Bakıda hava 18°
USD AZN
EUR AZN
07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41076

Roma mədəniyyəti - 1

Roma mədəniyyəti - 1

Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur.

E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.

Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.

Roma mədəniyyəti - 1

Eyni zamanda bu dövrdə kənd təsərrüfatına, memarlığa, hidrotexnikaya, hərbi texnikaya və s. aid əsərlər yazıldı. Botanika, tibb sahəsində mühüm nailiyyətlər qazanıldı. Dövrün məşhur təbiətşünaslarından Senekanın “Təbii-elmi məsələlər” adlandırdığı 7 kitabında meteorologiya və s. məsələlər, Plininin 37 kitabdan ibarət “Təbii tarix” adlı əsərində bir çox ölkələrin heyvanat aləmi haqqında məlumat verilmişdir. Varronanın qramatika, məntiq, ritorika, həndəsə, hesab, astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlığa həsr edilmiş 9 kitabdan ibarət külliyyatı da bu dövrün əhəmiyyətli elm və mədəniyyət nümunəsidir. Dövr haqqında tam məlumatı isə Strabonun “Coğrafiya”-sından almaq mümkündür.

Ptolemeyin “Coğrafiya” əsəri isə bütünlüklə kartoqrafiyaya həsr olunmuşdur. Belə ki, bu əsərdə Kanar adalarından Çinə qədər yer kürəsi səthinin bütün hissələrini izah edən iyirmi yeddi xəritə öz əksini tapmışdır. Qədim Romada tarix elmi isə öz başlanğıcını salnamələrdən götürmüşdür.

Roma mədəniyyəti - 1

Əsərlərini latın dilində yazmış ilk Roma tarixçisi Böyük Katondur. O, əfsanəvi zamanlardan başlamış eradan əvvəl 149-cu ilə qədər davam edən Roma tarixi haqqında “Mənşə” adlı əsərin müəllifidir. Katonun eyni zamanda “Kənd təsərrüfatı haqqında” adlı bir əsəri də vardır.

Roma tarixşünaslığının daha mükəmməl, dolğun dövrünün ilk nümayəndəsi isə Polibidir. Əslən yunan olan Polibi Yunanıstan və Romanın ellinizm dövründən bəhs edən “Ümumi tarix” adlı çox qiymətli bir əsərin müəllifidir. 40 kitabı əhatə edən bu əsərdən yalnız beşi bizə gəlib çatmışdır.

Roma tarixinin daha bir nümayəndəsi Tit Livi isə bədii-didaktik cərəyanın nümayəndəsi olmuşdur. Onun 142 kitabdan ibarət olan “Roma tarixi” adlı əsərinin yalnız 35-i bizə məlumdur. Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”, “Vətəndaş müharibəsı haqqında qeydlər” əsərləri isə tarixi memuar ədəbiyyatı janrının nümunələridir.

Tit Livinin əsasını qoyduğu bədii-didaktik cərəyanı imperiya dövründə Korneli Tasit (təqr. 55-120) daha da inkişaf etdirdi. O, öz əsərlərini tiranlığa və despotizmə nifrət ruhunda yazmışdı. III-II əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana çıxmağa başlayır.

Roma mədəniyyəti - 1

IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latınca əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”-nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur.

Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi. Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı.

Sədaqət Məmmədova

Ardı var...

Səslərin sayı: 6
16
4737
loading...
Şərhlər
Offline
Aida M-ova
Təşəkkürlər şərhləriniz üçün smile
12 noyabr 2014 22:52
Offline
Xalidə Həsənzadə
Maraqli xebere gore təşəkkür
24 sentyabr 2014 14:52
Offline
Ayka Eliyeva
Cox maraqli movzudur,menimde bele movzulara maragim var ve severek oxudum ardini gozleyirem sebirsizlikle..
24 sentyabr 2014 13:30
Offline
Ruhəngiz
Bu xəbərdə də maraqlı məlumatlarla tanış oldum.Tarixşünaslığın ilk nümayəndəsi Polibi olmuşdur.Düzü bu bu haqda ilk dəfə eşitdim."Odisseya və İliada "əsəri ilə texnikum illərindən tanışam.
Xəbərə görə təşəkkürlər.
20 sentyabr 2014 19:08
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Xəyalə Murad
Ümiyyətlə başqa xalqların mədəniyyəti məni özünə çəkir. Fərqli dilə maraq kimi bir şeydir. Dəyərli xəbər üçün çox sağolun Aida xanım. Davamlı olsun
13 sentyabr 2014 16:05
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
A.. AYLIN
Hhmmm maraqli melumatlar elde etdim sayende tesekkurler blush
13 sentyabr 2014 13:32
Offline
Aida M-ova
Zeyneb-Esger,
nigar dadasova,
Sizlər sağ olun give_ros
28 avqust 2014 12:19
Offline
nigar dadasova
Hm.maraqli melumata gore tesekurler give_ros
25 avqust 2014 07:47
Offline
Zeyneb-Esger
Maraqli xeber ucun tesekkurler ardini gozleyirem
24 avqust 2014 19:02
Offline
Aida M-ova
Arzularin_Limani.,
✵♥•♥⇛⇛SeVgIlIsInIn EyBeCeRi♥•♥♥•♥♥•♥♥•��,
Q,
Dəniz84,
S.N.,
Nəzrin ,
Təşəkkürlər xanımlar oxuyub fikir bildirdiyiniz üçün give_ros give_ros give_ros
24 avqust 2014 17:12
Offline
Nəzrin
Roma haqda məlumatım yox idi belə xəbərlərin ardını gözləyirik çox sağolun
24 avqust 2014 16:37
Offline
♥♥S.Nur♥♥
Qedim Roma haqqinda xeberin ardini sebirsizlikle gozleyirem.Teshekkurler,maraqli melumatlara gore.
24 avqust 2014 15:54
Offline
Aysel İ.
Roma da zəngin mədəniyyətə sahibdir. Bəziləri haqda məlumatlı idim.Sayəndə bilmədiklərimi də öyrənirəm. Sağ Ol Aida)
24 avqust 2014 15:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Roma qədim seherdir, ve ardini sebirsizlikle gozluyuruk.
24 avqust 2014 15:07
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
....
Maraqli xeberdi
24 avqust 2014 14:29
Offline
Arzularin_Limani.
Maraqli xeberdi ardini sebirsizlikle gozluyuruk
24 avqust 2014 12:54
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!