Peşəsi: Reklam ulduzu,serial oyunçusu
Doğum Yeri:Türkiyə,Adana
Doğum Tarixi: 27 Oktyabr 1983
Kıvanç Tatlıtuğun, adını ilk dəfə 2002-ci ildə 'Best Model Türkiyə' birincisi, ardından da 'Best Model World' birincisi olaraq eşitdik.Sonra "Gümüş" və "Aşkı-Memnu"adlı seriallarda da rol canlandırdığının şahidi olduq.
27 Oktyabr 1983-cü ildə Adanada, beş uşaqlı ailədə dünyaya gələn Kıvanç Tatlıtuğ, orta məktəbi Yenicə Özəl Çağ Lisəsində oxuyub. Adanada olarkən Fiskobirlik, Güney Sanayi, Çukurova Kulübü, Devlet Su İşleri və Tarsus Amerikan klubunda basketbol oynayıb.
1997-ci ildə atasının ciddi bir ürək əməliyyatı keçirməsinin ardından ailəsiylə birlikdə Adanadan İstanbula köçüb.İstanbul Kalamış Lisesindən məzun olan Kıvançın fikiri elə hey basketboldaymış.
Tək xəyalı NBA-də basketbol oynamaq olduğu üçün Ülkerspordan gələn təklifi dərhal qəbul etmiş və orada iki il forma geymişdir. Sonra bir il Beşiktaş, bir il də Fənərbaxçada oynamışdır. Ancaq dönüş etdiyi Beşiktaş komandasında zədə alması bütün xəyallarını puç etmiş və professional basketbol həyatına son qoymuşdur.
O vaxtlarda Kıvançın yaxın qohumları ona model olmağı təklif edirdilər. O isə bunlara heç qulaq asmırmış.Ta ki anasının etdiyi sürprizə qədər!
Anası bir marketin şüşəsində "Professional manikenlərlə çalışarsınızmı?" elanını görüncə, Tatlıtuğun yanında olan bir fotoşəklini göndərmişdir.Kıvanç bir də görmüşdür ki,elan verilən şirkətdən onu axtarırlar.O,əvvəlcə çaşmışdır, sonra təklifi qəbul etmişdir. "Mən idmançıyam,manikenliklə nə işim var?" deyərkən bir anda özünü podiumda tapmışdır. Daha sonra gələn təklifləri qiymətləndirən Kivanç, bu peşəyə professional olaraq başlamışdır. "Anamın məni model etmə xəyali həmişə vardı." -deyə o,xatirələrini danışırdı.
Kıvanç iki il bir agentliklə işlədikdən sonra 2002-ci ildə təşkil edilən Best Model yarışmasında əvvəl Türkiyə, sonra dünya birincisi olmuşdur.
Bundan sonra onun Fransa günləri başlamışdır. Parisdəki Success Agentlikdən gələn təkliflə bütün əşyalarını yığıb, ora getmiş və burada peşəsini 1,5 il davam etdirmişdir.
Parisdəykən, agentlikdən gələn telefonda,serial təkliflərinin pik mərhələyə çatdığını söyləmişlər. Uşaqlığından bəri kino və televiziyaya marağının olduğunu, mütləq serialın bir yerində oynamaq istədiyini, amma o zamanlar "mən maniken olacağam, sonra seriala çəkiləcəyəm" kimi xəyallarının olduğunu da sözlərinə əlavə edən Kıvanç Tatlıtuğ, ssenariləri qiymətləndirmək üçün Türkiyəyə gəlir. "Gümüş" teleserialındakı "Mehmet" xarakterini özünə çox yaxın tapdığını, oynaya biləcəyini, heç olmasa özündən nələrsə əlavə edə biləcəyini düşünürmüş.
Kıvanç Tatlıtuğ vaxtının çoxunu setdə keçirir. "Nə ailəmi, nə də yoldaşlarımdan kimsəni görə bilmirəm. Onsuz da qapalı bir həyatım vardı, indi lap qapalı oldum" deyə şikayətlənir.
O,çəkiliş aralarında kitab,jurnal oxuyur, musiqi dinləyir. Çox söhbətcil deyil.
Özünü tənqid etməyi sevdiyini söyləyən yaraşıqlı oyunçu,seriala başlamadan əvvəl bir müddət Okan Bayülgendən dərs almışdır.
Yaraşıqlı, diqqət çəkici bir fizikaya sahib olan Kıvanç Tatlıtuğ, buna görə vaxtaşırı sözün şifahi mənasında təcavüzə uğradığını da etiraf edir.Cinsi azlıqlar ona çox ilgi göstərirlər.O isə bununla əlaqədar deyir- "Mən elə bir rəftar göstərərəm ki, insanlar yanıma yaxınlaşa bilməzlər."
Gecə çölə çıxmağı, klublarda əylənməyi sevmir. Onun yerinə yoldaşlarıyla evdə oturmaqdan xoşlanır. Birlikdə televiziya izləyir ya da partilər təşkil edirlər.
Dünya podiumlarındakı müvəffəqiyyətləriylə yoldaşlarına nümunə olan Kıvanç Tatlıtuğ, David Beckhemlə olan bənzərliyi haqqında "Mənim saçım uzunkən, Beckhemın adı belə xatırlanmırdı. Əslində Beckham mənə oxşayır." deyir.
İngiliscə əla bilən, "mənim üçün əhəmiyyətli olan kariyera" deyən Kıvanç Tatlıtuğun ən böyük xəyalı isə yaxşı bir aktyor olmaqdır. Bunun üçün də ilk addımı atıb artıq. Dövlət Teatrı oyunçusu Laçin Ceylandan (serialda xalası rolunu oynayan "Gülsun" adı ilə tanıdıgımız) bir müddət aktyorluq dərsləri alıb. "Baxıram, çox əskiyim var" deyən, dərslər almağa davam edəcəyini və yaxşı bir kino filmində rol almağı çox istədiyini deyən Kıvanç Tatlıtuğun xəyallarından biri də teatrda oynamaqdır.
XƏBƏR LENTİ
İran və BAEA arasında danışıqlar təxirə salındı
Ukrayna prezidenti : "Rusiya zabitləri Ukraynada vuruşur"
Günün qoroskopu: Qətiyyətli olun!
Gəncədə yunan-Roma güləşi üzrə Respublika turniri başa çatdı
Turşu kabab (foto resept)
Azərbaycanda kompüter istifadəçilərinə XƏBƏRDARLIQ
Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”
Dəbli, yarım boğazlı çəkmələr
Ağac velosiped - FOTO
Milli Ordumuzda dəyişiklik
Şüşə əlüzyuyanlar
Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır
Giləmeyvəli sufle
Bu da uçan avtomobil
Monika Belluççinin qızı gözəlliyi ilə meydan oxudu - FOTO
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Üç nəfər öldü
Riyazi məntiq-13
"Google"nin qarşısı alınır
Sabah duman olacaq
Mədinədə kilsə tikiləcək? - RƏSMİ CAVAB
Doğulan uşaqlar niyə ölür?
20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"
Firuzə qaşının cazibəsi
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
ABŞ-dan çox önəmli peyvənd açıqlaması
Müdriklərin etmədikləri 10 əməl
"Brexit" Azərbaycana təsir edəcəkmi?
"Sevinc" salatı (foto resept)
Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal bitmir
Azərbaycanla bağlı yubileylər qeyd ediləcək
Adam Levinin dəri gödəkçə sevgisi
BÜRCLƏR bizə nə vəd edir? - 7 Aprel
Saç tökülməsinin qarşısını alan maska
Plastik tullantıları neftə çevirəcək-VİDEO
Qar gəlir!
Arqan yağının faydaları
Dözülməz istilər davam edəcək
"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
Günün ulduz falı
Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Gözlərinə tütün basanlar
Rodriqo Alves yenidən əməliyyat olundu-FOTO
Aslı Özcanla bağlı iddialara cavab verdi
Ermənilər Dağlıq Qarabağa raketləri YIДћIBLAR
Ad günündə 10 nəfər koronavirusa yoluxdu: "Böyüdəcək heç nə yoxdur"
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı
İlk elektrik təyyarəsi uçdu - FOTO
Onlar yaşasalar da, öldüklərini düşünürlər
- ŞƏRHLƏR