Köməkçi nitq hissələrinin ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmurlar, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur.
Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida köməkçi nitq hissələridir.
Qoşma
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Məsələn, evə kimi, bunun üçün və s.
Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır (asılı cümlə üzvü). Qoşmaların hamısı quruluşca sadə olur. İsmin halları ilə işlənməyinə görə qoşmalar aşağıdakı qruplara bölünür:
1. Adlıq və yiyəlik halla işlənən qoşmalar: üçün, ilə (-la), qədər, kimi, tək, -ca (-cə), haqqında, haqda, barədə, barəsində, üzrə (üzrə yalnız adlıq halla işlənir) və s.
2. Yönlük halla işlənən qoşmalar: qədər, kimi, -dək, tərəf, sarı, doğru, qarşı, -can (-cən), görə, aid, dair, əsasən, xas, məxsus və s.
3. Çıxışlıq halla işlənən qoşmalar: əvvəl, qabaq, sonra, bəri, başqa, savayı, qeyri, ayrı, ötrü, özgə, əlavə, sarı və s.
Qoşmaların məna növləri: Yaratdıqları məna çalarlarına görə qoşmaların aşağıdakı məna növləri var:
1. Birgəlik, vasitə, alət: ilə, (-la, -lə), -ca (-cə).
2. Zaman: əvvəl, qabaq, sonra, bəri.
3. Hüdud (Məsafə və zaman): kimi, qədər, -dək, -can (-cən). Səhərə kimi (zaman hüdudlu) yatmadım. Meşəyə kimi (məsafə hüdudlu) piyada getdim.
4. İstiqamət: sarı, tərəf, doğru, qarşı.
5. Bənzətmə: kimi, qədər, -tək, -ca (-cə), təki.
6. Fərqləndirmə: başqa, savayı, özgə, qeyri, əlavə.
7. İstinad: görə, əsasən.
8. Səbəb, məqsəd: üçün, görə, ötrü, sarı, üstündə, uğrunda, naminə.
9. Aidlik: dair, aid, xas, məxsus.
Yuxarıdakılar qoşmaların qrammatik mənalarıdır.
Sarı qoşması yönlük halda olan isimlə işləndikdə istiqamət bildirir (Evə sarı get). Bu qoşma bəzən (şifahi nitqdə) ismin çıxışlıq halı ilə işləndikdə səbəb mənasını bildirir; Səndən sarı nigaranam.
Qoşmaların omonimliyi: Bəzi qoşmalar omonim kimi işlənir. Məsələn,
Tərəf: isim kimi (Bu tərəf meşəlikdir.) və qoşma kimi (Evə tərəf gedirəm.).
Tək: sifət kimi (Tək əldən səs çıxmaz.), zərf kimi (Tək gəlibdir.), ədat kimi (Tək sən bunu görə bilərsən.) və qoşma kimi (Bənövşətək ənbər zülfün).
Sarı: fel kimi (Yaranı sarı), qoşma kimi (Məktəbə sarı yollandılar.) və sifət kimi ( Sarı qələmi mənə ver.).
Əvvəl: zərf kimi (Əvvəl sən düşün.) və qoşma kimi (Dərsdən əvvəl getdi.).
Doğru: sifət kimi (Doğru söz acı olar.), zərf kimi (Doğru danış.) və qoşma kimi (Evə doğru qaçdı.).
Özgə: sifət kimi (Özgə insan) və qoşma kimi (Səndən özgə kimim var?).
Qabaq: sifət kimi (qabaq sıra), zərf kimi (Qabaq bunlar burada yox idi.), isim kimi (şirin qabaq) və qoşma kimi (səndən qabaq).
Qarşı: qoşma kimi (Mənə qarşı çıxma.), zərf kimi (Qarşı gəlmə, qaçaram.) və sifət kimi (qarşı tərəf).
Kimi: qoşma kimi (səhərə kimi) və əvəzlik kimi (Kimi gəlir, kimi gedir.).
Sonra: qoşma kimi (səndən sonra), zərf kimi (Sonra sən gəl.).
Əsasən: qoşma kimi (dediklərinə əsasən) və modal söz kimi (Sən, əsasən, mənə inan.).
Bəri: qoşma kimi (dünəndən bəri) və zərf kimi (Bəri gəl.).
Üçün, ötrü, görə, savayı sözləri yalnız qoşma olur.
Digər köməkçi nitq hissələrindən fərqli olaraq, qoşmalar müəyyən dəyişmə xüsusiyyətlərinə malikdirlər. Onlar bəzən xəbərlik, hal və mənsubiyyət şəkilçilərini qəbul edə bilirlər. Məsələn, Bunlar sənin üçündür. Onun kimilərin və s.
