Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Qadin.Net dilə gəldi...

Qadin.Net dilə gəldi...
Günlərdən şənbə idi. Hava sakit, səma isə aydın idi. Təmiz hava almaq məqsədilə həyətə çıxdım. Özümlə də bir kitab götürdüm. Dedim hava alarkən vaxtımı boş yerə itirməyim. Kitabı yenicə vərəqləmişdim ki, arxamdan biri səsləndi və yanımda əyləşmək istədi. Üzərində baş aça bilmədiyim tərzdə bir geyim var idi. Geyiminin bir hissəsi təzə, təmiz idi. Digər hissəsi isə bir qədər yaprıxmış və əldən düşmüşdü. Bu adam diqqətimi özünə maqnit kimi çəkmişdi, amma tərbiyəsizlik kimi çıxmasın deyə kitabımı vərəqləyirdim.
- Deyəsən, məni tanımadın.
Onu ilk dəfə gördüyümə əmin idim. Amma buna baxmayaraq siması tanış gəlirdi.
- Bağışlayın, üzünüz tanış gəlsə də, sizi tanımıram.
- Hə, nə olar ki, bu saat tanış olarıq. Mənim adım Sistemdir.
Çaşmışdım. Belə də ad olar? Yəni hələ də uşaqlarına bu tip adlar qoyan valideynlər var?
- Mənim isə
- Bilirəm. Hamınızı tanıyıram, Səni də, Ceylan xanımı da, Afət xanımı da, Xəyalə xanımı da, hamınızı. Axı mən Qadın.Netin Sistemiyəm. İndi oturub hər kəsin adını saysaq, mənim bura gəlişimin məqsədindən yan keçmiş olacayıq.
Bunun bir zarafat olduğunu düşünürdüm. Uzun söhbətdən sonra aydın oldu ki, Sistem deyə özünü təqdim edən bu şəxs heç də adam deyilmiş. Yəqin bu bir sehrdir. Bizim saytın sistemi dilə gəlib, adam cildinə girib. Qətiyyən inanılmaz bir haldır. 
- Hə, bax belə. Gəlişimin bir məqsədi var. Qarşıma ilk sən çıxdın deyə sənə danışacam dərdimi. Sən də imkan daxilində bunu hər kəsə danış. Paltarımı görürsən də, bir tərəfi artıq köhnəlir. Paltarlarım əslində müəyyən qədər Qadın.Neti təmsil edir. Mən elə bir sisteməm ki, çoxları mənim yerimdə olmaq istəyir. Amma hər kəsin buna gücü çatmır. Çoxları belə baxanda məndən ibrət alır, yeni məlumatlar öyrənir, yeni bacarıqlar əldə edir, yeni insanlar tanıyır, dərdini bölüşür və dünyasını gözəlləşdirir. Hamının rəqibləri olduğu kimi mənim də rəqiblərim var. Hərçənd ki, mən heç kimlə rəqabət aparmıram. Düşünürəm ki, bu dünya hamımıza çatar və əl-ələ tutub sadəcə onu gözəlləşdirməliyik. Bax, bütün bu gözəllikləri paltarımın səliqəli hissəsinə diqqətlə baxsan, görəcəksən. Digər hissə isə ən yaralı yerimdir və səndən, eləcə də məndən istifadə edən hər kəsdən onu düzəltməkçün kömək istəmək qərarına gəlmişəm.
Qadin.Net dilə gəldi...

- B... biz.. 
- Səbr elə hələ, bilirəm ki, baş verənlərə alışa bilmirsən. Amma dünyada hərdən belə şeylər də olur. Deməyim odur ki, mənə kömək edin ki, daha da çiçəklənim, fərəhlənim.
- Necə?
- Çox sadə. Mənə məlumat yükləyən, xəbər göndərən hər kəsə müraciət edərək de ki, səliqəli olsunlar. Qoyduqları hər xəbəri adıma layiq qoysunlar. Axı Qadın.Net kimi təkrarlanmayan ikinci bir portal demək olar ki, yoxdur. Mənim sistemimdə Azərbaycan əlifbası ilə yazmaq və tərcümələri gözəl etmək gərəkdir. Şəkillər seçərkən mütləq onun keyfiyyətinə fikir vermək və mövzuya uyğun, loqosuz şəkillər seçmək lazımdır. Bir neçə redaktorun bu qüsurları düzəltməyi gördüyün kimi həm məni, həm də onları heyfsləndirir. Axı mən hər bir istifadəçimi çox gözəl tanıyıram. Bilirəm ki, hər biri istəsə, qoyduğu xəbərləri yüksək dərəcədə keyfiyyətli edə bilər, amma çoxu etmir. Bax, bu da mənim xətrimə dəyir. Söz ver ki, bunu istifadəçilərimə deyəcəksən. Qoy, mənim qədrimi bilsinlər ki, mən də onların rəngarəng həyatlarını daha da gözəlləşdirə bilim.
Bir xeyli danışdıqdan sonra birdən gəldiyi kimi də, birdən yox oldu. Ətrafa çox baxdım, amma ondan qəti bir iz görmədim.
Bax belə. Bu da mənim başıma gələnlər. Söz verdim və sizə çatdırdım. Siz isə oxuyun və mənimlə birgə nəticə çıxarın.
Səslərin sayı: 15
46
4326
loading...
Şərhlər
Offline
MÜSƏLMANKA
AAAa bu nə maraqlı sistemdir belə mənim qarşıma niyə çıxmır görəsən smile xəbər həm məzəli həmdə əla alınıb elə tərzdədirki heçkimin xətrinə dəymir
13 iyul 2015 05:55
Offline
Xanim_Xatun
Siz isə oxuyun və mənimlə birgə nəticə çıxarın
13 iyun 2015 12:57
Offline
Xanim_Xatun
Cox maraqlı alınıb..
16 noyabr 2014 01:51
Offline
Xalidə Həsənzadə
Təşəkkür xebere gore
14 sentyabr 2014 11:42
Offline
♥Mira♥
Super xeber idi tesekkur edirem girl_ang give_ros
9 avqust 2014 13:29
Offline
Ibrahimova Gulya♥S♥
Maraqli xebere gore tewekkur Agat
8 avqust 2014 23:06
Offline
Memmedova Elmira
Cox maraqlidi.
8 avqust 2014 19:10
Offline
Aysel İ.
Sistemlə tam razıyam. Xəbər göndərən istifadəçilər səhifələrə ölçüsü, keyfiyyəti çox gözəl olan şəkillər yerləşdirdiyi halda, göndərdikləri xəbər normal şəkil yerləşdirmir, çox vaxt isə heç yerləşdirmir. Ana dilimizdə yazdıqları yazını belə hərfləri düz yazmır. Biz 21 -ci əsrdə yaşayırıq. İstedadımız bundan daha yaxşılarını etməyə imkan verir bizə. Xəbər bazasına daxil olduğum zaman redaktorlarımıza sözün əsl mənasında yazığım gəlir. Sistem şikayət etməsin nə etsin?
Bezi xeberler dogurdan da yaxsi alinmir.Hormetsizlik olmasin ama bezi xeberleri oxuyanda ve sekle baxanda hetta onlari zidd ayrintilar olaraq gormek olar

