Bakıda hava 10°
USD AZN
EUR AZN
14:32Feride Salam canim necesen 10:46Sima salam herkese necesiz
41236

Adəm və Həvva (psixoloji test)

Adəm və Həvva (psixoloji test)

 

 

Siz nə qədər kişi,nə qədər qadın xasiyyətlisiniz?

 

 Əgər siz şüuraltı olaraq kişilik və qadınlıq əlamətləri kimi başa düşülən keyfiyyətlərin sizdə nə dərəcədə mövcud olduğunu bilmək istəyirsinizsə bu psixoloji testi nəzərdən keçirin. Suallara “hə” və ya “yox” cavabını verin. Çətinlik çəkdikdə sual işarəsi qoyun. 

1. İmkan dairəsində cəmiyyətdə diqqət mərkəzində olmağı xoşlayıram.

 2. Çətin və ya mübahisəli vəziyyətlərdə ən yaxın adamlardan kömək gözləyirəm

 3. Hər bir işdə asanlıqla qərar qəbul edə bilirəm.

 4. Həssaslığımla seçilirəm, məndə mərhəmət hissi oyatmaq çox asandır.

 5. Öz nüfuzumu qorumağı bacarıram.

 6. Xarici görünüşümün qayğısına qalıram və bu mənə zövq verir.

 7. Adətən, şəraitə uyğunlaşmağa çalışıram, ilk ağlıma gələni etməyə tələsmirəm.

 8. Hərdən əks cinsin nümayəndələrinə naz qəmzə etmək xoşuma gəlir.

 9. Böyük psixi gücə malikəm, hərəkətlərimdə sərbəstəm.

 10. Həmişə yanımda güzgü gəzdirirəm.

 11. Nəinki uzun müddət kin saxlayıram, hətta mütləq əvəzini çıxıram.

12. Səbirsizəm, heç bir şeyə laqeyd qalmağı bacarmıram.

13. Hesab edirəm ki, məhəbbət gizli, çox mərhəm duyğudur və kənar müdaxiləyə ehtiyacı yoxdur.

14. Mən romantik insanam.

15. Mənim xasiyyətim atamın xasiyyətinə oxşayır.

1, 3, 5, 7, 9, 11, 13, 15-ci suallara “hə” cavabına görə 10 xal, “yox” cavabına görə 0 xal.

2, 4, 6, 8, 10, 12, 14-cü suallara “hə” cavabına görə 0 xal, “yox” cavabına görə 10 xal. 

 100-150 xal – Psixoloji cəhətdən siz 100% kişisiniz. Qətiyyətlilik, müstəqillik, sərbəstlik, sizin qüvvətli tərəfinizdir. Başqa insana dayaq olmağı bacarırsınız və bu həyatda nə üçün yaşadığınızı bilirsiniz. Sizin həyat prinsipləriniz insanlar tərəfindən hörmətlə qarşılanır. Əgər siz kişinisizsə, cavablarınız sizin kişilik haqqında bir qədər sxematik və stereotip düşüncə tərzinə malik olduğunuzdan xəbər verir. Yox, əgər qadınsınızsa özünüzdən razısınızmı? 

 50-99 xal – Tələbatdan asılı olaraq siz həm tipik kişi həm də klassik qadın xarakter cizgilərini biruzə verir, zərifliklə qətiyyətin, həssaslıqla ağlın ahəngini yaratmağı bacarırsınız. Ola bilsin ki, bəzən həyat şəraiti sizdən əks cinsə xas olan hərəkətlər etməyi tələb edir, buna baxmayaraq, uyğunlaşmağı bacarırsınız və böyük psixi çevikliyiniz hər hansı şəraitdə sizin müttəfiqiniz olacaq. 

 0-49 xal – Psixi cəhətdən siz 100% qadınsınız. Hal-hazırda bu, nadir rast gəlinən insan tipidir. Əgər siz xörək bişirməyi, ev işləri ilə məşğul olmağı, uşaq tərbiyə etməyi sevirsinizsə, əgər siz zərif və itaətkarsınızsa, onda kişilərin ideal qadın mücəssəməsinə çevrilmək ehtimalımız vardır. Ancaq ideal xəyaldır. Əsl kişi sizi olduğunuz kimi qəbul edəcək. Onun sizi sevməyi kifayətdir.Əgər siz kişisinizsə onda sizə qibtə etməyə dəyməz.

Diqqət! Əgər sizin cavabınızda 5-dən çox sual işarəsi varsa, onda siz, yəqin ki, nəinki qətiyyətsizsiniz, həm də özünüzün hansı cinsə aid olduğunuzu da dəqiq bilmirsiniz.

Səslərin sayı: 24
73
11354
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
Maraqlı testdir
6 iyun 2014 21:02
Offline
Lamiya
Mende 70 cixdi cox maraqlidi
4 iyun 2014 20:29
Offline
איסון ממדוב.
Maraqlıdı çox saqolun.
6 mart 2014 19:59
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Deniz Ilhan
mende 50 xal cixdi tewekkurler
14 aprel 2013 18:43
Offline
oksana
men bele weylere inanmiram ona gore de elemedim twk
23 oktyabr 2011 20:24
Offline
creativka
50 xal cixdi,demek olar ki duzdu fellow
14 iyul 2011 14:11
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
aishvarya rai
mende 80 cixdi hami deyir ki mene sen oglan kimiseneeeeeee niye ?deyirem ne bilim
5 iyul 2011 16:18
Offline
H.o.s.T-cu qiz( Banu )
mende 80 cixdi duzdu meni taniyanlarin hamisi deyir ki oglan kimisen)) lol
5 iyul 2011 16:14
Offline
NUR Aydan
mende 50cixdi biraz duz geldi
26 may 2011 17:07
Offline
GUNAY
mende 110 cixdi deyir 100%kisisiniz yox eger qadinsinizsa ozunuzden razisinizmi-beli ozumden raziyam
12 may 2011 02:38
Offline
Nara 87
60 xal cixdi.Mentiqli teste oxwadi.
11 mart 2011 15:44
Offline
aysel
50 bal
9 mart 2011 16:24
Offline
Helia
mende 80% cixdi tam mene goredir. Teste gore tesekkurler
8 mart 2011 00:20
Offline
_Julietta_
0-49 xal çox bəyəndim xəbəri təşəkkürlər winked
7 mart 2011 22:34
Offline
sagittarius
........50-99/////////
4 mart 2011 17:47
Offline
AMG
50-99xal.teşekkur.chox xoşuma geldi maraqli idi.uygunluq da vardi hardasa.amma bu suallarla bitmir mence
2 mart 2011 23:50
Offline
Cehrayi Pantera
duzu men bundan bir wey anlamadim
2 mart 2011 22:30
Offline
bsa
mende 30 cixdi.deyirki siz 100 % qadinsiz. Bunu bilirdimde wink
18 fevral 2011 12:26
Offline
Yasəmən
nəsə bir şey başa düşmədim
18 fevral 2011 00:09
Offline
PePito
mende 60 bal oldu
50-99 xal – Tələbatdan asılı olaraq siz həm tipik kişi həm də klassik qadın xarakter cizgilərini biruzə verir, zərifliklə qətiyyətin, həssaslıqla ağlın ahəngini yaratmağı bacarırsınız. Ola bilsin ki, bəzən həyat şəraiti sizdən əks cinsə xas olan hərəkətlər etməyi tələb edir, buna baxmayaraq, uyğunlaşmağı bacarırsınız və böyük psixi çevikliyiniz hər hansı şəraitdə sizin müttəfiqiniz olacaq.
demek olarki duz cixdi super
16 fevral 2011 16:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )