Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik.
Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq, istiqialiyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.
Həm tarixi mənbələr, həm də maddi mədəniyyət və incəsənət abidəiəri göstərir ki, qədimdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri - “tuğra”ları olmuşdur. Məsələn, görkəmli dövlət xadimi və sərkərdə, istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla bərabər “Qırmızı taclı”, “qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş - “Simurq quşu ilə əjdahanın döyüşünü təsvir edən “tuğra”sı dövlətin rəsmi rəmzi, bir növ emblemi xarakteri daşımışdır. Yuxarıda qeyd etdiyimiz kimi, hökmdarlara məxsus belə rəmzlər xanlıqlar dövründə də geniş yayılmışdır.
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı dövründə Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur. Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhəyə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirin təsviri də Şirvanşahlar dövlətinin qüdrətindən xəbər verən monumental emblemdir.
Azərbaycan Xalq Cümhuriyyəti qədim diyarımızda milli hüquqi dövlətçiliyimizin əsasını qoymuşdur. Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə
bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı mübarizəsinin misilsiz qələbəsidır. Qısa dövr ərzində Azərbaycan hökuməti tərəfindən ali dövlət orqanları yaradılmış, türk (Azərbaycan) dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi və mədəni quruculuq sahəsində bir sıra islahatlar aparılmışdır.
Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərin təxirəsalınmadan yaradılması işinə başladılar.
Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillərrəmzlər, bayraq, gerb və himndir. Bundan başqa dövlətin pulu, həmçinin təsis etdiyi orden və medallarda onun atributları hesab olunur.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
Məşhur cütlük cümə günü BOŞANIR
Bakıda evlərin qiymətləri ucuzlaşır
Yumşaq və hamar ayaqlar
Bayramınız mübarək!
Acı təcrübələrdən dərs alaq
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Şakiranın səsi batdı, konsertləri ləğv edildi
HAVA necə olacaq?
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Dodaq çatları üçün nə etməli?
Ölənlərin sayı 5 dəfəyədək azalıb
MN: "Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır"
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?
Yeni kəşf: kökəlmə ailəvi problemdir
Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı
Sevgili tapmağın 30 üsulu
Emil Balayev oynadı, "Ayntraxt" 12 qolla qalib gəld
FİFA prezidentinə qarşı cinayət işi açılıb
Göyərtili blinçik (foto resept)
Yaddaşınız zəifdir? Çarə var
Qat-qat xəmirli rulet börək (foto resept)
Ana südü körpələrin stressini azaldır
Eşitmə qüsurları
Sağlam arqlamaq üçün meyvə pəhrizi
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
Köməkçi nitq hissələri. Qoşma
Qadın.Netlilərin ilk makiyajı - 2
İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin
Çipsin hazırlanması
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb
Facebook-da YENİ FUNKSİYA
Şeyx Fəxri fərmana layiq görüldü
Virtual autizm yayılır
2017-ci ilin payız rəngi: Qırmızı
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (1)
Heyran olacağınız rəsmlər
Qreypfrutun faydaları və zərərləri
Qaymaqlı tort (foto resept)
Bürclərin pul ilə əlaqələri (2)
Balanslı bəslənmənin yolları
Ölkənin dilini dəyişdilər: "Qərar qətidir və ondan şikayət etmək olmaz!"
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ
Ən xoşbəxt ölkələrin REYTİNQİ - Azərbaycan neçəncidir?
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
Demet Akalın kökəldi-FOTO
- ŞƏRHLƏR