Bakıda hava 24°
USD 1.7023 AZN
EUR 1.9047 AZN

Sürətli oxu - 4

 

Sürətli oxu - 4

 

Sürətli oxunun  birinci qaydası

Oxunun üsulu

Əvvəlki söhbətimizdə ilk tapşırıqları yerinə yetirərkən siz öz oxu nöqsanlarınızı və onun başlanğıc sürətini müəyyənləşdirdiniz. Çox vaxt bizdən soruşurlar: "Sürətli oxunu mənimsəyən insan indi hər şeyi sürətlə oxuyur?" Əlbəttə ki, xeyr.
Sürətli oxunun fiziki tətbiq hüdudları var. Oxunun bütün üsullarını beş qrupa ayırmağı təklif edirik. Hər dəfə oxuya başlamazdan əvvəl məqsədlərə, vəzifələrə və vaxt büdcəsinə müvafiq olaraq müəyyən rejim seçmək lazımdır. Sürətli oxu heç də mənalı informasiya əldə etməyin
universal metodu deyil. Lakin sürətli oxuya yiyələnməyin vacibliyi onunla izah olunur ki, ümumi vaxt həcmində mənalı informasiya əldə etməyin böyük bir hissəsi onun payına düşür.
İnformasiyanın əhəmiyyətli dərəcədə böyük bir hissəsini digər oxu üsullarının hesabına əldə edirik. Bunların arasında isə əsasları aşağıdakılardır:
1) dərinləşdirilmiş;
2) sürətli;
3) panoram-sürətli;
4) ordan-burdan;
5) gözdən keçirmə oxu;
6) seçmə oxu.
Bu üsullardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
Dərinləşdirilmiş oxu: Belə oxu zamanı bütün təfərrüatlara diqqət yetirilir, onların təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı adlandırırlar. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşısı hesab olunur. Siz sadəcə mətni oxumur və anlaşılmayan yerləri aydınlaşdırmırsınız, həm də öz biliklərinizə tərübənizə əsaslanaraq məsələni tənqidi, yaradıcı şəkildə nəzərdən keçirirsiniz, izahlarda güclü və zəif yerləri tapırsınız, fikir və qənaətləri müstəqil şəkildə təfsir edirsiniz ki, bu da oxunmuş materialı asanlıqla yadda saxlamağa imkan verir, məşğələlərdə fəallığı yüksəldir. Bu yolla tanış olmayan, həmçinin çətin mövzuda olan dərsliklər, mətnlər oxunur.

Sürətli oxu - 4

Sürətli oxu: Yuxarıda bu üsul kifayət qədər ətraflı izah edilib. Sürətli oxu mükəmməlləşdikcə artıq qismən dərinləşdirilmiş oxuya keçir.

Panoram sürətli oxu: Bu, sürətli oxu texnikasının sonradan təkmilləşməsinin nəticəsidir. Stereo cədvəllərlə xüsusi məşq terminlərindən istifadə etməklə şagird əməli görüş sahəsinin əsaslı şəkildə artırılmasına nail olur. Fuziya divergensiyası adlandırılan bir effekt, daha doğrusu, gözün görmə oxlarının ayrılması meydana çıxır. Bunun hesabına da oxunun sürəti və oxunuşların mənimsənilməsinin keyfiyyəti artır.

Ordan-burdan oxu: Bu, sürətli oxunun elə bir növüdür ki, bu zaman mətnin ayrı-ayrı fəsilləri ordan-burdan oxunur. Oxucu sanki hər şeyi

görür və bu zaman heç nəyi buraxmır, lakin diqqətini yalnız mətnin ona lazım olan tərəflərinin üzərində cəmləşdirir. Ordan-burdan oxu metodu çox vaxt kitab bir dəfə nəzərdən keçirildikdən sonra onun ikinci dəfə oxunması zamanı istifadə olunur. Təbii ki, bu cür oxunun sürəti sürətli oxudan əhəmiyyətli dərəcədə yüksəkdir, çünki kitabın səhifələri lazım olan fəsil axtarılıb tapılana kimi vərəqlənir. Onu dərinləşdirilmiş şəkildə oxuyurlar.

Gözdən keçirmə oxu: Kitabla ilkin tanışma üçün istifadə edilir. Bu, oxunun son dərəcə mühüm üsuludur və sadəliyinə baxmayaraq ona çoxları yiyələnib. Məsələn, məşhur rus kitab həvəskarı N.A.Rubakinin mükəmməl yiyələndiyi oxu texnikası təsvir olunur: "O, heyrətamiz şəkildə sürətlə oxuyurdu, daha doğrusu, kitabı, onun dəyərini müəyyənləşdirirdi. Onu əlinə götürürdü, ön sözə göz gəzdirirdi, mündəricatda müəllifin onun baxışları haqqında fikir yürütmək imkanı verən nisbətən mühüm fikirlərini axtarırdı, nəticədə nəzərdən keçirirdi, kitabın və onun məzmununun diaqnozu qoyulurdu".

Seçmə oxu: Soyad, söz, fakt axtarmaq məqsədilə cəld nəzərdən keçirmədir. Təcrübələr göstərib ki, sürətlə oxuyan insan bu axtarışı ənənəvi qaydada oxuyandan iki-üç dəfə daha tez icra edir. Görmə aparatını, xüsusilə də, periferik görməni inkişaf və məşq etdirərək o, mətnin olduğu səhifəyə bir anlıq nəzər yetirir və lazımi məlumatları görə bilir.

Oxunun nəzərdən keçirilmiş  üsulları oxu kimi təbii və sadə görünən bir prosesin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin mürəkkəbliyini və müxtəlifliyini göstərir. Onların hər birinə yiyələnmək sürətli oxu vərdişinin forınalaşdırılması kimi vacibdir. Oxu incəsənəti hər
dəfə oxunun məqsədindən, mətnin xarakterindən və vaxt büdcəsindən asılı olaraq müvafiq rejimi seçmək bacarığı tələb edir.