Qoşmaların sinonimliyi: Sinonim qoşmalar eyni mənanı bildirir və bir-birini əvəz edə bilir. Gəlin, onlara aid bir neçə nümunəyə baxaq:
- Kimi, qədər, -dək, -can (-cən); məsafə qoşmaları: Evə kimi (qədər, -dək, -cən) səninlə gedəcəyik.
- Kimi, tək; bənzətmə, müqayisə mənasında: Quş kimi (tək) uçurdu.
- Əvvəl, qabaq; zaman mənasında: Səndən əvvəl (qabaq) onu mən gördüm.
- Tərəf, doğru, sarı; istiqamət mənasında: Bağa doğru (tərəf, sarı) gedirəm.
- Qədər, -ca, kimi, -tək; bənzətmə mənasında: Qızca (-tək, qədər, kimi) oxumadın.
- İlə, -ca; alət mənasında: Araz boyunca (ilə) getdim.
- Görə, -ca; Cümlənin məzmunca (məzmununa görə) növləri.
Qeyd: "Bəri, sonra" yalnız cümlə daxilində sinonim olur: Dünəndən bəri kefim yoxdur. Dünəndən sonra kefim yoxdur.
Qoşmaların yazılışı:
Yazılış qaydasına görə qoşmalar üç yerə bölünür:
- Bitişik yazılanlar: Təkhecalı qoşmalar qoşulduğu sözə bitişik yazılır. Həmin qoşmalar bunlardır: -dək, -can (-cən), -ca (-cə), -tək. Məsələn, Quştək uçurdu. Evədək birlikdə getdik. və s.
- Bitişik və ayrı yazılanlar: ilə (-la, -lə), üçün (-çün). İlə qoşması ayrı yazılanda bir cür, bitişik yazılanda ahəngə uyğun olaraq iki cür yazılır. Həsən ilə gedirik. Oqtay ilə gedirik. - Həsənlə gedirik. Oqtayla gedirik.
- Ayrı yazılanlar: ötrü, savayı, özgə, başqa, əvvəl, sonra və s.
Qeyd: Bütün birhecalı qoşmalar sözə bitişik, ikihecalılar ayrı yazılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
İctimai Televiziya Şuşada - VİDEO
Telefonla çox danışanlara bəd xəbər
Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA
Geyim dəstləri
Ancaq anaların bildiyi 7 hal
Qürub çağı
Mavi, bənövşəyi pudinq (foto resept)
“Qarabağ” 200-ə çatdı
Məşhur aktyor tanınmaz halda
Qidaların qaynadılma müddəti
Kartof, süd və pomidor ucuzlaşdı
Metroda sərnisМ§in sıxlığı ilə bağlı AÇIQLAMA
Göbələk salatı (foto resept)
2 yaşlı model
Dünya çempionatında Qurani-Kərim paylanılır
Ağaclarda yaşayan adamyeyən qəbilə
Suriyadan Türkiyəyə dünən 66 mindən çox qaçqın keçib
Dünyanın ən gözəl pilotu - FOTO
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
Dünyanın ən uzun pilləkənlərı (2)
Azərbaycana qar yağacaq
Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
Portağal limonadı (foto resept)
Beren Saat rekord müddətə hədiyyə seçdi-FOTO
Giləmeyvəli tost
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək
Yuxu yozmaları - Ə
75 yaşlı qadın ana oldu
Azərbaycanın üzləşəcəyi təhlükə
Dərinizə təbii üsullarla qulluq edin!
Paratha - hind kökəsi (foto resept)
Ulduz Falı
Zəhərli göbələkləri necə tanımalı?
Facebook 1.3 Milyard saxta hesab sildi
Məşhur aktyor yeni serialla efirlərə qayıdır
Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxmaq mümkündür?-Alimlər açıqladı
Azərbaycanda daha 2 televiziya açılır
Bu qadın 20 ildi yaşıl geyinir - FOTO
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Bayram üçün manikür modelləri
Telefonla tanışlığa necə baxırsınız?
Uzun yay paltarları
Dünyanı necə çirkləndirdiyinizi görün
Çingizdən bir ilk - Dünyada 25-cidir-VİDEO
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar
Uşaqları zəhmətə necə təşviq etməli?
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
LG yeni smartfonu təqdim etdi
Meqan Marklın qardaşı oğlu həbs olundu-SƏBƏB
- ŞƏRHLƏR