İnsan həyatı kibrit qutusuna bənzəyir. Ona ciddi münasibət-gülüncdür, qeyri-ciddi münasibət-təhlükəlidir...
Runeske Akutaqava, "Dəlinin qeydləri"
Musiqidə əsəri yazan bəstəkar və onu musiqi alətində ifa edən ifaçı olduğu kimi sözlü sənətdə də iki incəsənət tələb olunur: müəllif incəsənəti və oxucu incəsənəti.
Musiqidə ifaçılıq sənətini öyrədən dərsliklər olduğu kimi, oxucular üçün də kitab oxuma sənətini, oxunun növlərini, oxunu pozan patalogiyaları izah edən kitablar var. Məsələn, S.Povarninin “Kitabı necə oxumalı?”, U.Ekonun “Oxucunun rolu” kitabı. Onlar ideal oxucu, bir insanın niyə oturub kitabı oxuya bilməməsi, yalnız ilk və son səhifəsini oxumaqla məzmunu haqda fikir yürütməsi, oxuyanda diqqətinin başqa yerlərə getməsi kimi oxucu incəsənətinin bir sıra detallarından söz açıb, ancaq kitabdan üz çevirmiş bütöv bir toplumu kitaba gətirməyin yolları barədə heç nə yazmayıblar. Ona görə də oxucu incəsənəti haqda bu kitabların arxa səhifəsində qeydlər üçün nəzərdə tutulmuş yeganə ağ kağıza gərək hərəmiz öz təhlil və təklifimizi yazaq:
Kitabı müqəddəsləşdirmək yaramaz işdir. Avropa xalqları sxolastika dövründə kitabı elə müqəddəs bilirdilər ki, hətta nigahdan kənar doğulmuş uşaqlara kitablara-əlyazmalara yaxınlaşmaq, toxunmaq qadağan idi. Azərbaycanlılar da kitabları yuxarı başa-rəfə yığır, bir otağa qapayır, qapısını bağlayır, illərlə qoruyur, nəsildən-nəslə ötürür, göz bəbəyi kimi qorumaq lazım olduğu haqda bəyanatlar verir, gülün üstünə gül qoxlamayıb, köhnə kitabları yeni kitablardan üstün tutur, ancaq oxumurlar.
Azərbaycanlıların kitabdan uzaq olmasının səbəblərindən biri ola bilsin ki, tarixən köçəri deyil oturaq olmalarıdır. Oturaq xalqların mədəniyyətinin daşıyıcısı, keysi abidələr, köçəri xalqların mədəniyyətinin daşıyıcısı, keysi isə kitabdır. Qədim yəhudi mədəniyyəti ona görə kitaba əsaslanırdı ki, qədim yəhudi xalqı köçəri idi. Ərəblər də köçəri sivilizasiya olduqlarından onların mədəniyyəti “biliklərin qabı” kimi kitaba və yazıya əsaslanır. Misirlilər isə oturaq olduqlarından öz tarixlərini obelisk-daş sütunlara yazırdılar. Azərbaycan toplumunu əmələ gətirən xalqların etnoqrafiyasında çoxsaylı yazılı abidələr var, onlar kağıza, kitaba deyil, yazılı abidəyə üstünlük verirdilər. Türklərin Tanrıçılıq dini, qam-şamanlığı da kitaba əsaslanmır.
Digər tərəfdən, Azərbaycan folklorundakı zəngin yuxuyozumları göstərir ki, bizim xalq mahiyyətcə yatağan, yuxuyameyllidir. Kitabları ən çox satılan italyan sayılan U.Ekonun “Lettore modello”-sunda isə deyilir ki, ideal oxucu-yuxusuzluqdan əziyyət çəkən oxucudur.
