Aldığımız qərarlarda iradəmizə nə dərəcə hakim ola bilirik? Biz beynimizi istiqamətləndiririk, yoxsa beynimiz bizi?
Düşüncəmizə kömək etmək üçün mövzuya filosof Philippa Foot və Judith Jarvisin ortaya qoyduğu "vaqon problemi" (trolley dilemma) ilə baxmağa çalışaq.
Bir qatar yolunun yaxınlığındasınız. Birdən bir gurultu sizi səksəndirir. İçində sürücüsünün olmadığı bir vaqonun qatar yolu boyunca sürətlə irəlilədiyini görürsünüz. İrəlidə qatar yolunda beş işçi gələn qatara üzü dönük işləyirlər. Şəhərin gurultusu səbəbindən işçiləri çağırıb onları xəbərdar etmək imkanınız yoxdur, onların vaqon altında qalacaqları qətidir. Həmin vaxt yaxınlığınızda vaqonu digər reysə keçirəcək qolun olduğunu görürsünüz. Əgər qolu çəkə bilsəniz, vaqon yolunu dəyişib digər reysə keçəcək və işçilər xilas olacaqlar. Birdən diqqət edirsiz ki , vaqon yolunu dəyişib getdiyi reysdə də gələn vaqondan xəbərsiz bir işçi işləyir və onu da xəbərdar etmək imkanınız yoxdur.
Bu vəziyyətdə iki seçimdən birini etməlisiniz. Ya vaqonu digər reysə keçirəcək qolu çəkməyəcəksiniz və beləcə, reyslər üzərində işləyən beş işçinin vaqon altında qalaraq ölməsinə əngəl olmayacaqsınız, ya da qolu çəkərək vaqonu digər reysə keçirməklə beş insanın həyatını xilas etmək uğruna bir insanın həyatını fəda edəcəksiniz. Hansını seçərdiniz?
Ssenarini burada sonlandırmayıb davam edək. Bu dəfə də altından qatar yolu keçən körpünün üstündəsiniz. Yanınızda heç tanımadığınız kök bir adam var. Yenə ssenarimizə uyğun olaraq içində sürücüsü olmayan bir vaqonun gəldiyini görürsünüz və yenə də gələn vaqondan xəbərsiz beş işçi qatar yolunda işləyirlər. İşçiləri gələn təhlükədən xəbərdar etmək imkansızdır. Ancaq beş adamı təhlükədən qorumaq üçün bir imkanınız var. Əgər tanımadığınız kök adamı körpüdən itələyib aşağı atsanız, reyslər üzərinə düşəcək və beləcə, gələn vaqonun yolunu kəsib beş insanın həyatı qurtarılacaq.
Ssenarinin ikinci vəziyyətində nə edərdiniz? Adamı aşağı atıb beş insanı xilas etməyi seçərdiniz, yoxsa vaqonun keçib getməsini və beş insanın ölməsini istərdiniz?
Əslində hər iki ssenaridə beş insanı qurtarıb bir insanı fəda etmək sizin əlinizdə olduğu və eyni nəticə alındığı halda, iki ssenaridə niyə fərqli hərəkət edirik?
Bu ssenari Bostondakı Harvard Universitetində Marc Hauser tərəfindən 300 mindən çox insanla test edilmiş, birinci ssenaridə insanların çoxu beş insanı qurtarmaq üçün bir insanı fəda edərək qolu çəkərkən, ikinci ssenaridə insanların demək olar ki, çoxu bir insanı vaqonun altına atmaqdan çəkinmişlər, yəni beş insanın ölümünü seyr etmişlər. İkinci ssenaridə yalnız hər altı adamdan biri adamı vaqonun altına atmağı düşünmüşdür.
Ssenari Amerikadan Çinə qədər anlayacaq hər yaş qrupuna, kişi və qadına, tələbəyə, akademikə, işçiyə, inanclı və inancsıza test edilib və hər dəfə də nəticə eyni olub. Buradakı qərar mexanizmi bir insanın ölmündən özmüzü aktiv və ya passiv olaraq nə dərəcədə günahkar tutacağımız ilə bağlıdır.
Ardı var...
XƏBƏR LENTİ
Qadın.Net-dən öyrəndiklərim
28 may Respublika günü
2019-un trendi: Rəngli papaq və şərflər
Restoranlarda qablardan koronavirusa yoluxmaq mümkündür? - AÇIQLAMA
Bakıda dünya çempionatı olacaq
“Instagram” öz messencerini sınaqdan keçirəcək
Ölüləri dirildir, insanları 500 il yaşadırlar...
Dekorasiyada mərmər dəbi
Şeron Stoundan yeni FOTOsessiya
Azərbaycan və Çexiya hərbçiləri təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparacaqlar
Keçmiş sevgilisinin anasından BEREN SAATA MESAJ
Pınar Altuğ İMİCİNİ DƏYİŞDİ-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Azərbaycanın dövlət saytları çökdü
Lolipop keks ( foto resept)
Ermənilərin Türkiyə qorxusu
Manana ailəsindən danışdı - FOTO
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı
Qara Qısa Saç modelləri 2014-2015
“WhatsApp"da YENİLİK!
Qarın bölgəsindəki yağları əridən içki
Meryem Üzerli anasını belə təbrik etdi-FOTO
“Gün keçdi” filmi (1971) haqqında
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
Yaşıl çay necə içilməlidir?
Hillari Klinton: "Putin çox dikbaş adamdır"
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI
Qarabağ həllini tapacaq
17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!
Xoşbəxtliyin ayaq səsi
Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var
Azərbaycanlı şagirdlərin üz qarası
Külək nə vaxtadək davam edəcək?
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Rəngli mətbəx dekorasiyası
Məntiqsiz qorxu – fobiya
Carnival Row-un fraqmentləri yayımlandı - VİDEO
Rinanna Geyimi ilə seçildi - FOTO
Alkoqola görə 226 sayt bloklandı
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
İkinci bahar
Pizza dilimləri ilə böyüyən körpə
Nazirlikdən turistlərə xəbərdarlıq
Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır
İdeal Ailənin "İnqridiyentləri"
Fərqli istedada malik gəncimizi siz də tanıyın! - VİDEO
Avtobusların normadan artıq sərnişin daşıması qadağan edildi - RƏSMİ
- ŞƏRHLƏR