                                                                Biz niyə reqressiyalarla oxuyuruq? 

Şərqin müdrik insanlarından biri, ərəb yazıçısı Abbas Mahmud əl-Akkad "Kitablar arasında keçən saatlar" adlı əsərində yazırdı: "Bilmirəm, kitabı bir dəfə oxumaq vərdişi oxucularda haradandır. Axı kitab özündə ətraf aləmi seyr etmək üçün görünüş və səsdən daha çox sirli simvollar və imkanlar ehtiva edir. Əgər ağlın hislərindən daha yaxşı inkişaf edibsə, oxunmuşlara geri qayıtmaq daha yaxşı olardı-bu yolla sənin fikirlərinin inkişafı yoxlanılır."
Çətin və maraqlı kitabları bir neçə dəfə oxumaq təklifi ilə razılaşmaq olar. Dərsliklərin, çətin və mürəkkəb mətnlərin oxunması zamanı təkrar və dəfələrlə oxu qanunauyğun və yerinə düşəndir. Təəssüf ki, çox vaxt adi və asan mətnlərin oxunması zamanı gözlərin qayıdış hərəkətlərin müşahidə etməli oluruq. Mətni reqressiyalarla oxuyarkən gözlər geriyə doğru hərəkətlər edir. Məsələn, 2 nöqtəsindən 3 nöqtəsinə, hərçənd ehtiyac yoxdur. Əgər bu, mətnin hər sətrində baş verirsə, aydındır ki, belə oxucu bütün mətni iki dəfə oxuyur. Biz məhz bu cür reqressiyaları ənənəvi ləng oxunun əsas nöqsanlarından biri hesab edirik. Bu qayıdışlar da oxunun nöqsanıdır. Çox vaxt oxunun davamı ortaya çıxan sualları aradan qaldırır və qayıdışları lüzumsuz edir. Lakin elə qayıdışlarda var ki, onları əsaslandırılmış hesab etmək olar. Onlar yeni fikirlərin əmələ gəlməsi zamanı ortaya çıxır. Bəs reqresiyaların təbiəti necədir? Birinci səbəb vərdişin gücüdür. Sürətli oxuya dair təcrübi kurslardan birinin dinləyicisi bir dəfə etiraf etmişdi: "Oxuyarkən daim hər şeyi dəfələrlə yenidən oxuyuram. Lakin yenə də heç nəyi başa düşə və yadda saxlaya bilmirəm. Niyə belə oxuyuram? Mənə elə gəlir ki, beynimdə balaca bir iblis oturub və elə hey pıçıldayır: "Geri qayıt, heç nə aydın deyil, geri qayıt!" Mən daim bu məsləhətə qulaq asıram və dəfələrlə oxumağa elə vərdiş etmişəm ki, hətta küçədə mağaza lövhəsi görəndə onu bir neçə dəfə təkrar edirəm "Meyvə-tərəvəz", "Meyvə-tərəvəz"..."

Biz bu qıza kömək edə bildik. Autogen məşğələnin elə ilk seansında reqressiyalarsız oxumaq mexanizmini öyrənən qız öz şüurundan "balaca iblisi" həmişəlik qova bildi.

Reqressiyaların ikinci səbəbi diqqətin olmamasıdır. Psixoloji fəaliyyətin bu parametri insanın icra etdiyi əksər növ işlərin məhsuldarlığını müəyyən edir. Xüsusilə oxuda onun rolu böyükdür. Həqiqətən də, bir çox oxucular mətni oxuyarkən onun məzmunu haqqında deyil, tamamilə başqa şey haqqında düşünürlər. Təbii ki, bu zaman gözlərin qayıdış hərəkətləri qaçılmazdır.

Beləliklə, biz artıq reqressiyaların təbiətini bilirik və bu nöqsanla mübarizə tədbirlərini müəyyən edə bilərik. Aydındır ki, burada iki yol mümkündür: birinci yol həmişə hər şeyi təkrar oxumaq vərdişindən uzaqlaşmaq, ikinci yol isə oxu zamanı diqqətin tərbiyə edilməsidir. Bu yolların təcrübi cəhətdən həyata keçirilməsi üçün sizə iki məşğələ təklif edirik.

Səslərin sayı: 3
9
4179
loading...
Şərhlər
Offline
S.S.E.
kitab oxumaq cox gozeldir
5 fevral 2015 10:32
Offline
Aida M-ova
Təşəkkürlər şərhləriniz üçün give_ros
5 oktyabr 2014 20:51
Offline
hesenova tacire
Men kitab oxumaqi sevirem
11 sentyabr 2014 17:20
Offline
Deniz N-va
Fantazi ve dekdektif kitablari cox sevirem love
4 sentyabr 2014 14:12
Offline
Zehra.
Maraqlı xəbər üçün təşəkkürlər.
22 avqust 2014 22:00
Offline
Arzularin_Limani.
Men de maraqli kitablari seve seve oxuyuram
22 avqust 2014 18:31
Offline
Dəniz84
Bu cür öyrədici və maraqlı xəbər üçün minnətdaram. Xoşuma gələn və maraqlı kitabları oxuyuram. Mütləq. Təşəkkür.
22 avqust 2014 17:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
zara
MARAQLI KITAB GORENDE NE QEDER ISIM OLSADA OXUYURAM
22 avqust 2014 16:15
Offline
♥♥S.Nur♥♥
Maraqli bir shey oxuyuramsa,mutleq derinden oxuyuram.Cox saq olun.
22 avqust 2014 16:01
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!