Mən azərbaycanlıların kitab sevməməsini özümə yuxarıdakı kimi izah edirəm, onları yaxınlaşdırmağın isə ilk mərhələsini oyunsuz və kələksiz təsəvvür etmirəm. Uşaqlığıma dair bir xatirə nümunəsində sizə öz təklifimi açıqlayacağam. Vaxtilə düşbərə, xaş, bozbaş kimi ciddi yeməkləri yemirdim, ən zəhləm gedən xörək isə düşbərə idi, onu yaxın buraxmırdım. Ailə, nəinki ailə, bütün “İskra” küçəsi baş sındırırdı ki, bu cür dadlı milli xörəyi bu ağzının dadını bilməyən uşağa necə yedirdək? Axırda qərar qəbul elədilər, düşbərələrdən birinin içinə noxud qoydular, noxud kimin qabından çıxsa, onun arzuları çin olacaqmış. Mən düşbərəni noxudu tapmaq məqsədilə yeməyə başladım, noxud tapıldı, onu tapandan sonra yeməyi yarımçıq qoydum, hər halda düşbərəyə alışdım. İndi o uşaq böyüyüb elə bir ölkədə yaşayır ki, orda kitabı sevmirlər; böyük uşaq təbii bir qərar çıxarır ki, kitabların arasına pul qoyaq, kitablarla lotoreya oyunları keçirək, onda azərbaycanlılar pula çatmaq məqsədilə də olsa, kitabı oxuyacaq, ona alışacaq, hətta uşaqlarının adlarını Kitabəli qoymağa başlayacaqlar.
Nərmin Kamal
XƏBƏR LENTİ
Xəzərin kefallarında virus tapılmadı
Toy tortları
Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının səbəbi açıqlandı
Bu gün 645 nəfər sağaldı - 497 yeni yoluxma
Bakıya giriş çətinləşib, amma çıxış çox asandır
İsmayıllıda zona birinciliyi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Müxtəlif donlar
Nikotin ağrıya dözümsüzlüyü artırır
Bakı bulvarı qış "don"unu geyinir
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: "Öləcək", - dedilər, artıq 3 aylıqdır - FOTO
Maraqlı eskizlər
Məşhur aktyor ilk dəfə ata olacaq
Doğum gününə görə xarekter (mart)
İçlikli badımcan (foto resept)
Məşhur cütlük boşandı
Günün ulduz falı
Sami Yusifdən Azərbaycana dəstək paylaşımı
Azərbaycanlı rəssamdan Maradonaya SÜRPRİZ - VİDEO
Şeyma və Eserin 3 il əvvəlki VİDEOsu QALMAQAL yaratdı
Azərbaycanda qadın hərbçilərin sayı artıb
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
Facebook 1.3 Milyard saxta hesab sildi
Evdə saç rezini hazırlamağın yolu (özün düzəlt)
Р’aşı ağrıyan kişinin beynində daş aşkar edildi
Norveç kralı karantinə yerləşdirilib
XİN: “Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
Samuxda yeniyetmə taekvandoçular arasında açıq birincilik keçirilib
Prezident balaca oğlanın arzusunu yerinə yetirdi- FOTO
Evlənmək üçün Everestə çıxdılar
Yumurta qabıqlarını atmayın!
Göz həkimi bir iynə ilə 9 nəfəri kor etdi
Ərdoğan: “Kanada PUA-lar üçün kameralara embarqo qoydu, biz yerlisini istehsal etdik”
"Agent 007" ilə bağlı sirr açıldı
Qar Azərbaycana qayıdır
Ayaq bilərzikləri-3
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Rahat ayaqqabılar
Tam qızıl iPhone 5s hazırlandı
Tanrı kişiyə ol, qadına isə var ol dedi...
Günün qoroskopu:Soyuqqanlı olun!
Məktəblərdə şagird sıxlığı necə tənzimlənəcək? - AÇIQLAMA
Dünyanın ən bahalı ayaqqabısı
Günün qoroskopu:Uğurlu gündür!
Ən təhlükəli smartfonlar
Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTO
"Eurovision 2020" ləğv olundu?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Prezident İlham Əliyev Almaniyada bir sıra görüşlər keçirib
- ŞƏRHLƏR