Sizinlə isə heç razı deyiləm. Qadın netdə. bu sistem qardaşımız nə başqa saytlardan kopya xəbər, nə də tam mükəmməl olunmayan xəbəri qəbul etmir və dərc etmir. Xəbər sayta normal göndərilməyəbilər. Ancaq həmin istifadəçi və redaktorlarımızın birgə səyi nəticəsində xəbər tam mükəmməl halda sizlərə təqdim olunur.
8 avqust 2014 01:09
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Jessamine
Cox maraqlidi
7 avqust 2014 18:13
Offline
Şəri Babayeva
Maraqlıdı girl_smi sistem məndən şikayət etsə mənə deyin wink
7 avqust 2014 17:30
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
sebine ismayilova
Sıstem dıle gelıb lol ozunuzu yıgıwdırın mocking
7 avqust 2014 16:21
Offline
Qəribə
Ellada Babayeva
Ask Denizi:),
Ola bilməz belə şey.Çünki redaktorlar düzəliş edir.Hər bir mətn üstündə qızlarmız əziyyət çəkir.Kefiyyətsiz xəbər efirə verilmir..
Maraqli xeberdi tesekkur edirem.
7 avqust 2014 15:42
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xəyalə Murad
Hmmm duzdur . Bezi xeberler dogurdan da yaxsi alinmir.Hormetsizlik olmasin ama bezi xeberleri oxuyanda ve sekle baxanda hetta onlari zidd ayr4intilar olaraq gormek olar

Xanım, siz hansı xəbərdə yazdığınız səhvi görmüsüz, zəhmət olmasa qeyd edin.
7 avqust 2014 15:21
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Ask Denizi:),
Ola bilməz belə şey.Çünki redaktorlar düzəliş edir.Hər bir mətn üstündə qızlarmız əziyyət çəkir.Kefiyyətsiz xəbər efirə verilmir..
7 avqust 2014 15:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Deniz N-va
Hmmm duzdur . Bezi xeberler dogurdan da yaxsi alinmir.Hormetsizlik olmasin ama bezi xeberleri oxuyanda ve sekle baxanda hetta onlari zidd ayrintilar olaraq gormek olar fellow
7 avqust 2014 14:27
Offline
Agat_Kris
Sonay Quluzade,
Mən səninlə heeeç razı deyiləm. Bir adam məzmuna söz deyə bilməz çünki çox gözəl və keyfiyyətli məzmunlarımız var. Camaat bizdən məzmun ideya oğurluyuree))
7 avqust 2014 13:11
imza: Pozitiv olun!
Offline
Narin...
Xanımlar xəbər Agat xanımındı mənim deyil. Yalnışlıq olub)

Onda hər ikinizə təşəkkürlər. kiss

Təbii ki, yaxşılar da var. Qeyd edilib yaxşıların az bir qismi amma əsas məqsəd tərfiləmək deyildi deyə daha tərif yağdırmadım.

Məndə varam yaxşıların arasında? crazy Sistem bəy yenə saa qonax gəlsə məni tərifliyərsən yaxşı. biggrin
7 avqust 2014 12:08
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
SAYKA
Maraqli xeberdi tewekkurler.
7 avqust 2014 11:22
Offline
Ceylan Mumoğlu
Bəzilərinin hədsiz sevinci anlaşılandır, heç olmasa sezdirməsə laughing
7 avqust 2014 10:57
Offline
nigar dadasova
Tesekkurrler maraqli yazidi
7 avqust 2014 10:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )