Sürətli oxu nədir?
“Literaturnaya qazeta”-nın qeydlərindən birində yazılmışdı: "Dəqiqədə beş min işarə - mühəndis Bloxinin oxu sürəti belədir".
Öz metodunun məğzini izah edərkən Bloxin belə dedi: "Mən heç vaxt oxuduqlarımın üzərində düşünmürəm".
Əvvəlki xəbərimizdə artıq oxu prosesinin mürəkkəbliyi və müxtəlifliyi barədə danışmışıq. Bu problemə daha bir baxış da mövcuddur. İnsanlar yüz əsrlərdir ki, oxuyurlar, lakin oxunun sürətinin artırılması yalnız dövrümüzdə bütün kəskinliyi ilə meydana çıxıb. Səbəb nədir? Bu suala cavab vermək üçün elmi və kütləvi kommunikasiya proseslərində, daha doğrusu çap informasiyalarının formalaşdırılması və ötürülməsi proseslərində baş vermiş keyfiyyət dəyişmələrini nəzərdən keçirmək lazımdır. İnsan cəmiyyətinin inkişaf tarixi, hər şeydən əvvəl, məlumatın yenidən işlənməsi və sıxılması yolu ilə biliklər xəzinəsinin inkişaf tarixidir. Cəmiyyətdə həmişə tərkibində yeni biliklər olmayan böyük əlavə məlumatlar axını dövr edir. Düşünmək lazım deyil ki, məlumatın yenidən istehsal edilməsi müasir inkişafın nəticəsidir. Tarixə nəzər salsaq, keçmişdə də oxşar faktların mövcud olduğunu görərik. Qədim misirlilər papiruslarda rəqəmlər vasitəsilə üçbucaqların xüsusiyyətləri və əməliyyat yerinə yetirmə qaydalarına dair o qədər qeydlər ediblər ki, bu materialların mənimsənilməsi onların müasirləri üçün sadəcə qeyri-mümkün olub.
Çıxış yolunu konkret halların biliklərini ümumi və daim təkrarlanan müddəalarla-qanunauyğunluqlarla əvəzləməkdə tapıblar. Beləliklə, riyaziyyatda yeni cərəyan-məsələ həllinin cəbri metodları yarandı. Buradan belə nəticə çıxarmaq olar ki, məlumat bolluğunun səbəb olduğu müasir informasiya böhranı şəraitində oxu elə təşkil olunmalıdır ki, artıqları seçib ayırarkən yalnız əsaslı dərəcədə yeni olanları, biliklərin əsaslarını seçə bilək, təfəkkür vasitəsindən istifadə edərək yaddaşımıza yeni biliyin əsasını qoya bilək. Burada izah edilmiş informasiyanın emal edilməsi proseslərinin modeli sürətli oxunun nə demək olduğunu izah etməyə kömək edir. Beləliklə, sürətli oxu oxunmuşun tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən tam mətnin oxunmasıdır. Bununla da, deyə bilərik ki, sürətli oxu "diaqonal üzrə" səthi oxu deyil, başdansovdu oxu da deyil. O, fəal yaradıcı idrak prosesidir, bu proses zamanı oxucu faktları, hökmləri təhlil edir, ayrı-ayrı məfhumların sintezini aparır, nəticədə də yeni biliyin təməli qoyulur. Məhz buna görə də sürətli oxunun təlimi metodikasının işlənib hazırlanması təkcə analizatorların: nitq, eşitmə, görmənin idarə edilməsi məsələsinin həllini tələb etmir, həm də əqli fəaliyyətin alqoritmlər sisteminin, yəni müəllifin mətində ifadə etdiyi və oxucu üçün yetərli və vacib olan məlumatın ortaya çıxarılması və emal edilməsi əməliyyatlarının işlənib hazırlanmasını tələb edir. Məhz buna görə də çox vaxt məlum olur ki, sürətli oxu, nə qədər paradoksal olsa da, oxunmuşun keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir.
Məşhur Sovet psixoloqu L.S. Vıqotski hələ 1931-ci ildə yazırdı: “Adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, çünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir”.
Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu olduqca mühüm əhəmiyyət kəsb edir. Vərdiş nədir? Psixologiyada vərdiş heç bir cəhd olmadan, avtomatikləşmiş hərəkətlər kimi təyin olunur. İnsan hələ uşaqlıqdan özündə bu vərdişlər sistemini formalaşdırır. Biz cəhdsiz hərəkət edirik, velosiped sürürük, üzürük və s. Həmçinin mühüm olan vərdişin bir dəfə formalaşdıqdan və möhkəmləndikdən sonra artıq bütün ömür boyu davam etməsi halıdır. Məsələn, siz üzməyi öyrənmisinizsə, sizin suda qalmaq bacarığınız istənilən situasiyada qorunub saxlanılacaq. Təsadüfən suya düşsəniz, məsələn, dostlarnız sizi körpüdən itələsələr, hətta geyimli və ayaqqabı ilə suyun dibində qalacaqsınız. Bu vərdişə malik olmayan insanlardan fərqli olaraq, suda boğulmayacaqsınız, suyun dibinə getməyəcəksiniz. Buna bənzər hadisə bizim situasiyamızda da baş verir. Sürətli oxu metoduna yiyələnərək siz həmişə sürətlə oxuyacaqsınz, həmişə informasiya okeanının üzərində qalacaqsıniz, onun sizi batırmasına imkan verməyəcəksiniz. Bununla yanaşı, siz oxunun sürətinin əsirinə çevrilmirsiniz. Hər dəfə mətnin növündən və oxunun məqsədindən asılı olaraq oxunuzun sürətini tənzimləyirsiniz.
Oxunu hansı halda sürətli, hansı halda isə ləng hesab edəcəyimizi müəyyənləşdirmək üçün Cədvəl 1-də göstərilmiş sürət şkalasına əsaslanırıq. Sürətli oxu kursu oxu sürətini ilkin sürətlə müqayisədə orta hesabla 3 dəfə artırmağa imkan verir; bir qayda olaraq, şagirdlər dəqiqədə 3000 və daha çox işarə (3000 işarə - təxminən 500 sözdür) sürətinə çatırlar. Belə sürət bir saata, orta hesabla, 100-ə yaxın eyni formatlı kitab səhifəsini oxumağa imkan verir.
Cədvəl 1. Oxu sürətinin normativləri.
Oxunun sürəti |
Dəqiqədə səslərin sayı |
Çox ləng |
900 |
Ləng |
1200 |
Orta |
1500 |
Ortadan yuxarı |
1800 |
Sürətli |
3000 |
Çox sürətli |
5000 |
Fövqəlsürətli |
10000 və daha artıq |
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uğur gətirən pişik 317 min manata satılır - FOTO
Bağırsağınız SAAT KİMİ işləyəcək - SADƏ VASİTƏ
Dünyanın ən etibarlı evi - FOTOLAR
Yay üçün donlar
Gözaltındakı qaraltını yox edən maska
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Azərbaycan elminə ağır itki üz verdi
Daha bir məşhur futbolçu koronavirusa yoluxdu
Bekhemin oğlu diqqət mərkəzində-FOTO
Uşaq ayaqqabıları
Əllərinizin xəbərdarlığına laqeyd qalmayın - FAYDALI MƏSLƏHƏT
İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi
Qarabağ həllini tapacaq
Neçə saat yuxu yatmalıyıq?
"Eurovision 2017" başladı
Aşiq olan qadınların 5 tipi
Gülmək istəyənlər üçün komediya filmləri
HAVA necə olacaq? 20 MAY
Tədris ilinin uzadılması nəyə hesablanıb?
Sabahdan Azərbaycanda payız başlayır
Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-25 Avqust
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Peskov Rusiya və ABŞ münasibətlərindən danışdı: “Hazırda vəziyyət çox da yaxşı deyil”
Ovu qarnını yeyib çıxdı - FOTO
Meryem Üzerli təyyarədən endirildi-SƏBƏB
Qaraciyəri təmizləyən 3 tərəvəz suyu
Ləziz badımcan (foto resept)
Məşhur aktyor evləndi-FOTO
TƏBİB-dən ofisdə işləyənlərə XƏBƏRDARLIQ
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Məşhur alimdən yadplanetlilərlə bağlı sensasion açıqlama
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
Koronavirusla bağlı son STATİSTİKA
Xəmir sənəti
Qadin.Net-in xarici xanımları (VII hissə)
Nəzir etmək Allahla şərt bağlamaq sayılır?
Yeni il öncəsi qənaət və qazanmaq imkanı
136 kq arıqladı hər kəsi heyrətləndirdi-FOTO
Övladları Nikol Kidmandan imtina etdi-SƏBƏB
Fondun bayram hədiyyəsi
Yanvarın hava proqnozu açıqlandı
Azərbaycan çaylarının suyu azalıbmı?
Təlqinlə bədəni gücləndirin
Kiçik evlər üçün dekorasiya
Microsoft inqilab edir. Windows 10 gəlir
Güllü və fıstıqlı keks ( foto resept)
"Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi
Yazı yazmaq təkcə ruhu dincəltmir
- ŞƏRHLƏR