvansevərlər üçün maraqlı şəkilər
Meşələri istirahətə qurban verməyək
Sabahın HAVAsı
Smarfonların bu ziyanını bilmirdiniz
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
Kəsmik kürəcikli, şokoladlı keks (foto resept)
5 möhtəşəm oval dırnaq manikürü
İngilis dili-Mm
2020-ci ilin ayaqqabı trendləri
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
İngilis mediası Meqanı tənqid etdi-FOTO
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO
- ŞƏRHLƏR